10 günlük səyahət və 6 şəhər

Salam millət! 
Bu postda dünən başa çatmış 10 günlük Tbilisi-Kutaisi-Barcelona-Paris-Amsterdam-Riga-(Moskva) səyahətimiz haqqında ətraflı yazacağam, bəlkə belə bir səyahət etmək istəyənlərə faydalı olar.
Deməli birinci destination Tbilisi oldu. Həmişəki kimi qatarla. Axırıncı dəfə 2014-də olmuşdum Tbilisidə, o vaxtdan xeyli dəyişib, turistlər artıb. Əsil turizm cənnətinə çevrilib. Xüsusilə gecə gəzmək üçün şəhərin mərkəzi çox əladı. Qiymətlər də pis deyil. Alexander Chavchavadze küçəsində Polonia hotel deyilən balaca bir oteldə qaldıq gecəni. Otel sahibi qonaqpərvər adam idi amma otelin özü o qədər də xoşuma gəlmədi, biraz çox darısqal idi və internet işləmirdi. Ümumilikdə Tbilisini piyada gəzməyə 1 gün kifayət edir, amma ayaqlarınızın babat ağrıması hesabına  Demək olar hər şey Old town adlanan yerdədi, bircə Sameba kilsəsi biraz aralıdadı amma ora da piyada getmək olar və getməyə dəyər, çox qəşəng abidədi.

tbilisi
Kutaisiyə Tbilisidən maşınla 2 saat yarıma çatdıq, amma gecikirdik deyə taksiyə artıq pul verdik o da bütün yolu 120 ilə sıxdı. Adam özünü Taxi filmindəki Danielin maşınında hiss edirdi. 
Wizzair ilə Kutaisidən uçduq Barcelonaya. Barcelonada Fabrizzio’s Terrace adlı hosteldə qaldıq, balaca və çox ela hosteldi. Şəraiti, təmizliyi, yeməkləri falan. Qiyməti də münasibdi. Hər xırda şeyə baxmaq istəmirsinizsə Barcelonanı 1 günə gəzmək olur. Gəzmək üçün ən maraqlı yerlər Gothic Quarter deyilən hissədi. Əsil Barcelona buradadı. Bir gün qaldıqdan sonra Vueling ilə Parisə uçduq. Parisdə qaldığımız otel – 2 ulduzlu Hotel D’Anvers çox əla otel idi. Səhər yeməyi, internet, otaqların şəraiti və staff. O qiymətə məncə bundan daha yaxşı otel tapmaq olmaz. Anvers küçəsi də sakit və ucuz küçədi, mərkəzə yaxındı və Sacre Coeur kilsəsinin düz yanıdı.

Paris haqqında onu deyim ki, Paris sindromu boş söhbətdi, yoxdu elə bir şey. Paris çox gözəl şəhərdi. Fransızlar da çox mehriban və mədəni insanlardılar. Migrantlardan başqa hamısı ingiliscə bilir və nəsə soruşanda məmnuniyyətlə kömək edirlər. Parisdə nə varsa hamısını görmək lazımdı imkan daxilində – Luvr, Eiffel, Les Invalides, Sacre Coeur, Notre Dame ve.s hamısını görməyə dəyər. Eiffelin gündüzü və gecəsi çox fərqlidi və hərəsi ayrı bir gözəl görünür. Yemək almağa ən yaxşı yer Carefour mağazalarıdı, qiymətlər ucuzdu, məsələn başqa yerdə 1 avroluq su burada 20 centdi. Metro sistemi çox rahatdı, hər yerə metro ilə getmək olar. Artıq aeroporta gedəndə otel işçisi bizə aeroporta qatar yolunu başa saldı ki, taksiyə boşuna 40 avro verməyək. Qatar stansiyasında da security əməkdaşı bizə pulsuz 2 qatar bileti verdi. Fransızlardan və Fransadan o qədər xoşum gəldi ki, fransız dilini öyrənməyə qərar verdim. 

louvre-paris.jpg
3 gün qaldıqdan sonra Parisdən Flixbus ilə Amsterdama gəldik. Yol 6.5 saat çəkir, və avtobus çox rahatdı. Amsterdamda Hans Brinker adlı hosteldə qalırdıq. Çox səs küylü və böyük hosteldi, Fabrizzio Terrace kimi səliqəli deyil. Elə də xoşuma gəlmədi. Amma yeri çox yaxşı idi, bir də yaxşı barı var idi pivə zad almağa. Amsterdamda da əksər yerləri piyada gəzmək. Ya da tramvaya minə bilərsiniz. Ən maraqlı şey elə kanalların üzərində yerləşən küçələrdi. Amma Amsterdam Paris qədər maraqlıdı desəm yalan olar. Düzdü, daha sakit şəhərdi və ərəblər yoxdu. Xoşuma gəlməyən bir şey o oldu ki – hər kafenin qabağından keçəndə marixuana iyi adamın ürəyini bulandırır. Onsuz da marixuananın legallaşmasına qarşı idim, bu fikrim biraz da qətiləşdi 
Amsterdamda qiymətlər Parisdən bir qədər yüksəkdi.
Ən maraqlı muzey Van Gogh muzeyidi amma indidən deyim The Starry Night night əsəri orada deyil, Nyu Yorkdadi. 3 gün qaldıqdan sonra AirBaltic ilə Rigaya uçduq oradan da yenə AirBaltic ilə Bakıya gələcəkdik, amma birinci uçuş gecikdi deyə ikinciyə çatmadıq. Şirkət bizə Riga – Moskva ve Moskva – Bakı bileti verdi, növbəti günə. Bir gecə Riga aeroportunda yatmalı olduq. AirBaltic-ə yazıb təzminat da tələb etmişəm.
Barcelona, Paris ve Amsterdam içərsində sözsüz Paris birinci yerə layiqdi. Fotoda gördüyünüz Sacre Coeur kilsəsi də bütün səyahət boyu ən xoşuma gələn obyekt oldu.

39394542_2064144753641807_6417237750805692416_n.jpg

Belə, biraz uzun oldu amma eybi yox, sualı olan komment olaraq yaza bilər 

17 Avqust 2018

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Nail Mustafazada

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s