Möhtəşəm “Bamboo dənizi” – Çin bələdçisi

Axşamınız xeyir, gəzəyənlər😊
İstədim sizlərə “Bamboo sea“ haqqında məlumat paylaşım. Bildiyiniz kimi dünyada bir çox bambuk meşələri vardır. Bunlardan biri də Çinin Sichuan vilayətində yerləşir. Bu meşə Sichuana səyahət edənlər üçün maraqlı yerlərdən biridir. Deməli bambuk meşəsi Sichuanın paytaxtı Chengdu şəhərindən təxminən 300 km cənubda, Yibin şəhərindən isə 60 km uzaqlıqda yerləşir. Yerli Çinlilər buranı Şanan Bamboo sea ( 蜀南竹海 ), Bamboo meşəsi, Bamboo dənizi, bəzən də Shunan Zhuhai Milli Parkı olaraq adlandırırlar. Ərazisi 4600 hektardan çox olan bambuk 27 dağ və 500-dən çox zirvə ilə əhatə olunmuşdur. Burada yaşayan insanlar bambuku oksigen çubuğu adlandırırlar.

67784123_1635291346601407_21363579647164416_n
67578373_1635290716601470_489405785302892544_n
Bura gəlmək üçün ən rahat yol Yibin şəhərindəndir. Hər gün səhər saat 8, 9, 10-da şəhər mərkəzindən bir nəfər üçün 12 yuan (təxminən 3 manat) məbləğində avtobuslar yola düşür. Nəzərinizə çatdırım ki 12 yuan’ə gediş gəliş birlikdə hesablanır 😄 saat 6 üçün artıq geri dönüş üçün avtobuslar sizi gözləyəcək. Qayıtmaq istəmirsinizsə əlverişli qiymətə gecəsi 120 yuan (təxminən 30 manata) ucuz otellər tapa bilərsiniz. Taksi ilə getmək istəsəniz bir nəfər üçün 30 yuan (təxminən 7 manat 50 qəpik) ödəməli olacaqsınız.
Qoruğa giriş bileti xarici vətəndaşlar üçün 40 yuan’dir (təxminən 10 manat). Kanatdan istifadə edəcəksinizsə əlavə 40 yuan ödəməlisiniz.

Girişdə ilk ziyarət etməli olduğunuz yer Emerald Gallery olacağdır. Təxminən 1 kilometr uzunluğundadır. Hər yer Bambuklarla sıx örtülmüşdür. Gəzərkən sanki qırmızı xalça ilə bəzədilmiş yaşıllığa daxil olduğunuzu hiss edəcəksiniz. Burada çoxlu kiçik şəlalələr də vardır. İnsanın həqiqətən zövqünə oxşayır 💜
Daha sonra kanatdan istifadə etsəniz 23 dəqiqə ərzində 2728 metr yüksəkliyə qalxacaqsınız. Bu zaman keçirdiyim möhtəşəm hissləri sizə sözlə anlada bilmirəm. Sanki bütün həyat durmuş , və sən yer üzərində fırlanırsan 💜

67937178_1635290439934831_295430072779669504_n

67878356_1635290623268146_4459695496713207808_n

67527759_1635290493268159_3890024220121366528_n
Dağın yuxarısında Buddist, Taoist məbədlərinə rast gəldik. Divarlar üzərində yüzlərlə tısbağa rəsmləri də vardır. Daha sonra nəhəng bir sarı göbələk daşını görə bilərsiniz. Deyilənə görə bu Taoist Tianyu’nun çətiridir. Bundan əlavə müxtəlif maraqlı freskalar da mövcuddur.
Burada həm də yerli insanlar müxtəlif əşyalar, qab-qacaqlar düzəldib satırlar. Bambuk tumurcuqlarından xüsusi yeməklər də hazırlayırlar, amma bir az bahadır (50-100 manat arası) .

67753742_1635291103268098_3569554226013011968_n

67914916_1635291213268087_7533273436324364288_n

Ən çox çətinlik çəkəcəyiniz mövzu dil problemi olardı deyə düşünürəm. Çünki yerli əhali ingilis dilində heç bir söz bilmir, Mandarin’i bilməyənlər də az deyil (əsasən öz provinsiyaları olan Sichuan dialektində danışırlar). Ən azından başqa şəhərlərdə heç olmasa “ quddııııı (good) ” deyə bilirlər 🤣🤣Amma səmimiyyətimlə söyləyirəm ki bəlkə də dünyanın ən yaxşı insanları Sichuanda yaşayırlar 💜 İnandırım sizi o qədər mehriban, qonaqpərvərdirlər ki, insanı bir dəqiqə belə qayğısız qoymazlar. Xüsusən xariciləri çox sevirlər💜

67638299_1635290883268120_6936967899298922496_n.jpg
Ümid edirəm sizə maraqlı məlumat verə bildim. Sichuana kiminsə yolu düşdü hər zaman qonağım ola bilər. Hörmətlər ! 😊

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Tural Alikhan #turalalikhan

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s