Bütün detalları ilə Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Bali geniş post – Bir neçə gün əvvəl paylaşdığım Qatar Airwaysin oktyabr 2019-mart – 2020 arası uçuşlarda Bali, həmçinin digər Asiya ölkələrə və Maldivlərə olan 50% bilet

endirimi 4 gün sonra yəni -07 avqustda bitəcəkdir. Hazırda həmin tarixlərdə Baliyə 520-550 dollara rahat gediş-dönüş bileti tapmaq mümkündür. Mənim fikrimcə Bali ölmədən əvvəl mütləq görüləsi yerlərdən biridir. Bu postda niyəsini yazmaq istəyirəm. Əvvəlcədən deyim ki, Balidən aktiv istirahət üçün maraqlıdır. Yəni buradan bir Maldiv və ya Seyşel efekti gözləyirsizsə getməyin.

 

67497921_482102005909609_7491961644847726592_o

– Viza Ölkə vətəndaşlarımız 1 ay müddətində vizasız İndoneziya və Bali adasında qala bilərlər. Hər hala qarşı giriş edərkən ölkədən çıxış biletiniz və ya bookingi əlinizdə olsun.
– Bunları etmədən dönmək olmaz 
1) Bali Swing – Ubud bölgəsində Düyü terraslarının ən yuxarı hissəsində olan təpədə Palma ağaclarından bağlanmış yelləncəkdən boşluğa doğru yellənib möhtəşəm adrenalin yaşaya bilərsiz. Burada alınan şəkillərin gözəlliyini demirəm hələ
2) Bali masajı – Demək olar ki, hər addımda salonlar var. 10-15 manat ödəyib 1 saat bədəninizə istirahət vermək üçün Bali ideal yerdir. Bali masajlarından sonra özünüzü pambıq kimi yumşaq hiss edəcəksiz.
3) Handara qapılarında şəkil çəkdirin – Bir çoxunuz bu qapılarda çəkilən cütlük şəkillərini görmüsünüz. Realda şəkillərin altına ayna qoyurlar)) Amma yenə də insanların baxarlən awww deyə biləcəyi şəkillər alınır))
67551773_482101905909619_4071041393542299648_n
4) Bali sörfinq Sörf bacarmırsınızsa öyrənmək üçün ideal yerlərdən biri Balidir. Təxminən 50 dollara 5 saatlıq kursla özünüzü okean sularına buraxacaqsız J
5) Climax Bali atraksionu – Bir kapsulun içinə girirsiz və düz formada ayaq üstə dayanırsız. Anidən ayağınızın altındakı şüşə açılır və möhtəşəm sürətlə aşağı düşüb sonda hovuza düşürsüz. Adrenalin sevirsizsə Asiyanın ən böyük su parkı olan Waterboom Balidə olan bu atraksiondan mütləq istifadə edin. Möhtəşəm adrenalin yaşadır. (Drench 5/5, thrill-5/5, speed 5/5)
6) Meşə mənzərəli sonsuz hovuzlarda şəkil çəkdirin – Əminəm bir çoxunuz Bali otellərinin bəzilərində olan sonsuz hovuzlarda çəkilən şəkilləri görmüsünüz. Meşənin üzərində olan bir otelin şüşədən hovuzundakı şəkillərinizə baxmaqdan doymayacaqsız)
7) Uluwatu bölgəsində gün batımını, Batur dağından isə günün doğuşunu izləyin. Həyatımda gördüyüm ən gözəl mənzərələrdən biri idi.
8) Padang Padang beachi görün – Yəqin ki, Eat love, pray izləməyib Baliyə gedən yoxdur. Julia Robertsin okeanna girdiyi səhnənin çəkildiyi bu yer görüləsi yerlərdən biridir. Filmdən həmin hissənin şəklini çıxardıb eyni yerdən okeana girərkən şəkil şəkdirə bilərsiz.
9) Tirta Gangga(su sarayı) – Balinin ən gözəl, lakin az bilinən yerlərindən biridir. Yolunuzu burdan salın.
10) Bali kofelərindən için – Adada fərqli dadlı 20-yə yaxın kofe növü vardır. Qiymətlər ucuzdur. Həmçinin məhşur Luwak kofesi də burada hazırlanır. Yəqin ki, bilirsiz bu kofe necə hazırlanır – bu barədə post yazmışam – rəylərdə link ataram))
11) Bali Seawalker tourlara qatılın – Vaxtınız və marağınız varsa xüsusən Gili adaları ətrafında bu turlara qatılın. Okeanın dibində olan heykəllər insanı heyrətləndirir.
12) Ölülər kəndi Truyana getmək – Balinin ən qədim sakinlərinin yaşadığı bu kənddə insanlar öldükdən sonra meyitləri sehrli Taru Menyan ağacının altına qoyulur. Meyitlər sümük olana qədər burada qalırlar. Ən maraqlısı isə meyitlər çürüyərkən bu ağacın altında heç bir pis qoxu yaranmamasıdır. Bura haqqında keçmişdə ətraflı post yazmışdım.-link-rəylərdə olacaq
13) Paytaxt Kutada günbatımında sahilləri gəzib Bali pivəsi olan Bintangdan için
Haralara getməli:
1) Tanah Lot Məbədi – Okean sularının qurudan ayırdığı bu məbədə xüsusən günbatımında gedin.
2) Waterboom Bali  – Buraya ən az 1 gün ayırın. Paytaxt Kutada yerləşir. Asiyanın ən böyük, Dünyanın isə 3-cü böyük aquaparkıdır. Giriş 55-60 manatdır. İçəri yemək və su aparmaq olmaz. Əşyaları saxlamaq üçün Lockerlər var və dəsmalları özləri verirlər. Əyləncənin limitlərini burada aşacaqsız.
3) Ubudda Düyü Terrasları, Meymun meşəsi, Kofe plantasiyaları, Batur dağı və gölünü gəzin.
4) Bali 20-yə yaxın böyük şəlalə ilə məhşurdur. Mənim gördüyüm və sizə də getməyə məsləhət bildiyim şəlalələr: Ubudda-Tegenungan şəlaləsi-giriş 2$, Sekumpul şəlaləsi-Giriş 1,5$, Kanto Lampo şəlaləsi-Giriş 1$, Tibumana şəlaləsi-Giriş 1$, Gitgit şəlaləsi- giriş 2$, banyumala ekiz şəlaləsi-2$
5) Mən heç nədən qorxmuram deyənlərdənsizsə ölülər kəndi Truyanı gəzin.
6) Bali Bird Park – Quşların hər növündən burada görə bilərsiz.
7) Nusa Dua ətrafındakı çimərliklər, Dreamland beach və başqaları
8) Garuda Wisnu Kencana Cultural Park – Özünüzü Avatar filmlərindəki yerlərdə hiss etmək istəyirsizsə buraya gedin.
9) Gili adaları – Balidə olarkən özünüzü ekonom Maldivlərdə hiss etmək istəyirsinizsə 3 Gili adasına bir neçə gününüzü ayırın. Əsas görüləsi ada Gili travagandır.
68314275_482102049242938_1182702399815417856_o
10) Skygarden Bali – Paytaxt Kutada yerləşən bu klub Asiyanın ən böyük klublarından biridir. 5 mərtəbəli, hər mərtəbəsində fərqli dizayn və fərqli millətlərin üstünlük təşkil etdiyi bu kluba giriş 10$dır.
11) Uluwatu bölgəsini gəzin – Sözsüz Balidə olan ən gözəl yerlərdən biridir. Burada gəzərkən ehtiyyatlı olun meymunlar telefonunuzu oğurlaya bilər.
12) Tərk edilmiş Palace hoteli gəzin – 100 milyon dollara tikilməsi ehtimal edilən, yerlilərin pərili otel deyib getməyə qorxduğu bu oteli gəzmək ayrı bir adrenalindir.
13) Adanın turistlər olmayan şimal hissəsini gəzin.
Otel qiymətləri:
Balidə 10 günü 2 nəfərlik otaq üçün ümumilikdə 200-300 manat olan 2-3-4 ulduzlu otellər də var 2000-3000 manat ola otellər də. Balaca və böyük hovuzlu villalar, hostellər nə istəsəniz burada tapa bilərsiz. Qiymətləri çox münasibdir və ölkəmizdən qat-qat ucuzdur. Okean sahili üçün Nusa Dua bölgəsində, meşəlik üçün isə Adanın Ubud hissəsində qalın.
68364929_482102089242934_894254539404738560_n
Yemək və içki:
Otellərdə və restoranlarda yeməklər kifayət qədər ucuzdur. Çoxlu düyü yeyirlər. Çörəkləri də düyüdəndir. Pivədən başqa digər içkilər çox da ucuz deyil. Qatar airlə uçanlar Doha aeroportunda Duty freedə sərfəli qiymətə içki alıb özünüzlə apara bilərsiz. Klublarında içkilər ucuzdur, amma çox da keyfiyyətli deyil. Mütləq hər cür ekzotik meyvələrdən yeyin. Bizim ölkədə cib yandıran ekzotik meyvə qiymətləri orda çox ucuzdur.
-Bu yazdıqlarım mənim gedib gördüyüm yerlərdir. Bunlardan başqa Balidə gəzməli çox yerlər vardır. Post çox uzun oldu bilirəm, buraya qədər səbr edib oxuyanlar yaxın müddətdə Baliyə gedənlər olacaq yəqin ki, əlavə suallarınız olarsa rəylərdə soruşun cavablandıraram.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Gəzgin Həyat
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s