İtaliya bələdçisi – Birinci hissə

“The sun under Tuscan”, “Letters to Juliet”, “To Rome with Love” və bu qəbildən olan sairə kinolara baxan hər bir romantik qızın arzusudur ki, ömründə heç olmasa bir dəfə də olsa İtaliyanı görsün 

P.S.Postum çox uzun olacağından, 2 pərdəli etməyi düşünürəm:) İstəyirəm ki, İtaliya arzusunda olanlar texniki məsələlərlə yanaşı, küçədəki tanımadığımız insanların bizə münasibətini də görsün:)

Birinci hissə:

Sizə keçən ilin elə avqust ayında etdiyim İtaliyaya səyahətim və xüsusilə də italyanlar barədə danışmaq istəyirəm İtaliyaya gedib düşəndə başa düşürsən ki, onları niyə Avropanın Qafqazlıları adlandırırlar, adamlar bir sözlə möhtəşəmdirlər, qanun yox, qayda yox, hər şeyi öz keflərinə uyğunlaşdırıblar! Almaniyanın yağışı, havası qədər də soyuq insanları məni o qədər bezdirmişdi ki, İtaliyaya getməyi iplə çəkirdim. Getmək üçün qərar verdiyim gün biletlərin qiymətinə baxdım, ucuz hava yollarının hərəkət etdiyi aeroportlar mənim şəhərimdən uzaq olduğu üçün, 30 avroya avtobus bileti alıb plansız-bronsuz Milana yola düşdüm. 3 şəhərdən – Almaniyadan, Fransadan, İsveçrədən keçərək, İtaliyaya gəlib çatdım. Həyatımda bəlkə də indiyə qədər atdığım ən düz addımlardan biri ölkələrarası bu 13 saatlıq məsafəni avtobusla getməyim oldu. Cənnət deyilən bir yer elə burnumuzun ucunda, İsveçrə İtaliya sərhədi imiş. Fərhadın Şirin üçün oyduğu qədər gözəl, sıldırım dağ-qayalıqlardan oyulmuş, göllə eyni səviyyədə olan fovqelade yollar, şiş uclu dağların başına qədər uzanan, kiçik, səliqəli, eyni formada olan american style evlər, yaşıllıq, göyün üzü ilə eyni rəngdə olan “əməzinq” göllər, göldə qayıqla üzən, paraşüt, çərpələng uçuran insanlar, göydəki buludların bütün bu gözəlliklə ahəngi adama nağıllar aləmindəki kimi hiss etdirir.

20841142_1188401307931286_3185242306712417839_n

İstiqaməti necə müəyyən etməli: Yay vaxtı olduğundan, bütün tanışlarım tətil üçün ölkəyə döndüklərindən İtaliyani tək səyahət etməli oldum (tək səyahət sevməyənlər üçün belə bir ölkəyə tək getməyi məsləhət görmürəm:)). İtaliyada səyahət etmək çox rahatdır, xəritəni və bus app’ni (mən daha çox Flixbus istifadə edirdim) açıb qoyursunuz qabağınıza, xəritədə ardıcıl olaraq getmək istədiyiniz şəhərlərin yerinə baxırsınız və getdiyiniz şəhərdən (from) gedəcəyiniz şəhərin adını yazırsınız (to). Bu zaman qiymətlər və həmin şəhərə necə gedəcəyiniz çıxır. Məsələn Milan-Florens-Roma-Napoli marşrutu və yaxud istəyinizə uyğun müxtəlif marşrutlar seçə bilərsiniz. Tutaq ki, Milandan Veronaya 1 saat 50 dəqiqə, 7 avro, Veronadan Venesiyaya 1 saat 20 dəqiqə 6 avro. İtaliyada şəhərlər arası məsafə maximum 4-5 saatdır və avtobus biletləri 4-5-6 avroya başa gəlir, sezondan asılı olaraq qiymətlər dəyişir (arta və azala bilər, xeyli müddət əvvəl almaq daha yaxşıdır) və kampaniya dövrlərində 1 avroya da bütün İtaliya şəhələrini gəzmək olar. Kiçik şəhərləri gəzib bitirmək üçün 5-6 saat kifayət edir və siz 4-5 gün ərzində 5-6 və daha çox şəhəri də görə bilərsiniz. Telefonunuzdakı map proqramlarından və turist maplardan istifadə edərək, çox rahatlıqla gəzəcəyiniz yerləri tapa bilərsiniz.

20914766_1188400694598014_4729596820847641879_n

Çox rahat və xoşbəxt şəkildə, bəzən dostlar taparaq, demək olar ki, 5 gün ərzində 6-7 şəhər gəzdim və bir-iki xırda detaldan başqa məni narahat edəcək heç bir şey olmadı. Ən uzun müddəti Romada keçirdim, daha çox qalmağı planlayırdım amma muzeyləri, şəhəri görmək üçün 2 gün kifayət etdi. Şəhərdə heç bir mapdan istifadə etmədim, elə şəhərdə gəzə-gəzə bütün muzeylərin, memarlıq abidələrinin üstünə gedib çıxdım 
Səhv etmirəmsə hər ayın sonuncu bazar günü Romada muzeylər pulsuzdur, bunu muzeylər üçün xeyli fee ödəyəndən çox zaman sonra bildim Vyanadan sonra Romanı da açıq səma altında muzey adlandırmaq olar  Şəhərdə sanki Tanrı Romanı yaratdı və muzeylər, heykəllər sıxılmasın deyə, sakinləri, küçə rəssamlarını, musiqiçiləri, bal ayına gələn çütlükləri əlavə etdi deyə bir abu-hava var 

20953180_1188400941264656_129948683834202442_n

Qalacaq yer: İtaliyada hotel və hostellər çox ucuzdur, 10 avroya şəhərin mərkəzində hostellər və ya ucuz qiymətə airbnb tapa bilərsiniz. Couchsurfingdə qeydiyyatınız varsa və inanılır usersinizsə, sizi qonaq edənlər də tapıla bilər.

Nəqliyyat: Avtobus olaraq, Flixbus, Meqabuslardan istifadə edə bilərsiniz. Qatarla avtobus demək olar ki, məsafəni eyni saata gedir və qiymətləri eynidir, qatar bəzən daha bahadır. Blablacarda qeydiyyatdan keçib, ratingsi yüksək olan sürücülərlə səyahət edə bilərsiniz.

Yemək: Kafe və restoranlar demək olar ki, xeyli bahadır və qiymətlər 6-7 avrodan başlayır.

Muzeylərə giriş: Əksər muzeylərin girişi pulludur və 10 avrodan başlayır qiymətlər, bir neçə muzeyə girişi paket şəklində alsaz, daha ucuza başa gələr.

Xərclədiyim məbləğ: 5 gün ərzində ümumi olaraq 200 avroya yaxın pulum çıxdı.

P.S.S. Suallariniz olarsa, ikinci hissədə cavablaya bilərəm.

P.S.S.S. Şəkillər olan telefonum xarab olduğu üçün googledan bir neçə şəkil atıram 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı:Narmin Kamilsoy
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s