Şri Lanka-ya səyahət barədə “ip ucu”ları.

Kandydəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli dostlar, qeyd eliyim ki, Sri Lanka qətiyyən qorxulu bir yer deyil, heç bir iynə (vaccination) falan da lazım deyil. İki ay İndoneziyada qalmış bir adam kimi deyə bilərəm ki, Sri Lanka daha rahat və daha təmiz bir ölkədir.

Sri Lanka səyahətinizi mükəmməl etmək üçün yaxşı marşrut qurmağı bacarmalısınız. Mən 12 günlük marşurtu dostlarımla birgə qurmaq üçün yəgin ki, 100-ə yaxın blog və videolara baxmışam və şəxsi fikrimi, baxışımı sizlərlə rahatlıqla bölüşə bilərəm.

Uçuşdan əvvəl:

Təyyarə biletlər çox müxtəlifdir. Amma Bakıdan uçuş, qayıdış üçün qiymət və komfort baxımından ən rahatı Airarabia.com -dur. 550 ABŞ dolları etdi bizdə 1 adama. Dirəşsəniz, tarixlərlə biraz da oynasanız, 500 civarında da tapa bilərsiniz. Qeyd edim ki, low coster-di, yəni yalnız əl baqajı daxildir və yemək içmək olmur təəssüf amma mən əlavə ruqzak da götürmüşdüm (içində yeyib içmək və s.) heç bir problem olmadı. Baku – Şarjah – Colombo. Şarjada gözləməni qeyd etməsək ümumi uçuş 7 saat 30 dəqiqə edir.

Viza. 10 dəqiqə vaxt alır. Onlayn bütün lazım olan məlumatları qeyd edirsiniz. 30 günlük səyahət vizası üçün 35 dollar rəsmi rüsumdur, 3 dollarda sayt özü nəsə atış gəldi, oldu 38 dollar.

Marşrut:

Hansı fəsildə getməyinizdən çox şey asılır. Bizim halımızda bu yaya təsadüf etdiyi üçün həmin temperatura uyğun olaraq şəhəri və vaxtlarını planladıq. İyul ayının ortalarına qədər yağışlar davam edir adanın qərb və cənub tərəflərində. O baxımdan biz başladıq mərkəz və şərqdən ki, cənub-dakı o möhtəşəm çimərliklərə gedənə qədər yağışlar azalsın. O boyda pul xərclə və zaqar almamış qayıt?! No babe.

Colombo paytaxtdır. 2 həftə və ya daha azdırsa səyahətinizin müddəti, təklif edirəm ki orada qalmayın təyyarə enən kimi gedin növbəti şəhərinizə. Həmin o yorğunçuluğun qarşısını almaq üçün isə mini van sifariş vermişdik elə Bakıdan, whatsapp vasitəsi ilə. Sri Lanka Airport Services (+94773571443).

Colombodan Sigiriyaya (ilk kəşf edəcəyimiz şəhərə) 10.500 Rupiyə apardılar bizi (1 manat = 100 rupi). Baha səslənə bilər amma səhər tezdən çatacağmızı bilib biraz güvənli yol axtardıq və qiymət baxımından da bundan sərfəli şəxsi transfer tapmaq mümkün olmadı. 5 nəfər idik, adam 21 manat, luks həyat.

Sigiriyada əsas məqsəd Lion Rock-u görmək idi. Amma möhtəşəm şəkil üçün Lion Rocka 50 manat verib qalxmaq yox da, onunla üzbəüz daha möhtəşəm mənzərəsi olan Pidurangala-ya dırmaşmağı məshələt görürük, cəmi 5 manatdı. Rahat deyil həmin yolu qət etmək amma dəyər, mənzərə nəfəskəsicidi.img-8179

Növbədə əsas getmək istədiyimiz yer Ella şəhəri idi. Amma gördük ki yol çox uzun olar ora, ona görə fikirləşdik ki, bir gecə Kandy şəhərində qalaq. Həm adı çox çəkilirdi bloqlarda həm də işimizin adı nədi.
Yaxşı ki Kandy-ə getdik, evimiz yıxılardı. Şoppinq falan elədik o heç, səndemə 2 ildi haqqında oxuduğum məşhur “blue train” burdan gedir Ellaya. Biz də elə bilirik ki, o train Elladan harasa gedir və yolüstü o məşhur körpü, 9 arches bridge-dən keçir. Bir gün Kandy-də kapsula formasında olan hosteldə qaldıq 9 manatdan, adı Bunk Planet idi səhv etmirəmsə, KFC-də adam balası kimi yedik, və qatara bilet aldıq Ella-ya. 3 klass var. Ən ucuzu 3-cüdü, hardaki adam adamı minir 1 manat 70 qəpik. Biz 2-ci klassa aldıq, yarı minildik 3 manata. 1-ci klass isə 11 manat idi. Sri Lankada 20 qəpiyin söhbətini edən dostlar kimi təbii ki, 1-ci klass barədə heç düşünmədik.

Qatara minəndə camaat bir birini əzir. Amma yerlilərdən çox o sarı-sarı mədəni avropalılar var ha, bir oyun çıxarırlar ki pəncərənin yanında oturmaq üçün, nəsə..

İlk müddət 2 oğlan ayaqüstə qaldıq, amma yerli camaatdan bir neçəsi təklif elədi ki, biz Ella-ya qədər getmirik, növbəti stansiyada əyləşin bizim yerimizə. Sağolsunlar elə də oldu. Amma oturmaq maraqsız olur. 155 km yolu qatar 6 saat 20 dəqiqəyə getsə də, elə istəyirsən ki, dayanmadan yola baxasan. Əmin olun ki, həyatınızda unutmayacağınız mənzərə və tunellərdən keçir qatar.

5bafa25c-e636-4ce4-ab2b-c66694777957

Ella, you are Bella! (c) @runawaylelik 😀

Ella-da qaldığımız yeri 2 əlli hamıya məsləhət görürük. Ella Hide View. Ucuz deyil, gecəsi adama 25 manata gəlir, amma elə mənzərəsi və səhər-axşam yeməyi var ki, oteldən çıxmaq istəmirsən.

Ella-da çoxlu çay plantasiyaları, məşhur 9 arches körpüsü var ki, mütləq getmək lazımdı. Piyada gəziləsi istiqamətlərdədir. Amma onu da deyim ki, vaxtınız bol olarsa Nuwara Eliya adlı şəhər də var yaxınlıqda, hansı ki deyilənə görə mükəmməldir və ordan Adam pik-ə çıxmaq olur (biz özümüzə əziyyət vermək istəmədik.) Şri Lankada bir deyim var, “Sri Lankaya gəlib Adam pik-ə çıxmayan dəlidi, amma ikinci dəfə çıxan da dəlidi”. İstənilən halda, bizə söyüş keçmədiyi üçün, 2 gün qalıb yolumuza davam etdik.

9eb77faf-ac8d-4f0d-bd7d-681b2a793ad8

Ella-dan sonra məqsəd fil görmək idi və son olaraq passiv istirahət edəcəyimiz cənnət məkanı idi. Uzun yollardan biraz qorxandan sonra, bir qrup komfort sevən Azərbaycanlı gənc daha bir mini van daşınıb 120 manata, getdilər həm filə baxmağa, ordan da növbəti şəhərə “Unawatuna”ya.

Fillər milli parklarda olur, standart olaraq giriş 30 manatdı adam başı deyəsən, və Jeep falan da kirayələyəndə qalırsan belə. Əslində gedirdik ora, sadəcə öyrəndik ki, onun yanında balaca fillərin evi var (yetimxana kimi) harda ki, onları yemləyirlər və sən baxırsan, 5 manat verib ora getdik ora. İnstaqramda adı “Udawalwe Elephant transit home” kimi çıxırdı. Yolüstü isə məşhur Udawalawe Milli Parkının yanından keçirdik və içəridəki nəhəng fillər düz yolun qırağına qədər gəlmişdi. Sürücü saxladı, düşdük şəkil çəkdirdik sağlığınıza, qoyduq instaqrama. Məndə çox da yaxşı alınmamışdı deyə şəkil, story kimi atdım. 😀 30 manat da qaldı cibimizdə.

Və, və, və çatdıq cənub sahilinə. Unawatuna-ya. (Nooit Gedacht Heritage Hotel).

4 nəfərlik idi otaq, Bakıdan yazıb soruşmuşduq, dedilər 5 nəfər də qalsa okaydi. Amma 1 nəfər üçün səhər yeməyinin pulunu verdik. 10 dollar deyirdilər, 5 dollara saldıq. Adam başı 3 gecə 4 günə 100 manat çıxdı. Baha deyil. O biri yerlərdə qırtmışdıq ki, burda baseyn və s. kimi yaxşı yerdə qalaq. Dostlarım okean-okean deyib dil tökürdü, amma yaşıllıqda olan o baseynin möhtəşəm isti suyu min dənə hind okeanına dəyərdi.

img-9512

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s