İspaniyanın gözəl şəhərlərindən – Sevilya

Sevilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İspaniyanın ən gözəl şəhərlərindən biri olan Sevilyadan post paylaşmasam günah olardı. Niyə Sevilya? Çünki Sevilya rəngli, öz ruhu olan bir bölgənin, yəni Əndəlüsün paytaxtıdır, flamenkonun vətənidir. 800 il ərəblərin hakimiyyəti altında olan, Əndəlüs ruhunu ən gözəl duya biləcəyiniz, mədəniyyəti, yeməkləri, ab-havası ilə nağıl kimi bir şəhər…
Həm də liman şəhəridir Sevilya. Guadalquivir çayının ikiyə böldüyü, bir tərəfində şəhərin əsas hissəsi, tarixi mərkəzi, digər sahilində isə rəngli evləri ilə Triana bölgəsi…

67160431_907286079633113_753085445490868224_n
İstəsəniz velosiped kirayələyib sahil boyunca gəzə, istəsəniz, 1 saatı 20 Dollara olan gəmi turlarından yararlana bilərsiniz. Çay kənarında ilk olaraq sizi şəhərin simvollarından olan Torro Del Oro – qızıl qüllə qarşılayır. Qüllənin inşasında samandan istifadə olunub, günəşdə samanların qızıl kimi parıldamasından dolayı belə adlanır. Bu qala bir zamanlar məşhur İspan yazıçısı Servantesin də həbs edildiyi bir yerdir. “Don Kixot” əsərinin yazıldığı zindan. Qalananın digər bir önəmi isə Xristofor Kolumbun Amerikanı kəşf etməyə gedərkən səfərə çıxdığı yer olmasıdır… 

66753181_907286196299768_1352479746901934080_n
67214999_907286232966431_1348383576462196736_n
Sevilya həm də 100-dən çox operanın yaranmasına ilham verən bir şəhərdir.

Elə təkcə Espana meydanına görə də Sevilyaya aşiq olmaq olar. Bu meydana “İspaniyanın Venesiyası” da deyə bilərik. 1928-ci ildə açılan bu meydanda süni göl və üzərində körpülər salınıb. Qayıqlarla göldə tur ataraq körpülərdən keçəndə Venesiya imitasiyası yaranmış olur. İlin hər fəslində rəngli və canlı olan bu meydan Sevilyalıların və turistlərin görüş yeridir.

66853077_907286749633046_8952053171740475392_n
66840879_907286629633058_145886398228987904_n
İspaniyanın bir sıra şəhərlərini qarış-qarış gəzəndən sonra Sevilyaya bir başqa vuruldum. Sakit, huzurlu, eyni zamanda bu sakitlik içərisində dinamik bir şəhərdir… Və təbii ki, ən əsası çox rəngli şəhərdir. Triana evlərinin göyqurşağını xatırladan rəngləri, səmanın mavisinin 50 çaları, pambıq buludların bəyazlığı (bəxtimdən hava və buludlar çox gözəl idi) məni bu şəhərə yenidən və yenidən aşiq etdi…

67057989_907286442966410_4577009706609934336_n.jpg

66815678_907286146299773_1973608665889898496_n.jpg

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rena Karimova

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s