Şəhər bələdçisi – Lissabon

Lissabondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Lissabon – Dünyanın ən qocaman 2-ci paytaxt şəhəri, Avropada açıq-ara fərqlə ən sevdiyim şəhər- rəngarəng küçələri, təmiz və çox rahat olan ictimai nəqliyyatı, gözyaşardan Fado musiqili restoranları))), böyük parkları, ucuz qiymətləri, dadlı yeməkləri, fərqli dəniz məhsulları, binaların divarlarındakı seramik üzlükləri, möhtəşəm Pastel de Nata keksləri, gilas likörləri, sudun ucuz şərabları, gülərüzlü və əyləncəsevər insanları ilə bir başqa dünyadır Lissabon. Bu şəhərdə yarı Avropa, yarı Cənubi Amerika ruhu vardır. Avropanın bir çox ölkəsindən “Ryanair” Lissabona ucuz qiymətlərə uçur. Əvvəlcədən alsaz Kutais-Barcelona-Lisbon-Barcelona-Kutais biletlərini 150-200 avro ödəyərək əldə edə bilərsiz.

67218467_475286609924482_7030558840156323840_o

– Lisbon aeroportu demək olar şəhərin mərkəzindədir. Taksilər şəhərə 7-8 avroya aparır. Aeroportdan hər yerə metro ilə də çata bilərsiz. Demək olar bütün metro xətlərində liftlər var və baqajınızı metroya endirməyə və qaldırmağa heç bir problem yoxdur. Bir günlük limitsiz metro və avtobus kartının qiyməti 6 avrodur.
Nə yeməli və içməli – Balıq məhsuları sevirsizsə hesab edə bilərsiz ki, Lisbon bu yeməklərin cənnətidir. Yeməklər dadlı və kifayət qədər ucuzdur. Məsləhət gördüyüm balıq restoranı – Ramirodur. Hər yerdə satılan Pastel de Natadan və Ginjunha- gilas likörlərinin dadına baxmadan qayıtmayın. Şərabları sudan ucuz, endirləri ucuz və dadlıdır. Sonra içinə pendir və balıq qoyulan qaynamış kartoflardan mütləq alıb yeyin- səhv etmirəmsə Bakalao adlanır, çox dadlıdır. Cabacas ət restotanına gedin – Ət daş üzərində bişirilir və çox dadlı olur.

67297414_475286696591140_1878686615883218944_o
Harda qalmalı – Lizbona gedənlər üçün məsləhət gördüyüm çox gözəl bir otel var – VİP Executive Picoas Hotel 4*- Büdcəniz çatırsa otelin günü 2 nəfərlik otaq üçün ortalama 60 avrodur. Otel yeni istifadəyə verilib və çox super vəziyyətdədir. Açığı bookingdə bu oteli tapanda cəmi 3-4 rəy olduğunu görüb şübhəyə düşmüşdüm. Otel barədə heç yerdə heç bir məlumat və video olmadığından bookingdəki şəkillərin real olmadığını fikirləşdim. Amma gedib gördüm ki, şəkillərdə olandan da əla vəziyyətdədir. Hələ 750 mb/s interneti görəndə ağzım açıq qaldı. Bütün Avropada çəkdiyimiz 50 giqabayta yaxın şəkil və videonu clouda yükləmək 5-10 dəqiqə aparmışdı. Otel 7-ci Eduard parkıının 5 dəqiqəliyində və Parque (Park) metrosunun 200 metrliyində yerləşir.
Mütləq görülməli yerlər – Lisbon ticarət meydanı, Belem qalası, Kaşiflər heykəli (Explorers monument), Jeronimas monastrı, Lisbon qalası, Santa Justa lifti, LX Factory bölgəsi.

67065074_475286553257821_7689547552261144576_o
Lifehack – Santa Justa liftinə qalxmaq üçün xeyli növbə olur və qiyməti 6 avrodur. Amma bunu etməyin. Liftin hansı binanın üzərinə getdiyinə diqqət yetirin. Həmin binanın arxasına gedib pilləkanla yuxarı qalxın binqo- pulsuz və növbəsiz liftin qalxdığı yerin üzərindəsiz. 😀
Alfama bölgəsini gəzməyə ən az 1 gün ayırın. Lisbonun bu tarixi hissəsində bir çox sürprizlərlə qarşılaşacaqsız. Konkret yol axtarmayın elə küçələrə girib itmək daha maraqlı olur.
28 nömrəli tramvaya minib 1 tam tur atın. Lisbonun bütün turistik nöqlətininin yanından keçəcəksiz. 1 gününüzü Sintra-Roka burnu və -Cascais qəsəbələrinə getmək üçün, Lissabona isə ən az 3-4 gün ayırın.
Fado restoranlarına gedin. Əgər canlı Fado oxuyana qulaq asırsınızsa mahnı oxunan zaman yemək hörmətsizlik sayılır. Daha çox turistləri yolmaq üçün nəzərdə tutulan mərkəzdəki Fado restoranlarından uzaq durun.
– Əyləncə sevənsizsə PUB Crawl Lisbona mütləq qoşulub Lisbon gecələrinə axın.
– Lissabon haqqında saatlarla yaza bilərəm, amma postu daha da uzatmaq istəmirəm. Suallarınız olsa rəydə soruşa bilərsiz. Qısası – yol açıq-yola çıx – Lissabonu bir gün mütləq görün, peşman olmayacaqsız.

67354811_475286819924461_4773679403009835008_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s