Monteneqro və Balkan ölkələri bələdçisi

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.

Artıq yay gəlib və gəzmək istəyən hər kəs tətil programını hazırlamağa başlayıb. Büdcənizə min bərəkət və xoş istirahətlər əziz @gezeyenler 🙂
Mənə ünvanladığınız suallara əsasən sizlərə,hər səyahətçinin səyahət planına uyğun olacaq (səyahətçilərin büdcə, zaman, seçdiyi istirahət növünə görə) bir neçə hissədən ibarət olan Monteneqro və Balkan ölkələri haqqında ətraflı məlumat paylaşacam.
1️⃣ci Hissə 🙂 (İqlim, Nəqliyyat)
✅Səyahət planınızdan asılı olaraq:
1. İqlimi – Ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir.
2. Monteneqronun turistik sezonu həm qış, həm də yay sezonu üçün uyğundur. Turistlər qışda skiing üçün ölkənin şimal bölgələrinə üz tuturlar. Fevral – mart aylarında sahilyanı şəhərlərdə turistlər üçün müxtəlif karnavallar, festivallar təşkil edilir və bunlar açıq havada keçirilir və ödənişsizdir. Yay aylarında sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır.
3. Sahilyanı bölgələrdə qış sərt keçmir, ən soyuq aylar, dekabrın ortasından – fevralın ortasına kimidir.
✅ Hava limanları
1. Ölkənin iki hava limanı var: Podgorica (paytaxt şəhər, skadar gölü, Bar şəhəri və s. kimi görməli yerlərə yaxın şəhərdir) və Tivat (Xorvatiyaya və Monteneqronun sahilyanı şəhərlərinə yaxın şəhərdir). Tivat hava limanına Azerbaycan, Rusiya, Türkiyə kimi bir çox ölkələrdən uçuşlar yalnız yay sezonunda olur və 📌Pasha travel artıq 2 ildir yay sezonunda bu hava limanına, uyğun qiymətə, birbaşa uçuşlar təşkil edir.
2. Həmçinin sezondan asılı olmayaraq Türkiyədən Montenegroya tur avtobusları da gəlir.
✅ Nəqliyyat
1. Şəxsi maşın və ya rentacar ilə gəzməyi düşünürsünüzsə zaman itirmədən ölkəni daha yaxından kəşf ede bilərsiz. Top views üçün şəxsi maşın əvəzolunmazdır, her yere avtobus getmir.
📌Yanacaq qiymətləri təxmini olaraq belədir👇🏻ardıcıllıq 👉🏻Mne, Bosna, Makdn
*Super 95 (1.37€, 1.16€, 1.13€)
*Premium 98 (1.41€, 1.21€, 1.17€)
*Diesel (1.25€, 1.18€, 1.02€)
📌Texmini rent a car qiymətiləri (bokasun firmasının) Opel Corsa Manual (<7 gün -50 €, >7 gün -45€), Ford Flesta Manual(45-40€), Audi A4 Automatik (65-60€)
📌Taxi firmaları (mənim yaşadığım şəhərdə -Hercegnovi)
-novitaxi (tel: 19767) 24 saat
-taxi more (tel: 19730) 24 saat
📌Avtobus qiymətləri haqqında isə aşağıdakı link’dən maraqlana bilərsiz. Link’də həm ölkə daxili, həm da qonşu ölkələrə gedəcək avtobuslar və qiymətləri göstərilir.
https://busticket4.me/EN
* Avtobus bilet qiymətlərində avtobus firmalarına göre 1-2 euros fərq olur.
2️⃣ci Hissə
-Dil
-Çimerlikler
✅Dil- Ölkənin dili serb dilidir, rus dilli turistler az-çox yerli insanları anlaya bilər. Xarici dil olaraq İngilis dili istifadə edilir. Ölkədə rus dilini bilən təbəqə çox yaşlı təbəqədir. İngilis dili daha çox turizm sahəsində istifadə olunur.
✅Çimərliklər- Sahili narin qum olan çimərlikləri çox azdır. Əksər çimərliklər ya çınqıl, ya da iri daşlıdır. Bir çox çimərliklərdə dənizin suyu təmiz, dalğasızdır. Buna səbəb dağlarla əhatə olunmasıdır. Çimərliklərdə işlətmə sistemi olmadığı üçün kafe-restoranı olmayan çimərliklər də var, həmçinin ətrafın natəmizliyi də sizi narahat edə bilər. İstəyinizə uyğun çimərliklər 👇🏻
⭐️Budva şəhəri (məşhur çimərliklər bu şəhərdədir)
1.🏖 Mogren Beach -Budva old city yanında (200m) yerləşir. Sahili qumdur.
2.🏖Jaz Beach (4km) -məşhur çimərliklərindən biri. Restoran, kafe var. Sahili qum və çınqıl. Uşaqlı #gəzəyənlər üçün uyğundur. Həmçinin kürekli botlar, kayaklar ve jet ski kiralıya bilərsiz.
3.🏖 Becici Beach (1.8km) -sahili qumdur. Xalq çimərliyi ilə birgə otel müştəriləri üçün də çimərlikləri var.
4.🏖 Trsteno Beach -qum, çıngıl qarışımlı sahili var. Ən sevdiyim çimərlik deyə bilərəm. Ətrafında hal-hazırda təmir işləri gedir, kafe-restoran və başqa işlətmələr hələ ki, çalışmır (ehtiyyat yeyəcək, içəcək alın yanınıza). Sadəcə suyunun rənginə, şəffaflığına, təmizliyinə göre ora getməyə dəyər. Mütləq özünüzlə dənizin dibində üzən balıqları görmək üçün gözlük götürün.
5.🏖Budvada sahili günlük 100€-dan başlayan çimərliklər də var. Bunlar 👇🏻
-Dukley Beach (otel)
-Queen’s Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)
-Milocer və ya King’s Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)
-Aman Beach (Sveti Stefan) -adam başına 50€ ödəniş etmək lazımdır. Lakin həmən qarşısında xalq çimərliyi var 🙂
⭐️Digər çimərliklər
1. Dobrec -sahili çıngıl, suyu şəffaf. Hersegnovi, Rose, Zanjice ve Miriste’dən qayıq ilə getmək mümkündür və turistlər arasında daha az tanınan bir çimərlikdir. 2. Lucice -balaca körfez, ətrafı yaşıllıqlarla əhatə olunub. 3. Plavi Horizonti 4. Mala Plaža (Ulcinj) 5. Petrovac (Budva) və s.
3️⃣cü Hissə
-Qidalanma
-Alışveriş
✅Qidalanma
Balkanların mətbəxi demək olar ki, bir-birinə yaxındır və Osmanlı mətbəxindən də bəzi ləzzətlər bu ölkənin mətbəxinə keçmişdir. Porsyonları əksər məkanlarda böyük olur, sifariş edərkən diqqət edin 🙂
⭐️Fastfood
1. Çevapi (bizim lülə kabab), və sifariş edərkən donuz əti yemirsinizsə, qiymənin tərkibində donuz ətinin olmamasını öncədən dəqiqləşdirin. (Min. 2.5 €, təxmini 5 tikə çevapi və digər əlavələr)
2. Pizza -mənə görə ləzzətli pizzaları burada dada bilərsiniz. (Min. 5-6 €)
3. Giros -yunan mətbəxindən, bir növ şaurmaya bənzəyən yeyəcəkdir. (Min. 3€)
⭐️Digər yeyəcəklər
-Ət yeməkləri həm dad, həm də qiymət baxımından çox sərfəlidir. -Dəniz məhsulları qiymət baxımından bir az yüksəkdir.
⭐️İçəcəklər
-Montenegro həm də şərabları ilə məşhurdur.
-Çay sifariş edərkən, sizə limon, bal ilə servis edilir. Bu cür çay servisinin səbəbi var 🙂 yerlilərə görə çay xəstə olarkən içilirmiş, və bu ənənə belə də davam edir. (Fincanda servis edilir, min. 1€)
⭐️RESTORANLAR
Montenegroda, əsasən də sahilyanı bölgələrdə əksəriyyət məkanın mənzərəsi gözəldir.
Amma elə restoranlar var ki, oraya məhz mənzərəsinə görə getmək lazımdır. Əlbəttə gündüz vaxtı 🙂
1. Gradska Kafana (Hercegnovi)
2. Forte Rose (Hercegnovidən qayıq ilə gedə bilərsiniz)
3. Çatoviça Mlini (Hercegnovi Kotor arasındakı, erazi Morinj) -dadlı balıqları ilə məşhurdur.
📌Köhnə dəyirman ərazisini restorana çeviriblər, paylaşdığım şəkili həmin məkanda çəkmişəm.
4. Verige 65 (Kostanjica, Kotor)
5. Admiral Cafe & Restaurant (Hercegnovi)
6. Restaurant Galion (Kotor)
7. Fish restaurant Djardin (Perast)
8. Big Ben (Tivat) və s.
✅ Alışveriş
4️⃣cü Hissə (Sual-cavab)
Bu postumda mənə ünvanladığınız sualları cavablandıracam, ümid edirəm sizlərə faydalı olacaq🙂
1.❓Viza teleb olunur?
✅ Montenegro (90gün) və aşağıdakı sərhəd ölkələr Azerbaycan vətəndaşına viza tətbiq etmir.
👉🏻Bosniya və Herseqovina (90gün), Makedoniya (90gün), Albaniya (90gün), Serbiya (90gün)
2❓Turist vergisi ödəmək lazımdır?
✅Bəli, Montenegroda qaldığınız hər gün üçün 1€ (1 günün qiyməti) ödəmək lazımdır. 30 gündən əlavə qalırsınızsa, ondan sonrakı günlər üçün ödəniş etmirsiz.
3❓Qonşu ölkələrə getmək üçün sərfəli nəqliyyat, transport nədir?
✅Öncəliklə Montenegronun öz şəhərlərini gəzmək və qonşu ölkələrə getmək üçün aşağıdakı linkdən faydalana bilərsiniz👇🏻
https://busticket4.me/EN
4❓Çimərliklərdə şezlong qiymətləri nə qədərdir? Şezlong kiralamadan çimərlikdən istəfadə etmək mümkündür? Çimərliyə giriş ödənişlidirmi?
✅Şezlong qiymətləri 5-7€’dan başlayır. Saat 19:00-dan sonra dövlətin qanununa göre şezlonglar ödənişsiz olur.
Demək olar ki, əksər çimərliklərdə xalq üçün yer ayrılır, və şezlong kiralamadan çimərlikdən istifadə etmək haqqınız var 🙂
Ölkənin əksəriyyət çimərliyinə giriş sərbəstdir.
5❓Teknə turları haqqında
*Teknə turu sezonu 01 May-31 Sentyabr
✅ Teknə turları üçün özünüz teknə kiralaya da bilərsiniz, əsasən Budvadan (saatı 30-40€’dan başlayır, ) ya da bir nəfərlik biletinizi alıb tur təklif edən teknələrə üz tutursuz (15€’dan başlayır)
⭐️Kiralıq teknə turu xidmətinə daxildir: 👇🏻
-Dəniz gəzisi 👉🏻Budva Riviera, Becici, Kamenova, Milocer, Sveti Stefan, The Island of st. Nicholas
-Bir neçə çimərliklər -Drobni pjesak, Petrovac, H3 (Nudist), Trsteno, Zanjice, Ploce, Nicholas adasındakı çimərlik.
-Bigovo balıqçı kəndi, Blue cave, Kotor Körfəzi (Hercegnovi və Kotor)
-Balıq tutma
-Teknə ilə gecə gəzintisi
⭐️Turist teknə turlarına daxildir👇🏻
-bəzi turlar səhər başlayır, bəziləri isə səhər və ya günortadan sonra olmaqla 2 hissədən ibarət olur.
-hop on – hop off (2.5 saat, bilet 15€)
-Kotor-Perast-Island lady of the rocks (hər teknə turu fərqli yerlərə gedir)
5️⃣ci Hissə 🙂
🇲🇪Ölkənin rəsmi bayramları
❄️☃️QIŞ fəslində olan bayramlar
01.01- Yeni il
02.01- Day of Saint Ignatius of the God-Bearer – chicken Christmas.
05.01- Tucindanan.
06.01- Milad (Badnji dan).
07.01- Yanvar – Milad
14.01- Köhnə yeni il
🌸🌺YAZ fəslində olan bayramlar
15.04- Uşaqlar bayramı
01.05- Əməkçi bayramı
12.05- Müqəddəs Basil Günü
21.05- Monteneqronun Müstəqillik Günü
Dəyişən tarixlərlə Pasxa
🌞☀️YAY fəslində olan bayramlar
03.06- Monteneqronun Müstəqillik Günü
04.07- Partizan bayramı
13.07- Monteneqronun dövlətçiliyi günü
28.08- Monteneqronun Krallığının elan etdiyi gün
🍁🍂PAYIZ fəslində olan bayramlar
01.11- Bütün müqəddəslərin günü
29-30 noyabr Respublika Günü
🇲🇪Fəsillərə görə şəhərlər
❄️QIŞ
* Adriatik sahili boyunca yerləşən bölgələr il boyu şimal bölgələrə nisbətən daha mulayim olur, qış aylarında orta temperatur 11 ° C. Bu ərazilərdə qış sıxıcı keçir, turistlərin diqqətini çəkmək üçün festivallar təşkil olunur.
*Qışın 3 ayı soyuq (orta temp. -10 ° C) keçən şimal bölgələrdə turistlər üçün 📌Zabljak və Kolasin istirahət mərkəzlərində 🏂xizək mövsümüdür (yanvar, fevral)
🌸YAZ
* Mart ayında sahil və mərkəzi bölgələrdə temperatur 16 ° C’dir, lakin yaz aylarında tez-tez gur, günlərlə yağış ☔️yağır, bu isə bəzi gəzəyənlər üçün əlverişli olmaya bilər. Dağlarda 🏂xizək mövsümü Mart ayının son günlərinə qədər davam edir.
*Aprel bütün ölkə üçün isti havalara keçid ayıdır, lakin yağışlı havalar davam edir. Yağışlara baxmayaraq aprel ayında hava gəzmək üçün əlverişlidir.
*May ayında, dənizkənarı istirahət mərkəzləri qonaqlara qapılarını açılır. Hava yaxşıdır, lakin hələ üzgüçülük üçün uyğun deyil.
🌞YAY
* Adriatik sahilində yay çox quru və isti olur. İyun ən rahat aydır. Temperatur təxminən 30 °-28 ° C.
*Dağlıq bölgələrdə təxminən 25 ° C.
🍁🍂PAYIZ
*Sentyabr və noyabrın ilk yarısı Adriatik sahillərində 📌Velvet Mövsümüdür, yəni Adriatik dənizinin suyu hələ də üzgüçülük üçün kifayət qədər istidir.
*Soyuq havalar noyabr ayından başlayır.
6️⃣cı Hissə
Montenegro turu👇🏻
1. Öncəki postlarımdan birində qeyd etdiyim kimi ölkənin 2 hava limanı var: Tivat, Podgorica
Monteneqroda görüləcək yerlər👇🏻
-Hercegnovi, Tivat, Perast, Kotor, Budva, Çetinye, Bar(təmiz zeytun yağı), Ulcinj(Albaniya ilə sərhəd), şimalda -Nikşiç, Jabljak(Black lake, doğa yürüyüşü, üzgüçülük), Tara(zip line), Durmitor, Ostrog
✅Tivat hava limanı ilə gələn turistlər üçün təxmini gəzi turu belədir 👇🏻
1. Tivat -ən məşhur yeri Porto Montenegro, bu şəhərə təxmini 1 saat zaman ayırın.
2.Ferry ilə yolu qarşi tərəfə keçin (Ferry’də minik maşın üçün bilet 4.5€), keçdiyiniz yer Kamenari adlı ərazidir. Əgər zamanınız varsa Kamenaridən avtobus ilə Hercegnoviyə gedin, yoxdursa yolu əks istiqamətdə davam edərək, Perast, Kotor, Budva, Bar, Ulcinj kimi şəhərlərə üz tutun.
7️⃣ci HİSSƏ👇🏻
(Montenegroda edile bilecek aktiviteler)
Aktiviteler fesillere göre, bölgeye göre deyişir.
🌞Yay-yaz aylarında 👇🏻
1. 🚴🏻‍♂️🚴🏻‍♀️ Velo tours
2. 🚣‍♀️ Boat Tours
3. Rafting (şəffaf suyu olan Tara çayı)
4. Paragliding (yamaç paraşütü) (Budva)
5. Kitesurfing (Ulcinj şəhərindəki sahil, Long beach bu idman növünü sevənlər üçün ən uyğun sahildir)
6. Windsurfing
7. Kayaking
8. Adventure Park Lovcen (uşaqlar üçün daha uyğun yerdir)
9. Zip Line (Zabljak, Njequsi)
📌3 tip zip line var, qısa- Red Rock, orta- Tara, uzun- Extreme
10. Diving
❄️Qış aylarında
Ski (Zabljak, Kolasin) 📌Qışda turist çoxluğundan, saat 11’dən sonra ski spor alətləri bitir.
8️⃣ci HİSSƏ və son paylaşımım 🙂
✅Montenegro ilə qonşu olan ölkələr və ya digər Balkan ölkələri
⭐️1. Mənim ən çox bəyəndiyim balkan ölkəsi Xorvatiyadan başlayaq 🙂👇🏻
📌Viza tələb olunur
🔹Ən məşhur şəhərlərindən biri Dubrovnik.
“Game of thrones” serialından sonra turist sayısı 100% artdı və yay turist sıxlığı olan aydır. Şəhəri gəzmək bir və ya yarım gün bəs edər. Rentacar ilə gələnlər 📌DİQQƏTLİ olun, ölkədə maşınlar üçün park pulu çox bahadır.
Dubrovnikə yaxın digər gözəl bir şəhər isə 🔹Cavtat şəhəridir.
Vaxtınız olursa, mütləq Xorvatiyanın bir çox şəhərlərini gəzin. Xorvatiya turum haqqında paylaşım etmişəm👉🏻 #seyahat_arzusuuuxorvatiya
⭐️2. BİH (Bosniya) 🔹Mostar körpüsü (memarı türk olub)
🔹Trebinje (yarım gün bəs edər)
🔹Sarayevo (ölkənin paytaxtı və özünüzü Türkiyədə hiss edəcəksiniz 😉)
⭐️3. Makedoniya 🔹Üsküp (Skopje) ölkənin paytaxtı (bir və ya yarım gün bəs edər)
🔹Ohrid (milvarisi ilə məşhurdur)
⭐️4. Albaniya
Albaniyanın paytaxı, Tirana – mənə görə sıxıcı şəhər, vaxt itkisi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nigar Musazade

 

 

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s