Bir səyahət – 6 şəhər

ROMA, VENESİYA, MİLAN, BUDAPEŞT, KİYEV, ODESSA.
6 şəhər, 3 ölkə hamısı eyni postda.
Bu qrupdan bir dostumuz dediyi kimi qurban olduğum Wizzairdən biletləri seçib çıxdıq yola 🤣
Gəzməli görməli yerləri şəkillərdə göründüyündən və postu oxuyanları yormamaq üçün mümkün qədər qısa qeydlərlə növbəti şəhərlərə keçəcəm. Başdan deyim ki, gözləntilər fərqli, baxışlar fərqli, şəhərlərlə bağlı yekun qərarlar fərqli ola bilir. Böyük kütlənin sevdiyi haranisa sevməyə bilərəm və ya əksi.
Öncəliklə Roma.. Kutaisi – Roma reysiylə çatdıq şəhərə. Çatdıq derken dostum Elçin və mən 🙂 Paris səfərimiz də birlikdə olmuşdu. Romaya gediş biletini bir neçə ay öncədən 70 aznə almışdıq (tək gediş). 7 euro aeroportdan şəhərin mərkəzinə getmək üçün bus bileti aldıq. Oteli Terminidə seçdiyimiz üçün şəhərin əsas gəzməli-görməli yerlərinə uzaq deyildi. Maps.me, canımız gözümüz 😍 taksisiz, avtobussuz, kasıb malı, ayaq gücünə 😬 Fikrimcə, hər şəhəri ayaqla gəzmək lazımdı. Mümkün qədər avtobussuz, metrosuz. Necə deyərlər qarış-qarış, xəyalındaki hansısa şəhərdə addımladığını dəfələrlə hiss edərək.. Mənə görə hansısa şəhərdə piyada gəzməkdən yorulmursansa bu gəzinti deyil.

67282202_2333302753415671_4644446555787493376_o
Roma çoxunun bildiyi kimi tarixi şəhərdi. Min illərlə əvvəl tikilmiş tikililər. Normalda mənim tarixi şəhərlərlə aram yoxdu, ama Romanı orta dərəcəli də olsa sevə bildim. Şəhərdə əsas xoşuma gələn hər bir tərəfinin gəzmək və gözəl şəkillər üçün uyğun olması idi. Bir də şəhərdə bir-birinə yaxın məsafələrlə olan bulaqlarını sevdim. Sərin su – yay aylarının vazkeçilməzi. Roma dondurmasının dadına baxdıq, Pizzasının da dadını bildik. Şəhər Paris qədər olmasa da bahalı idi. Bahalığa görə ən çox təsir edəni də 1 eurodan WC keyfi  Roma plani quran dostuma tez vatsappda yazmışdım, bağırsaqların düzəlməyincə uzaq dur bu şəhərdən, Bakıdakılardan bərk bərk yapış  Şəhərin əsas görülməli hər küçəsini addım-addım gəzdik. Adriatik dənizinə getdik plyajına. Vatikana getdik, ora tamam başqa aləmdi. Burda çox Roma fanı var ama mənim üçün şəhərin gözəlliyi 3/5. Romanı istər-istəməz daha öncə getdiyim Parislə müqayisə etməli olurdum. Şəhərləri qarşı-qarşıya qoymağı sevən deyiləm ama insan özündən asılı olmadan orda eləydi burda beləydi edir. Bilmirəm ən çox sevdiyim şəhərdi deyə yoxsa nə Parisə əlavədən on dəfə də gedərəm, ama Romaya ikinci dəfə gedərdimmi? Getməzdim.
Keçdik Venesiyaya.. Bu şəhərə getmədən youtubedə dəfələrlə 4k videolardan izləmişdim. Şəhəri sevəcəyimdən şübhəm yox idi. Şükür elə də oldu. Nağıl kimi şəhərdi Venesiya. Fərqli şəhərdi, valehedici şəhərdi. Məsələn, mən ömrümü o şəhərdə yaşamaq istərdim. Elə bir şəhərdi. Deyərdim, dərdi-kədəri unutduran, gözəlliyini gördükcə gözləri güldürən şəhərdi.

67351870_2333302990082314_1576873710600585216_n
Milan – Ən az bu şəhərdə oldum ama ən çox bu şəhəri sevdim. Tam mən istəyən şəhərlərdən. Müasir hündür mərtəbəli binalar, gözəl parklar, gözəl yollar, böyük və gözəl görünüşlü alış-veriş mərkəzləri, bahali maşınlar. Belə müasir şəhərlərdə mənə elə bir hiss gəlir ki, sanki bütün milyonerlər yığışıb əlində-ovcunda nə varsa şəhəri gözəlləşdirməyə sərf edib. Şəhəri gəzdikcə düşünürdüm mən nə savab işləmişəm indi buraları görürəm, Naxçivandan Milana uzanan həyat hekayəsi falan filan 😀😁
Ümümulikdə İtaliya səfərim haqqında bu qədər.

67531832_2333303050082308_6425521235186155520_n

Keçdik Budapeştə. Macarıstanın paytaxtı. Bu şəhəri də nədənsə görmək istəyirdim. Şükür, qismət oldu. Buda və peşt şəhərlərini birləşdirən Dunay çayı. Mənzərə super idi. Qiymətlər İtaliya ilə müqayisədə daha ucuz. 1 euro = 310 forint idi. Şəhəri gəzməkdən böyük keyif aldım) Hətta o dərəcə ki, gündəlik 25-30 km piyada gəzintidən ayağım da şişmişdi) ama dəyərdi.

Kiyev – Mənə görə Bakının bir neçə il əvvəlki halı. Yolları, parkları oxşar, metrosu birəbir eyni. Kiyevdə çox zamanımız olmadı deyə təkcə mərkəzi hissəsinə getdik, o da 15-20 dəqiqə piyada gəzməmiş dedilər, qaqa olanımız budu 😂 Ama bir dönər yedim ki, gəl görəsən. Dadı damaqdan getməyən, yedikdən sonra əlavədən barmaq yedirdən )) haçansa yenidən Kiyevə getməli olsam tapacam o yeri, ya da haçansa milyoner olsam sırf o dönəri gedib yeyib qayıdacam  Xəyallarımda da kasıbçılıqdi, dönər zad Dediyim kimi daha çox müasir şəhərlərdən zövq aldığımdan bu şəhəri sevmədim, mənə görə sıxıcı, vaxt ayrılmayacaq şəhərdi, gözləntim isə böyük idi.

67375440_2333303400082273_515568758975102976_o
Odessa – Ukraynanin digər şəhəri – Turistik şəhər. Kiyevlə müqayisədə daha çox bəyəndim. Qara dəniz sahillərində piyada gəzinti çox gözəl idi. Dadlı yeməklər, gözəl parklar, gözəl çimərliyi.

– Uzaqlara getmək, dənizlər, sərhədlər, ölkələr, inanclar aşmaq fürsəti yarandığı zaman heç düşünməyin. Gəzmək yaşamaqdır. Arzusunda olan hər kəsə qismət.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Hüseyn Hacıyev

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s