Türkiyə-Monteneqro-Albaniya səyahəti – 2-ci hissə

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əvvəlki postda qeyd etdiyim kimi, Albaniyaya bileti İstanbul üzərindən almışdıq: İstanbul-Tirana-İstanbul 240 AZN. Bu səyahət planımızda Albaniyanı sadəcə tranzit kimi keçməyi nəzərdə tutmuşduq. Məqsədimiz Montenegro-Bosniya Herzeg-Serbiya turu etmək idi. Ancaq Albaniyada bizə gəlmişkən Adriatik sahillərində Saranda, Vlore, Ksamil kimi gözəl yerlərə də baş çəkməyimizi məsləhət gördülər və planlarımız dəyişdi. Tiranaya çatar-çatmaz ilk öncə yollandıq beynəlxalq avtovağzala 23 Euroya Tirana-Budva biletimizi aldıq, çıxdıq 5 saatlıq bir yola, gecə saat 11-də Budvaya çatdıq. 100 Euroya 3 gecə 4 günlük apart kirayələmişdik booking.com-dan, həm dənizə yaxın, həm mərkəzə. Montenegroda aktiv istirahətə üstünlük verdik.

İlk günümüzü Budvada keçirdik. Budva plajında sanki Odessadasan, şəhər ancaq ruslardan ibarətdir sanki. Budva Old Townu gəzdik. Həm tarix, həm təbiət, həm dəniz – üçü bir arada hər kəsin istirahət zövqünə uyğun bir yerdir. Qiymətlər digər Avropa ölkələriylə nisbətdə çox ucuzdur. İnsanları çox yardımsevərdir. Bir də yeməklərinin porsiyası hədsiz çoxdur, 1 porsiya 2 nəfərə kifayət edir, büdcənizə qənaət etmiş olursunuz. Restoranlarda yeməklər 8-15 euro civarındadır, amma daha ucuz yeməkləri dənizkənarı fastfood cafelərdə tapa bilərsiniz, məsələn, böyük pizza dilimi 1,5-2,5 euro arası, giros (bildiyimiz toyuq dönəri) 2-3 euro və.s.

66980032_2945662562171719_3553610796309151744_n

 

67063969_2945662318838410_161038871050584064_n

Budvada edilməsi mütləq olan Cruis turudur-18-20 Eurodur, tam bir gününüzü alır, Blue Cavede üzmək çox maraqlıdır. Saat 9-dan sonra isə gənclər üçün gecə həyatı başlayır, dənizkənarı boyunca gündüz yemək xidməti göstərən restoranlar gecə cluba çevrilirlər. Amma qiymətləri barədə məlumatım yoxdur.  Əlavə olaraq Budvaya avtobusla 15 dəqiqə məsafədə Sveti Stefano adası yerləşir. Ada 1 oteldən ibarətdir və içəri giriş otel sakinlərindən başqa hər kəsə qadağadır. Amma adanın ətrafında dənizin suyu mükəmməldir. Mütləq baş çəkin və hətta biz dənizə girəndə axşam saat 8-9 idi, mükəmməl bir hissdir. Tərtəmiz su və tək-tük insanlar var.

 

66684470_2945662405505068_2859626402913714176_n

 

67247026_2945662488838393_354223175719976960_n

İkinci günümüzü Kotor Bay turu etdik, amma turla yox, özümüz. Beləliklə büdcəmizə qənaət etdik. Şəhərlərarası avtobus xərcləri bir istiqamətdə 2-5 euro arası dəyişir məsafədən asılı olaraq. İlk dayanacağımız Kotor oldu. Kotor Budvadan daha kiçik, daha sakit və də daha şirin yerdir. Şəhəri tam gəzmək üçün 3 saat kifayətdir. Demək olar ki, bütün restoranlarda ən azı 1 ofisiant türkcə bilir, ingilis dili səviyəniz yoxdursa, türkcə danışa bilərsiniz. Kotorda mütləq edilməli olan: Kotor qalasının ən yüksək nöqtəsinə çıxıb şəhəri bir nöqtə kimi seyr etməkdir. Qalanın ən hündür zirvəsi 2 km-dir, ancaq hava isti olduğu üçün səhər günəş çıxmadan getmək məsləhətdir.

67242926_2945662715505037_8932108967115489280_n

Biz cəhd etmədik ona görə də. 3-4 saatlıq Kotor gəzintisindən sonra yollandıq Perast qəsəbəsinə. Perast kiçik balıqçı qəsəbəsidir, hətta o qədər kiçikdir ki, qəsəbə sadəcə sahilboyunca bir küçədən ibarətdir. 1 saat Perast üçün kifayətdir. Perastdan Our Lady of the Rocks adasına bot taxi ilə 5 euroya getdik və döndük. Ada sadəcə 1 kilsədən ibarətdir, ama Perasta gözəl mənzərə açılır. Gedib görməlisiniz. 2-ci gün üçün sonuncu dayanacağımız Herzeg-Novi oldu amma başımıza gələcəklərdən xəbərsiz idik. Herzeg-Noviyə çatar-çatmaz Budvaya geri dönüş üçün bilet almaq istədik, amma tapana hədiyyə düşür dedilər. Burda birşeyi anladıq: Balkanlarda nəqliyyat sistemi çox aşağıdır: Bir-birindən 2 saatlıq məsafədə yerləşən şəhərlər arasında ən sonuncu avtobus axşam saat 5-6 arası yola düşür. Biz isə Herzeg-Noviyə elə saat 6-da çatmışdıq. O saatdan sonra evinə qayıtmağa bir avtobus tapsan cənnətə düşmüsən deməkdir.😁 Taxi isə azı 60-70 euro qiymət oxuyur insana. Artıq gəlmişik, onsuz ya burda gecələyəcik ya başqa bir çarəsinə baxarıq, kefimizi pozmayaq, gedək şəhəri gəzək deyərək düşdük Herzeg-Novinin küçələrinə.

6825866abf6ddc014340326b35addd51_XL

Burada digərləri kimi dar küçeleri ile xoş gelen Old Town, sahili canlı həyatı ilə ürəyimizi oxşadı. Restoranda qiymətlər elə Budva, Kotor kimidir, hər büdcəyə uyğun yemək tapa bilərsiniz. Sıra gəldi Budvaya geri dönməyə, həyatımızda ilk dəfə gecə saat 11-də biraz qorxuyla biraz tərəddüdlə avtostopdan istifadə etdik. Əslində gedəcəyi yer Kotor olan, orada yaşayan bir rus qardaş “gecədir, yollarda qalmayın” deyərək bizi təmənnasız Budvaya qaldığımız ünvana qədər gətirdi, çox çox minnətdar olduq.

Səhərisi gün artıq aktiv istirahətdən yorulmuşduq deyə Bosniya-Herzeg və Serbiyanın əvəzinə çox təriflənən Sarandaya (Albaniya) getmək qərarı aldıq. Bunun üçün ilk öncə Budva-Ulcinj avtobusu ilə Ulcinjə getdik, ordan da avtobusla Tiranaya getməli idik. Amma rəfiqəm avtobusda əşyasını unutdu və o avtobus bir də 4 saat sonra Ulcinjə gələcəkdi, 4 saat gözləməli olduq, nə yaxşı da ki, bu hal başımıza gəldi deyirik hər dəfə yadımıza düşəndə. 4 saatı avtovağzalda oturmaq əvəzinə gəlmişkən buranı da görək dedik və Ulcinj Olt Towna getdik, Ulcinj qalası hər halda Adriatic dənizinə açılan ən gözəl mənzərədir deyə düşünürəm, bir də günəş batımı vaxtına düşsəniz. Elə möhtəşəm mənzərə hələ görməmişdim. Qalanın ən yüksək zirvəsində balıqçı restoranı var. Oranın ən bahalı restoranıymış amma, 1 porsiya kefal, 1 porsiya Pasta, 2 qədəh ağ şəraba 30 euro hesab ödədik. Oradan da xoşbəxt ayrıldıq yola düşdük Albaniyaya.

Ulcinj-Tirana-Saranda istiqamətində gecə yola düşüb səhər 12-də Sarandaya çatdıq. Ulcinj-Tirana 15 Euro, Tirana-Saranda 12 Euro. Saranda paytaxt Tiranadan 5 saatlıq məsafədə bir sahil şəhəridir. Kiçikdir, gəziləcək yerləri varmı? Yoxdur, əsl passiv istirahəti sevənlər üçün ise möhtəşəmdir, sadəcə masmavi sulu dənizi, təmiz plyajı, bir də restoranlarla dolu bir dənizkənarı bulvarı var. Plajı qumlu deyil, xırda daşlıdır. Bir də Bakıdan fərqli olaraq, plajda istədiyin çətirdən istədiyin lejankadan istifadə edə bilərsən, heç kəs səndən 3 manat-5 manat ödəmə tələb etmir. Yeməklər çox ucuz, və porsiya Montenegroda oldugu kimi çoxdur. İnsanları çox gülərüzdür. Yenə booking.com-da tapdığımız bir apartda 3 gecəyə 60 euro ödəyərək gecələdik. Bir də Sarandadan avtobusla 15 dəqiqə məsafədə yerləşən Ksamil adası var, kiçik Maldiv adaları adlandırırlar, bəmbəyaz qumlu masmavi suyu ile göz oxşayır. Albaniyaya getməyi düşünənlər başqa yerlərinə vaxt və pul sərf etməsinlər. Saranda və Ksamilə getmək kifayətdir. 7 günlük Montenegro-Albaniya səyahətimizə 1 nəfərə 400 euro pul xərclədik, aldığımız hədiyyələr, yol xərcləri və.s. daxil.

P.s. Post çox uzun olsa da bütün məlumatları paylaşmaq istədim, bəlkə yararlanan olar deyə.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Roza Ahmedova

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s