Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Avropanın musiqi, kofe , şnitzel , memarlığı və sarayları ilə məşhur paytaxtı Vyana..
Vyananı Vyana edən Mozart, Johann Strauss , Freud , Egon Schiele , Gustav Klimt kimi önəmli insanlar adamın şəhərə heyranlığını daha da artırır.
Hava limanından şəhər mərkəzinə avtobuslar var – tək gediş 8€ , gediş dönüş 13€ .
Şəhər içi isə 24, 48, 72 saatlıq biletlər ala bilərsiz. Ya da velosiped və Skuter app’ları yükləməklə istədiyiniz yerə gedə bilərsininiz. Mən ilk gün 24 saatlıq bilet aldım ( 8€ ) , ikinci gün skuterlərdən istifadə etdim ( ilk 1 € çıxır, sonraki hər dəqiqə üçün 15cent ) .
Şəhər çox zəngin tarix amma bir o qədər də bahalı olduğu üçün muzeyləri gəzmədim, sadəcə Vyana milli kitabxanasına girdim (8€ , əgər tələbəsizsə 6€). Əvəzində bol bol gəzib parklarında çəmənlərə yayıldım 🙂 . Keçirdiyim 3 gün , 2 gecə yetərsiz idi Vyana üçün.
Vyana deyəndə ağıla ilk gələn şeylərdən biri də Operadır. Opera, Balet və Konsertlərə getməmək günahdı əslində. Ən azından Vyana Dövlət Operasını (Wiener Staatsoper) gəzin. Muzeylər , Saraylar haqqında danışmaq istəmirəm, çünki internetdə yetəri qədər açıq aydın məlumatlar var.
Mənə maraqlı olan məkanlardan biri “Sperl Kafe” idi. Səbəbi Before Sunrise filmindəki məşhur ‘ring ring’ səhnəsinin burda çəkilməsi idi. 19cu əsrin sonunda açılan kafe ilk vaxtda olduğu kimi bugünlərə gəlib çıxıb. 1907ci ildə İncəsənət Akademiyasına müraciət edən Adolf Hitler də bu kafeyə tez-tez gəlirmiş, çünki akademiya kafeyə yaxın idi. Burda Avstriyanın ən məşhur yeməyi Şnitzel yedik. Şnitzelin orjinalı donuz ətindən olur, amma dana və toyuq ətindən də hazırlanır. Vyanada çoxlu kafelər var və ən maraqlısı da budur ki, kafe və restoranlarda uzun növbə olur.
Şnitzeli isə 100 ildən çoxdur ən yaxşı hazırlayan restoran Figlmueller’dir. Biz bura getmədik , rezervasiya etmək ya da saatlarla növbə gözləmək lazım idi, vaxtımız isə limitli idi.
Digər kafelərdən birində də Melange (Austrian style coffee) və apple strudel təcrübəsi yaşadıq, normal kofe və alma pirogu idi 🙂.
Vyanada yemək ən ucuz street food’lardır, bunları da yoxlamağınızı məsləhət görərdim, ən azından həm də dadlıdılar.
Şokalad və məşhur wanner vaflilərini isə bəyənmədim. Avstriya çaxırları isə yaxşı idi.
Xərcləri yazmıram çünki bu individualdır. Amma maraqlıdırsa suallarınızı verə bilərsiz.
İnstagramdan da izlə bilərsiz 😀 : @nazrinland
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Nazrin Rahimova