Türkiyə-Monteneqro-Albaniya səyahəti – 1-ci hissə Türkiyə günləri

Salam, dostlar. Mən də ilk məlumatlandrıcı postumu paylaşım qrupda. Bizim səyahətimiz Türkiyədə başlayıb Albaniyada bitən 12 günlük dolu dolu bir səyahət idi. 2 nəfər idik və mənim ailədən uzaq, rəfiqəylə ilk səyahət təcrübəm olduğu üçün narahatçılıqlarım yox idi desəm yalan olar. Gələk əsas məsələyə: Biletləri Bakı-İstanbul-Bakı reysinə Buta Airwayslə 340 AZN-ə, İstanbul-Tirana-İstanbul reysinə Pegasusla 240 AZN-ə aldıq. Qeyd edim ki, daha ucuz ala bilərdik, sadəcə işin ucunda Türkiyə varsa bizim üçün shopping qaçınılmazdır dedik, hər iki istiqamətdə 23 kq baqaj haqqımızdan istifadə etdik və biletlər bizə 580 AZN-ə başa gəldi. Yuxarıda qeyd etdiyim kimi, səyahətimiz Türkiyədə başladı. İstanbulda həm rəfiqəmin həm mənim qalacaq yerimiz olduğu üçü otelə pul sərf etmədik. Mən Sabiha Gökçen Hava limanından Kadıköye AİRBUSla 14 TL-yə getdim, Taxi ilə də gedə bilərsiz təbii ki, amma o qədər məsrəfə ehtiyac yoxdur deyə düşünürəm.

67201431_2944640452273930_2241211946206494720_n

Biz daha öncə İstanbulda olduğumuz üçün olmadığımız bir neçə yerə getmək yetərlidir deyə düşündük, yollandıq Dolmabahçe sarayına. Saraya giriş 60 Tl-dir. İstanbula gedib Dolmabahçe sarayını görməmək günah olar deyə düşünürəm, mütləq görməlisiniz.

default

2 saatlıq Dolmabahçe gəzintisindən sonra “Çukur” filmi ilə məşhurlaşan Balat-Fener ərazisini də görmək istədik. Hər kəs öz evini antik butik cafelere çevirib, hər cafe bir tarixdir sanki, yemək qiymətləri 1 nəfərə 40-60 TL civarındadır.

67213757_2944640348940607_2386573211669102592_n

Balat-Fener gəzintisindən sonra isə Pier-Lotti təpəsinə çıxıb İstanbulu bir də yüksəklərdən izlədik, günbatımını seyr etdik. İstanbulda ikinci günümüzdə isə Üsküdar Kız kulesi mənzərəsiylə çay içdik, Ortaköyə yollandıq, Ortaköy kumpiri (27 TL) yedik. Boğaz turu mütləqdir İstanbulda, Elə Ortaköydən başlayan boğaz turlarına qatıla bilərsiniz. Biz İstanbul üçün 2 gün yetərlidir deyərək gecə 12:00 avtobusu ilə yollandıq üzü Balıkesir-Ayvalıka. İstanbul-Balıkesir yolu 5 saat davam etdi, Balıkesir-Ayvalık isə 2 saat yarım. Yol xərcimiz gediş 120- dönüş 120 Tl oldu. Ancaq bileti bir neçə gün əvvəldən almaq məsləhətdir, çünki biz çox çətinliklə bilet tapdıq. Ayvalık kiçik bir şəhərdir, 3-4 saat da vaxt keçirmək yetərlidir. Yemə-içmə qiymətləri normaldır, məşhur ayvalık tostunu mütləq yeyin, əgər yolunuz düşərsə. Ayvalıkdan taxi botla (6TL) 20 dəqiqə məsafədə Cunda adası var, Egey dənizinin sahillərində sanki kiçik bir cənnətdir.

66859815_2944640748940567_5708433886288019456_n

 

67077465_2944640618940580_6196714729461776384_n

 

Bir az İzmir Alaçatısını xatırladır, amma bura daha sakit və turistlərin daha az olduğu yerdir və Alaçatıdan daha ucuzdur. Meyhaneləri, dəniz məhsulu restoranları ilə məşhurdur, plajları da var, rahatlıqla dənizə girə bilərsiniz. Bir gəzəyən üçün ən mühüm əşya hədiyyəlik magnetlərdir deyə düşünürəm, Cundada qiyməti 3 magnet 10 TL-dir. Əslində Ayvalığa səhər çatıb gecə qayıtmağı düşünürdük, ama bu cənnətdə 1 gün daha artıq vaxt keçirmək qərarına gəldik. Cunda adasında hər kəs evini butik otel və ya pansionat halına gətirib gəlir yeri kimi istifadəyə verib. Ancaq qiymətlər bahadır. 1 gecəlik 2 nəfərlik otaq kahvaltı daxil minimum 250 TL-dən başlayır.

Yerli insanlar bizə Ayvalıkda daha ucuza yer tapa biləcəyimizi dedilər və Ayvalıkda gecələmək qərarına gəldik. 2 nəfərlik otağa 100 TL ödəyərək qaldıq. Bir də Ayvalık mərkəzdə “Aresin yeri” adlı kahvaltısıyla məşhur butik cafe var, 2 nəfərlik serpme kahvaltıya 80 TL ödədik. Bir də Ayvalığın balıq yeməkləri ilə ən məhşur yeri “Tık Mustafanın yeri” adlı meyhane tipli restorandır, reserv etmədən yer tapmaq mümkün deyil. 2 nəfərlik 100-150 TL xərciniz çıxacaqdır. Aurası çox gözəldir, oxuyan kim oynayan kim. Cunda küçələrini 2 gün gəz-gəz doymadıq, amma ikinci günün sonunda İstanbula 120 TL-yə dönüş biletimizi (Uludağ otobüs firması) aldıq.

67341631_2944640592273916_61622601625108480_n

Ayvalıkdan birbaşa İstanbula düşdük yollara. Bizi yeni bir ölkə, yeni səyahət macərası gözləyirdi çünki. Türkiyədə 4 gün üçün ümumi 120-150 Euro xərcimiz çıxdı 1 nəfərə. Montenegro və Albaniya haqqında ayrıca post paylaşacam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Roza Ahmedova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s