İspaniya üçün səyahət büdcəsi

Gəzməli-görməli yerlərdən şəkillər paylaşır, bəh-bəhlə təəssüratlar yazırıq. Amma gəlin etiraf edək ki, insanları ən çox büdcə maraqlandırır, səfər barədə ilk olmasa da, mütləq ikinci sual o olur ki, nə qədər pulun çıxdı? 🤔

Təbii ki, hər hansı bir ölkəyə, şəhərə səyahət büdcəsi sizin orada harada qalmağınızdan, nə qədər qalmağınızdan, hansı nəqliyyat növünü seçməyinizdən, nə yeyib, nə içməyinizdən asılı olaraq dəyişəcək. Mən öz təcrübəmdən, 1 həftəlik İspaniya səyahətimdən yazım, kimdəsə bu məbləğ qat-qat ucuz ola bilər, kimdəsə əksinə baha 🤷‍♀️

📌İlk olaraq İspaniyaya necə getməli? İspaniyaya ən ucuz uçuş Kutaisidən Barselonayadır. Wizzair hava yolundan təxminən 150 Euroya gediş-dönüş uçuş biletini əldə edə bilərsiniz. ✈️

airport

📌İspaniya daxilində isə şəhərlərarası qatar və avtobus biletlərini də öncədən almaqda fayda var. Bunun üçün omio.com saytından istifadə edə bilərsiniz. Barselona-Valensiya qatar biletim 29 Euro, Valensiya-Madrid qatar biletim 34 Euro, Madrid-Granada avtobus biletim 20 Euro, Granada-Cordoba avtobus biletim 16 Euro, Cordoba-Sevilya qatar biletim 14 Euro. İspaniyanın özünün Renfe qatarlarından və Alsa avtobuslarından istifadə etdim.🚉

📌Gəldik otellərə… İlk olaraq, onu deyim ki, Madrid və Barselonada qiymətlər Əndəlüs bölgəsinin şəhərlərinə görə az qala ikiqat bahadır. 8-12 nəfərlik ümumi otaqlarda qalıb, ümumi hamam-tualetdən istifadə etmək sizin üçün problem deyilsə, 10-15 Euroya hostellərdə qalıb səyahətinizi ucuz edə bilərsiniz. Amma mən hostellərdə qala bilmədiyim üçün 4 ulduzlu otellər seçdim ki, onların da qiyməti təbii ki, nisbətən bahadır. Bunun üçün də müxtəlif saytlar var. Ancaq mən adətən booking.com saytından istifadə edirəm. Oteli neçə ay öncədən tutmağınızın, neçə nəfər olmağınızın, şəhər mərkəzinə yaxınlığın da qiymətlərə təsiri var. Ən yaxşısı, ən azı 2 ay qalmışdan otellərinizi book edib rahat oturmaqdır. Barselona otelimin bir gecəsi 150 Euro (3 nəfərlik otaq) idisə, Madrid otelimin gecəsi 135 Euro, Valensiya otelimin gecəsi 90 Euro, Əndəlüs şəhərlərində isə gecəsi 60-70 Euro (yenə də 3 nəfərlik otaq) idi.

ag sheher

O ki qaldı nə yeyib-içməyə, bu da fərdidir, nə istədiyinizə, necə yerdə yediyinizə bağlıdır. Şəhərdaxili nəqliyyat və yemək-içmək kimi xərclər üçün bir günə maksimum 50 Euro kifayət edir. Məsələn, bir dəfə kafedə oturub yemək 15 Euro civarındadır. Günə 3 dəfə kafedə yemək əvəzinə, heç olmasa bir dəfəsini marketlərdən alış-veriş edib öz sendviçnizi özünüz düzəltsəniz, həmin məbləğə muzey və saray qiymətlərini də daxil edə bilərsiniz.

66476692_901680503527004_1947521558520004608_n

Nəzərə alsaq ki, muzeylərin, sarayların giriş qiyməti də ortalama 10-15 Euro təşkil edir. Xülasə, normal yeyib-içib, normal büdcəli otellərdə qalmaqla 1 həftəlik İspaniya səyahətini bir nəfər üçün təxminən 1500 manata başa gətirə bilərsiniz. (Bütün bilet və otelleri aylar öncə almaq şərti ilə!!!) Hostellərdə qalıb, restoranlar əvəzinə marketlərdən yesəniz, maksimum 1000 manata da səyahət edə bilərsiniz.

66088771_901680350193686_7072496593051582464_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rena Karimova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s