Tarixi qalalar şəhəri – Sintra

Bu il Avropa turumun 2 həftəsini sərf etdiyim Portuqaliyanın hər qarış torpağında bizi həyəcanlandıracaq yeni yerlərlə qarşılaşdırdıq. Lisbonda keçirdiyimiz 3 gündən sonra yaxınlıqda yerləşən Sintraya getmək qərarına gəldik.

sintra-quinta-da-regaleira

Uzun illər əvvəl tarix kitablarında gördüyüm məşhur quyunun Sintrada olduğunu öyrəndikdə oraya getməyə daha da can atdıq. Lisbondan Sintraya hər yarım saatda bir qatar gedir, Gediş-dönüş səhv etmirəmsə 6 avro idi. 15 avro ödədikdə isə 1 günlük Lisbon-Sintra-Roca burnu-Cascais-Lisbon qatarlarını və həmin şəhərlərdə olan ictimai nəqliyyatı pulsuz istifadə edə bilərsiz. Sintraya çatıb qatardan düşdükdə möhtəşəm təbiət və tərtəmiz hava ilə qarşılaşdıq. Mən 1 gün Sintrada qalıb 3 əsas yerə: Pena Sarayı, Los Mouros qalası və Quntia da Regaleriaya getdim. Əgər Sintrada qalmayacaqsızsa orada olan avtobuslardan istifadə edib bütün bu ünvanlara tezliklə çata bilərsiz, avtobus xəritəsini şəkillərdə əlavə edəcəm.

66480199_469432297176580_8360884986831699968_o
Pena sarayı – Sintranın ən uca təpəsində qurulmuş rəngarəng və möhtəşəm bir qaladır. Qatar stansiyasından 434 nömrəli avtobusa minib buraya gələ bilərsiz. Bileti elə qatar stansiyasından alın çünki Sarayın qabağında növbə çox olur. Bilet qiyməti saray+park 14 avrodur. Tək park hissəsi 7 avrodur. Saraya çatanda insan özünü Disneylandda hiss edir. Sonuncu avtobusdan düşdükdən sonra meşənin içi ilə təxminən 15 dəqiqə yuxarı qalxmaq lazımdır. Qalanınn girişinnə çatdıqda uzun növbə görəcəksiz. Bu növbəni gözləməyə ehtiyac yoxdur, çünki növbə binanın içinə girənlər üçündür. İçəridə isə maraqlı heç nə yoxdur. Əsas maraqlı hissə elə qalanın içərisidir ki, oraya getmək üçün növbə gözləməyə ehtiyac yoxdur. Pena Sarayını gəzib qaladan çıxdıqdan sonra mütləq park ərazisini tam gəzin. Çünki burada möhtəşəm meşələr, göllər, şəlalələr vardır. İnsan saatlarla oturub gözləmək istəyir.

66795819_469432913843185_176511056942727168_o

Moor qalası – Pena sarayı ilə üzbəüz təpədəki qədim qaladır. Ərəblərin qarşısını almaq üçün tikilib. Qalaya çıxdıqda möhtəşəm mənzərələrlə qarşılaşacaqsız. Əsl şəkil çəkiləsi yerlərdən biridir. Arxa fonda Pena sarayı çox gözəl görünür.

IMG_4544

Quinta de Regaleria – Giriş qiyməti 5 avrodur, girişdə xəritə verirlər onu götürüb orada qeyd olunan bütün yerlərə mütləq gedin. Uzun illər əvvəl Yeni dünya tarixində gördüyüm və bir gün mütləq görmək istədiyim məhşur quyudan tutmuş, yeraltı mağaralar və labirintlər, hovuz və fontanlar və möhtəşəm təbiət. Ən az 3-4 saat buraya ayırmaq lazımdır. Gəzib qurtardıqdan sonra qatar stansiyasına mütləq piyada gedin və qəsəbənin gözəlliyindən zövq alın.

66847784_469432397176570_8565566137268436992_o

Mənim üçün Sintra bu günədək gəzdiyim yerlər arasında rahat ilk 5-likdə özünə yer tapır.
Sintra qatar stansiyasının yanında 403 nömrəli avtobusa minib qərbdə ən ucqar nöqtə olan Roka burnuna 40 dəqiqəyə çata bilərsiz.
Rokadan sonra Cascais qəsəbəsinə də mütləq gedin. Çimərlikləri və qəsəbənin özü çox gözəldir. Cascaisdən birbaşa Lisbona qatar gedir. Ən sonda elə burdan qayıda bilərsiz.
Yol açıq, yola çıx)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s