Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..
Həvəsiniz olsa oxuyarsız😊
Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.

65848464_893994404293698_787035224935497728_n

Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.

Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).
Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).
Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.

66324503_893994277627044_6132389077284028416_n
İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).
Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.
Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.
Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ 👍

66267288_893994520960353_537102930428297216_n
Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.
3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.
Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.
Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.

66213445_893994447627027_6937727438495416320_n

Ümumi təəssüratlar:

Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:
Can Təbrizimizdə taksidə dialoq:
Taksi şoferi: -Siz ordan rədd olduz da indi..
Biz: Nə???
Taksi şoferi: -Yəni ordan keçdiz dəə..
Biz: -Həə..
Taksi şoferi: -Biz sizi söyürük..
Biz: Nə???
Taksi şoferi: -Yəni sevirik dəə..
Biz: -Həə, biz də, biz də…😃
Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..

Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.

66041719_893994910960314_3532733651773030400_n

İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).
İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.
Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.
Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.

Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..

Vəfadar Babayev
İyul 2019

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vafadar Babayev

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s