İspaniya – Granada bələdçisi

İspaniyaya yolunuz düşübsə, Madridlə, Barselona ilə kifayətlənməyin deyərdim. İspan mədəniyyətini, ruhunu duymaq üçün Əndəlüs bölgəsinin şəhərlərindən ən az birinə mütləq gedin. Mənim Əndəlüsdə ilk seçimim Granada oldu. Cəmi 23 dollara və 4,5 saata Madriddən Granadaya çatdım. Granada elə ilk andan bizi isti qarşıladı. Axşam saat 11 radələri, yol kənarında dayanıb taksi gözləyən 3 qız. Bu vaxt avtobus gəlib düz qaşımızda saxladı və sürücü çamadanlarımıza baxıb hara getdiyimizi soruşdu. Sürücü ingilis dilində bilmir, biz ispan, amma birtəhər əl qol hərəkəti ilə dil tapdıq. Otelin onun marşurutu üzərində olduğunu dedi. Avtobusdakı digər sərnişinlər də özlərinə borc bilib otelimizin adını soruşub, onlar da əl-qol dili ilə söhbət etməyə çalışdılar. Sanki bütün avtobus əhli bizi ünvana çatdırmaq üçün səfərbər olmuşdu. Xülasə, gəlib çatdıq mənzil başına. Avtobusun istiqaməti fərqli olduğuna görə 100-200 metr piyada getməli idik. Həngamə də burda başladı. Yaşlı avtobus sürücüsü az qala özünü yerdən-yerə vurub təkrar-təkrar hansı tərəfə getməli olduğumuzu göstərməyə çalışdı. Üstəlik avtobusu sürməyib gözlədi ki, bizim düz gedib-getmədiyimizdən arxayın olsun. Elə ki gördü bir-birimizi düz başa düşmüşük, düz gedirik, sevinə sevinə bir xeyli arxamızca əl elədi. İnsanlarının qonaqpərvərliyini, səmimiliyini çox sevdim Granadanın.
Hər addımbaşı qaşımıza çıxan portağal ağaclarını, bu portağal qoxulu şəhəri çox sevdim.

66172064_901680990193622_6098104513728610304_n

Bəs Granadada gəzməli haralar var? Əlbəttə ki, ilk növbədə Alhambra Sarayı. Ərəbcə adı “qırmızı” deməkmiş bu sarayın. Gün batanda günəşin şəfəqləri ilə qırmızıya-narıncıya bürünən, mistik bir havası olan saray təsəvvür edin. İspaniyada ərəblərin izini daşıyan, inşası 1232-ci ildə başlayıb düz 200 il davam edən bir saray… Burada özünüzü “1001 gecə” nağıllarındakı kimi hiss edəcəksiniz. Hələ sarayın bağçalarını demirəm. Şəhər içində şəhərdir sanki bu saray. İl boyu turistlər məhz bu sarayı görmək üçün Granadaya axışırlar. Ərəblərin yadigarı olan bu saray nəinki Granadanın, bütün Əndəlüs bölgəsinin yaraşığıdır.

66043468_901680436860344_4367439758108917760_n.jpg

 

cvr ph

Təbii ki, Granada yalnız Alhambradan ibarət deyil. Granadaya bir şəhər demək də günah olar. Matruşka kimi şəhər içindən şəhərlər çıxır. O matruşkadan çıxan şəhərciklərdən biri təpədə böyük ərazidə qurulan Alhambra sarayıdırsa, o biri təpəsində yerləşən, bəmbəyaz evləri olan Albaicin də matruşkadan çıxan bir başqa şəhərciyidir. Vaxtilə ərəb məhləsi olan Albaicində hazırda yəhudilər məskunlaşıb. Albaicin matruşkasından isə bir başqa aləm olan Sacromonte çıxır… Sacromonte məşhur qaraçı məhəlləsidir.
Bütün İspaniyada ən çox diqqətimi çəkən cəhətlərdən biri eyvanların gözəlliyi olmuşdu, Granada eyvanları da gözəllikdə digər ispan şəhərlərindən geri qalmır.

ag shrr

 

white

 

eyvan

Granadada müşahidə etdiyim bir maraqlı məqam isə Albaicin bölgəsindən şəhər mərkəzinə gəlişim oldu. Ensiz, dar, enişli-yoxuşlu yollarda tikilən, bəmbəyaz evləri olan Albaicində sanki labirintdəymişik kimi hiss edərək gəzdikdən sonra şəhər mərkəzinə getmək üçün avtobus və ya taksi dayanacağı axtaranda birdən-birə özümü şəhərin düz göbəyində tapdıq. Bir andaca bəmbəyaz dünyadan, ensiz və adamsız küçələrdən geniş, haylı-küylü, turist qaynayan meydana çıxdıq…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rena Karimova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s