Atlantik okeanının incisi – Kanar adaları

Hər kəsə yenidən salamlar!

Kiribati ada ölkəsinə gedə bilməsəm də 1 həftəlik dünyanın bu biri başına, Atlantik okeanındakı KANAR adalarına getmək şansım oldu. Təcrübələrimi bölüşüm bəlkə getmək istəyənlərə faydalı məlumat olar.

Əvvəlcə bilməyənlər üçün deyimki Kanar adaları İspaniyaya məxsus Afrikanın qərbində, Atlantik okeanında yerləşən 7 adadan ibarətdir. Dünya üçün okeanın ortasında sadəcə kiçik nöqtələrdən ibarət olsa da, yaxın tarixə qədər yetərincə müharibə görmüş yerdir.

Biz sadəcə “low cost” gediş gəlişin rahat olduğu, ən böyük ada olan Tenerifeyə gedə bildik. Adada ortalama 1 milyon adam yaşayır. Məncə az deyil.

65915353_2252568621463075_6495994235399962624_n.jpg

Bakıdan uçuşlarla bağlı məlumatım yoxdur ama qiymət bir qırağa 1-2 stopla 10 saatdan çox vaxt tələb edir.
Uçuş biletləri və otel rezervasiyasını 6 ay öncədən etdiyimiz üçün xərcləri aşağı tuta bildik.
Çox yerə olduğu kimi Kanar adalarına da Ryanairin “low cost” uçuşları var:
Frankfurt-Tenerife-Frankfurt – 2 nəfər 262 Euro – 6 euro əlavə 10KG handbagage.
65852906_2252568524796418_1333022823496548352_n
Plan bütün adanı gəzmək idi və kirayə maşın götürdüyümüz üçün oteli mərkəzdən, Los Americasdan 25km kənardan, Okeanın sahilindən tutmuşduq. İki nəfər üçün 3 ulduzlu otel səhər yeməyi daxil, okean mənzərəli 7 gün üçün 356 euro.
65741591_2252568911463046_5438427876711989248_n
Los Americasda isə demək olar hər şey bir aradadır. Sudan çıxıb elə qurumamış bir başa brand mağazalara ya daki restoranlara girə bilirsiniz. Sadəcə bir həftə ordakı çimərliklərdə vaxt keçirməyə də dəyər.
Maşın kirayəsi də ucuz idi. 7 gün üçün 70 euro və əlavə 30-35 euro benzin (təxmini 450 km sürdük).
Bir də yerli, milli “Bar-Baku” gördük. Adada rus turistlər çox olduğu üçün Bar biraz onlara uyğun xidmət göstərir, hansı ki, məncə doğrudur, ama yenə də azərbaycanca menu var idi və gözəl milli yeməklər. Bir şey varki, “google map”də bar haqqında çoxluq “gözəl kiçik rus barı” kimi rəy yazır.
65466685_2252568548129749_2948177225419063296_n
Ümumi desək iki nəfər üçün uçuş+otel+maşın kirayəsi birgə təxmini 730 Euro. Əlavə gözə çarpası xərcləriniz okeanda tur və Aquaparklaradı. Siam Park və Lora Park dünyanın ən böyük Aquaparklarındandır. Hər birində azı 6-7 saat keçirirsən və yenədə tam gəzib bitirə bilmirsən.
65864124_2252568534796417_3852602801431511040_n
Görməli yerlər adanın müxtəlif yerlərində olduğu üçün yaxşıdır ki, maşın götürəsiniz.
Yeni bahalı otel reserv etməyə dəyməz, çünki onsuz gününüz çimərliklərdə və parklarda keçir.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Rashad Bakirov
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s