Dağların qoynunda əsl kənd turizmi – Yangshuo

Çinin bu bölgəsini səyahət etməmiş adam özünə səyahətçi deyə bilməz. Bizim millət üçün o qədər də tanınmayan turizm məkanı olsa da, digər millətlərin Çində ən çox üz tutduğu bölgədi. Çin pul vahidinin (20 yuan) üzərində belə bu dağların şəkli ks olunub.

Nə qədər möhtəşəm olmasını yazmağa söz tapa bilmirəm, şəkil və videolardan aydın olacaq. Amma bura səyahət etmək istəyənlər üçün bəzi məlumatlarım olacaq.

“Yangshuo” bölgəsi “Guilin” şəhərinə (Guangxi province) 1 saat yarımlıq məsafədə böyük bir ərazini əhatə edir. Guilindən hər saatdan bir aeroportdan avtobuslar çıxır, bir gedişi 50 yuan~12 azn. Otellər çox ucuzdu, hətta gecəsi 60 yuan~14 azn olan otellər də varki, şəraiti çox yaxşı səviyyədə (məsələn şəkildəki romantik otaq 😀). Bölgə dağlıq ərazi olsa da infrastruktur yüksək səviyyədə inkişaf edib, yaxşı olardı ki, e-bike icarə edəsiniz (1 günü 30 yuan~7 azn) ve bununla hər yeri görmək daha əlverişlidi.


 

Şəhər mərkəzində local restoranlarda verilən yeməklər çox dadlı və ucuzdu, hər gecə night market fəaliyyət göstərir və burda çoxlu küçə mətbəxini və xüsusi içkilərini barlarda dada bilərsiniz. Çinin bir çox provinsiyalarında olmuşam, ən çox ağız dadımıza uyğun mətbəx məhz burdadı. Dağlara tərəf getdikdə yol qırağında ailəvi kafelərdə əsl kənd mətbəxini dada bilərsiniz, hər şey təzə və gözünüzün qabağında hazırlanır. 1 gecəlik yemək 4 nəfər üçün təxmini 250 yuan~64 azn edəcək. E-bike ilə səyahət edərkən yol boyu müxtəlif attraksionlara rast gələcəksiniz, məsələn Kəpənək mağarası, rock climbing, bamboo qayıqlarla səyahət və s. Bir sözlə bu bölgə bir “rural tourism” nümunəsidir. Gəlib görməyə dəyər. Xoş istirahətlər!!!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Turaj Dadayev

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s