İspaniya – Malyorka adası

Tərtəmiz ağ və sarı qumlu sahillər, yandırıcı günəş və mavi dəniz. Bu möhtəşəm üçlük yayın bu istilərində çoxunun ağlından çıxmır ki, çıxmır. Bunun üstünə limitsiz içki, dünyaca məşhur djlərin konserti, köpük party-lər daxil olub.

Qiyməti də cibimizə uyğun olsa lap əntiqə olar elə deyilmi? İşdə oturmaqdan dərinizin rəngi bulud kimi ağarıbsa, Afrikalılara həsrətlə baxırsızsa və sürətlə zaqar almaq istəyirsinizsə yaxın oturun))

65965872_460867598033050_5699623276276350976_o
-Bütün bunları eyni anda yaşaya biləcəyiniz yerlərdən biri Mallorca adasının Magaluf sahilləridir.
Mallorca adasına necə getmək olar bunu səhər paylaşdığım postda yazmışdım.* Deməli aeroportdan çıxdıqdan sonra tam qarşıda A11 nömrəli avtobuslara yaxınlaşırsız və cəmi 5 avro ödəyib avtobusla 40 dəqiqəyə Magalufa gedə bilərsiz. (Palmada qalmaq məsləhət deyil, arada gəlib, gəzib, qayıtsaz yetərlidir).
Mən Magalufa gedəndə elə ilk sürprizi aeroportda yaşadım. Avtobusu gözləyərkən birdən bizim dilimizdə sözləri eşidib döndükdə 3 ailənin yaxınladığını gördüm. Beləliklə avtobusda olanların 60-70 faizini özümüz təşkil etdik və getdik Magaluf şəhərinə))). İlk dəfə avtobusdan düşdükdə Magalufun deyib gülən ingilis və alman gəncliyi sizi qarşılayacaq. Xüsusən ingilislər elə bil bütün günü içib qışqırmaq üçün adaya gəliblər. Otellər may ayının sonlarında çox sərfəli qiymətə idi. İyun-avqust arası bahalaşırlar, amma airbnb ilə idarə etmək olar və ya Magalufla qonşuluqda yerləşən Palmanova otellərində qalıb piyada Magalufa gəlmək olar.
65188187_460867834699693_7791341455452143616_o
-Mən tam mərkəzdə 4 ulduz otelə 2 nəfərlik otaq günlük 45 avro ödədim amma indi pik sezon olduğu üçün bahadır, ucuza airbnb və 2 ulduzlu otellərdə pik sezonda qalmaq olar.
– Magalufda yerləşən “BCM planet dance”-da məhşurlarla tez-tez qarşılaşa bilərsiz. Yay boyunca Martin Garrix, Skrillex, Calvin Harris, Afrojack (24 iyunda konserti var), The Chainsmokers, Alex Gaudino, DJ Sammy-nin konsertləri olur. Məsələnn Afrojacin 24 iyundakı konsertinə giriş 48 avrodur. Bu pula gecə boyunca limitsiz spirtli və spirtsiz içki və hədiyyə t-shirt daxildir. Məhşur dj olmayanda 35 avro.
– Magalufda “BH hotel adults only” otelinin ərazisində dünyada ilk olan 18+ (səhv başa düşməyin, aşağı yaşlılar istifadə edə bilməz yəni) su parkı, gözəl sahilləri vardır. Həmçinin BH hotel sahillərində həftədə iki dəfə sahil kənarında məhşur djlərin iştirakı ilə konsertləri keçirilir və köpük partylər olur. Dj Tiesto tez-tez buraya gəlir. Bu partylərə ayrıca bilet alıb qatılmaq olar. Otelin özündə 3 nəfərlik böyük suite otaqın günü 300 manatdır təxmini. Qrup halında gedənlər üçün otel+su parkı+partylər qiymətə daxil olduğu üçün sərfəli ola bilər. (Nəzərə alın ki, həftəsonu 3 nəfər cəmi 2-3 saatlıq Bakıda Dalğa beachə tək girişi 150 manatdır) Bir də otellərdə taxılan qolbaqlardan hər yerdə satılır. Otaq böyük olduğu üçün 3 nəfər yerinə 5 nəfərdə qalmaq olar))
-Şəhərdə həyat hava qaralmağa başladıqdan sonra başlayır və səhər işıqlarına kimi hamı küçələrdə olur, buna görə bahalı otel axtarmayın
-Aeroportda 10-15 avroya maşın kirayə götürmək olur amma nəzərə alın tıxacları çox olur.
Restoranlarda yemək və içki qiymətləri Bakıdan ucuzdur.
-Ümumiyyətlə Mallorca adası, Palma, Magaluf və bir çox digər şəhərlər ilə çox fərqli və ekzotikdir. Mallorca adasının gəzməli yerləri haqqında gələcəkdə ətraflı post paylaşaram.
65653784_460867684699708_5423181515905302528_o

*Mallorca-7 gün, Barselona-2 gün.

-17.07.2019-Kutaisi-Barselona –vızzzair(16:20-19:20)-53 avro-104 manat
-17.07.2019-Barcelona-Palma De Mallorca-Ryanair (22:10-23:05)-23 avro-44 manat
-24.07.2019-Palma De Mallorca-Barcelona-Ryanair (14:25-15:20)-11 avro-20 manat
-26.07.2019-Barcelona-Kutaisi-Wizzair-(19:55-02:45)-144 euro-278 manat
Toplam-231 avro-446 manat

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s