Almaniya-Belçika-Hollandiya bələdçisi

Xanımlar və cənablar,
10 günlük Avropa səfərindən sonra, diqqətinizə bəzi məsələləri çatdırmaq istəyirəm. Səfər ekonom olmadığı üçün, tips and tricks-lərə girmirəm. Marşrut; Bakı-İstanbul (Buta)-Frankfurt (PGS)-Loreley-Koblenz-Mainz-Gent-Roermond-Eindhoven-Rotterdam-Amsterdam-Lingen (Nordhorn)-Giethorn (Hollandiya)-Düsseldorf-Köln-İstanbul (PGS)-Bakı (Buta).

Deməli, Frankfurtdan Düsseldorfa qədər maşınla gəzmişik. Məqsəd ürəyimiz istəyən yerdə qala bilmək və istədiyimiz yerləri görmək idi.
Nəzərə çatdırılmalı olan məqamlar:
!!! Frankfurtda təyyaradən düşən kimi, elə ayaqüstü pasportu alırlar və sorğu sual eləyirlər. Hara gedirsən, niyə gedirsən, harda qalajsan, hanı otel bornların, hanı dönüş biletin və s. Nəbadə yalan deyəsiz. Qətiyyən. İnandırmaq çətin olur. İkinci mərhələdə, miqrasiya işçiləri yenə sorğu sual eliyir və geri dönüş biletini istəyir. Bizdə biletlər var idi, telefonda açdım göstərdim. Amma otellər yox idi, çünki maşınla gəzməyi planlayırdıq, harada ürəyimiz istədi orada da qalacaqdıq. Olduğu kimi dedim hər şeyi, problem olmadı.
1. PGS üçün bilet alanda yeməkləri də online almışdım. Təyyarədə əlavə şeylər almaq üçün kartla ödəmə etmək istədik, yalandan yoxsa həqiqətən, bilmirəm, amma 3 fərqli bankın kartını götürmədi terminalları. Gah dedilər göydə terminal işləmir, ya dedilər sizdə debetdi (halbuki, kartlardan biri Albalı, biri də Birkat idi). Maaş kartların da götürmədi. Biabırçılıq. Yəni, cibinizdə nağd olmasa, susuz qalsaz, çatana kimi suyunuz quruyar.
2. PGS oturacaqları balacadı. Hətta elə təyyarələri var ki, belini geri vermək olmur, elə dümdüz oturmalısan )) Çox narahatdı. Şəxsən PGS-la uçmağı nəzərdən keçirmərəm bundan sonra.
3. Nəzərə alın ki, Almaniyada restoranların mətbəxi axşam saat 9 və ya 10-dan bağlanır. Yəni, oturub pivə içə bilərsiniz, amma yemək vermək istəmirlər o saatlardan sonra. Ofisiantları bir çox yerlərdə “borzu”du, ürəyi istəmirsə, deyir “kuxna” bağlıdı ))
4. Almaniyada maşın sürəcəksinizsə, çox ehtiyatlı olmalısız. Yol nişanları bizə görə həddindən artıq çoxdu və zolaqlar da bir-birinə qeyri-adi keçir )
5. Həm Almaniya, həm Hollandiyada velosipedlər üstünlük təşkil edir. Siz maşınla olarkən, onlara arxadan 1-2 metrdən çox yaxınlaşmaq olmaz. Sürətlə ötüb keçməyə çalışmayın.
6. Kirayəyə maşın götürəcəksinizsə, ingilis dilində naviqatoru olsun. Çox köməyi dəyəcək.
7. Bir çox şəhərlərdə, hündür binaların son mərtəbəsində panoramlı restoranlar olur. Oradan bütün şəhəri görə bilərsiniz. Belə yerlərdə pivə 2-3 evro olur.
8. Frankfurtdan 90 km məsafədə, Reynin qırağında Lorelei deyilən yer var. Çox gözəl yerdi. Yolunuz düşərsə, yan keçməyin.
9. Lorelei-dən çox da uzaq olmayan Koblenz şəhərciyi var. Bura tarixi yerdir. Koblenz qalası Birinci Dünya Müharibəsinin şahididir. Çoxlu eksponatlar və oraya ilk dəfə gələn Amerikan qoşunlarının ordu komandanı haqqında məlumatlar var. Kanatla mərkəzə enib, Mozel ve Reynin birləşdiyi yeri gəzə bilərsiniz.
10. Belçika. Brüssel haqqında xoşagələn şeylər eşitmədiyim üçün, oradan yan keçdik. Gent şəhərinə getdik. Maraqlı, tarixi yerləri bol olan yerdir. Məşhur belçika kartoşkasının dadına baxdıq. Pis deyil, bir dəfə yemək olar )
11. Hollandiyada Roermond deyilən bir outlet var. Yalnız brendlərdir. Ucuz sayılmaz amma, həvəskarları üçün əla yerdir.
12. Eindhoven şirin şəhərdi ) Almanlardan fərqli olaraq, çox gülərüz və mehribandı hollandlar. The Student Hotel Eindhovendə qaldıq. Çox maraqlı yerdi, yolunuz düşərsə mütləq qalın ) Düz mərkəzdədi. Philips muzeyini və Van Qoq yolunu gəzə bilərsiniz.
13. Rotterdam da Frankfurt kimi iri və qaynayan şəhərdir. Hava pis olduğu üçün, çox qalmadıq. Ən xoşuma gələn isə Seoul Sista restoranı oldu. Mütləq gedin yolunuz düşərsə ) Səhər yeməyi üçün isə, türklərin Köşk restoranı var. Çay qırağında, mənzərəli yerdə. 4 nəfərlik “sərpmə kahvaaltı” 38 EUR tutdu. Bundan başqa Markthal deyilən bir yer var, spesifik Holland məhsulları satılır. Çox maraqlı yerdir, mütləq gedib Holland pendiri, kolbasası və s. almaq lazımdır.
14. Amsterdam. Nə yalan deyim, heç xoşum gəlmədi. Şəhərə girən kimi “kəklikotu” iyi adamı birtəhər eliyir. Çox pis iyi var. Çox qarışıq, səsli küylü şəhərdi. Küçədə turist əlindən gəzmək olmur. Çox baha şəhərdi. Hardasa 3-4 saat parkovkaya 25 EUR verdik ) Qalan məsələlərə toxunmuram, çünki qrupda böyük şəhərlər haqqında ətraflı məlumat çoxdur.
15. Lingen, Hollandiya sərhəddində şirin bir Alman şəhəridir. Çox səliqəli, sakit və yaşıl bir yerdir. Lingendə, Almaniyanın damar cərrahiyyəsi üzrə sayılan klinikalarından biri, Bonifatius yerləşir. Orada bizim azərbaycanlı həkimlər də işləyir. Elə biri bizim xalaoglu Islam Guliyev
16. Giethorn. Hollandiyaya gedib Giethornu görmədinsə, mayan batdı deməkdir ) Bu barədə çox yazmaq istəmirəm, google da eliyib baxa bilərsiniz. Şəkillər də var aşağıda (çəkəni deyiləm, amma işə yarayar)
17. Köln də təxminən Amsterdam kimidir, səsli küylü, qarışıq, hər tip adam var. Türklər lap çoxdur. Özlərinin də ayrıca məhləsi var. Restoranları da eyni İstanbulda olduğu kimi keyfiyyətlidir. Kölndə ən maraqlı yerlərdən biri də, başqa bir oxşarı Milanda yerləşən Duomodur. Yanında muzeyi də var. Girişi də pulsuz olmalıdır.
18. Ümumiyyətlə Avropa marketlərində həddən çox çeşidli və maraqlı məhsullar var. Müqayisədə bizdən də ucuzdur. Hə, bir də ki, benzin 1.5-1.6 EUR ətrafında. Magistrallarda isə daha da baha olur. Ona görə də çalışın magistraldan kənarda “full bak” eliyin, sonra uzaq yola çıxın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Valid Memmedli

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s