Cənnətdən düşən damcı – Ohrid

Sizə bir çoxumuza tanış olmayan, mənim də yeni tanıdığım Ohrid şəhəri barədə yazmaq istəyirəm.

Ohrid Makedoniyanın qərbində Ohrid gölü ətrafında yerləşən çox şirin bir Balkan şəhəridir. Əhalisi azdır; çox mehriban və yardımsevərdir.

Çox bilinmədiyindən və bir aeroportu olsa da mütəmadi səfərlər olmadığından çox az turist olur. Hətta ən pik sezonda belə turistik şəhərlərdə gördüyümüz görməmiş rus turistlər və qəbilə halında gəzən şərqli turistləri burada görmək mümkün deyil.

3_3

Necə getmək olar? Ən yaxşısı Bakı-İstanbul-Skopje marşrutunu istifade etmekdir. Bakı-İstanbul Buta ile İstanbul-Skopje seferini ile Pegasus ile en ucuz reallaşdıra bilərsiz. Skopje`dan Ohridə qədər 2 saatlıq bir avtobus seferi sizi gözləyir. Avtobuslar çox yaxşı deyil, köhnədir. Əlbəttə taksi ilə də gedə bilərsiz, amma bu daha tez çatmağa təminat vermir, çünki yollar çox da yaxşı vəziyyətdə deyil.

Makedoniya 2 il əvvələ qədər bizə viza tətbiq etmirdi. Azərbaycanda ümumiyyətlə səfirlik yoxdu. Ən yaxını Ankaradır. 2 il əvvəl maraqlanmışdım, hazırda viza olmadığını ama yaxın zamanda bu məsələyə təkrar baxılacağını bildirmişdilər. Əgər hal-hazırda viza tətbiq olunursa belə Şengen vizası olan şəxslər ölkəyə rahat girə bilər.

Əlbəttə getmişkən Skopje`nı da görün deyərdim. Çox böyük şəhər deyil. Məsələn təyarədən səhər enib axşama kimi gəzib axşam avtobusa oturub Ohridə yollana bilərsiz.

Ohridə sırf yay aylarında 1 həftəlik tətil üçün, ilin yorğunluğunu atmaq məqsədi ilə gedə bilərsiz. İlıq iqlim, sakitlik və 0 stres şəraiti, eyni zamanda ucuz tətil axtarırsızsa bura tam sizə görədir.

Harada qalmaq olar? Şəhər mərkəzində qalmağı sizə məsləhət görmürəm. Mərkəzdən aralı, Ohrid gölünün ətrafında, şəxsi çimərliyi və hovuzu olan, çox gözəl otellər və villalar var. Çox dəbdəbəli deyil və qiymətləri çox ucuzdur. Onlardan birini kiralaya bilərsiz. Avtobus terminalı mərkəzdə yerləşir. Ordan həmin bu əraziyə taksilər fiks 5 euroya aparıb gətirir. Avtobuslar da işləyir, amma dəqiq qrafik yoxdur.

Nə etmək olar? Əvvəla onu deyim ki, Ohrid göl olsa da çox təmiz, büllur kimi suyu var və qətiyən durğun su iyi gəlmir. Bol bol çimərlikdə vaxt keçirə bilərsiz.

55686809_10219501775680992_3866433592557043712_n

Şəhər mərkəzində kiçik kafe və restoranlarda oturub balkan musiqisinin sədaları altında yemek yeyə və içki içə bilərsiz. Yeməkləri bizim ağız dadımıza uyğundur. Sosiskaları dadlıdır. Balıqları pis deyil. Bir de piveleri var, onu da məsləhət görürəm.

Ohriddə 3 əhəmiyyətli və tarixi kilsə var: Əziz Yuhanna, Əziz Kliment və Ayasofya. 3-ü də ortodoks kilsəsidir. Onlardan heç olmasa təpənin üstündə olan, göl mənzərəli, eyni zamanda ən qədim Əziz Yuhanna kilsəsini mütləq görün.

Göldə qayıqlarla tur atın, çox əyləncəlidir. Çar Samuel qalasına gedin, mənzərəsi əladır.

Vaxtınız qalsa Albaniyaya keçə bilərsiz. Paytaxt Tirana çox uzaq deyil. İndi bilmirəm o da 2 il əvvəl viza istəmirdi.

Və Ohrid gölü çox təmiz mirvarisi ilə məşhurdur. Mərkəzdə bir çox mağazada Ohrid mirvarisi tapa bilərsiz. Sizə məsləhətim ilk girdiyiniz mağazadan almayın. Yaxşıca gəzib qiymətləri öyrənin. Mən oraya yaşayan bir türk abinin mağazasını çox bəyəndim. Mərkəzdə əsas küçənin ortalarında idi və ən böyük mirvari mağazası onun idi. Başqa bir şey almağı düşünməyin. Geyim mağazaları əsasən türk markalarıdır və çox bahadır.

Ohridə bir dəfə getsəz əminəm yenə getmək istəyəcəksiz.

54798855_10219501775600990_3521395870119493632_n

PS. Tapa bildiyim şəkillər bunlar idi üzrlü sayın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jamal Musayev

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s