25 günlük Avropa gəzintisinin “ƏN”-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.
1) Bakı-Tbilisi – 35 avro – 1 saat (buta)
2)Tbilisi-Kutaisi – 7 avro – 4 saat (Georgianbus)
3)Kutaisi-Roma – 70 avro(wizzair baqajla) – 4 saat, Romada 4 gün
4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün
5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün
6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.
7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün
8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.
9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.
10)Porto-Barcelona – 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün
11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün
12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.
13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə
14)Barselona-Kutaisi-90 avro-uçuş–5 saat (wizz air)-baqajla birlikdə
15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat
16)Tbilisi-Baku-30 avro(Buta)-1 saat
Beləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)
-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.
-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.
-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.
-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.
-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.
Mənim fikrimcə:
-Ən tarixi şəhər-Roma
-ən sevdiyim şəhər-Lisbon
-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))
-Ən böyük xəyal qırıqlığı-Barselona
-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri
-Ən dadlı çaxırlar-Roma və Porto
-Ən dadlə yeməklər-Lisbon və Azor adaları
-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri
-Ən möhtəşəm abidə-Sagrada Familia
-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları
-Ən bahalı-Barselona

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s