Berlin – Zaksenhauzen düşərgəsi

Zaksenhauzen düşərgəsi, Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərində yaradılmış, 1936 – 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi idi. Zaksenhauzen düşərgəsi Üçüncü Reyx tərəfindən yaradılan həbs düşərgələrinin idarə mərkəzi olmuşdur. SS birləşmələrinin də əsas təlim bazalarınan olan Zaksenhauzen həbs düşərgəsi digərlərinə nisbətən daim daha çox önəmə sahib olmuşdur. 1936-ci ildə yaradılan düşərgədə, müxətlif növ kabinalar və işgəncə otaqları vardı burada İndustie Zentrum adlanan və yalnız xüsusi həkimlərin bıraxıldığı əməliyyat mərkəzləri vardı. Burada məhbuslar üzərində müəyyən təcrübələr aparılır, onların işgəncələrə hansı şəkildə dözümlü olmaları yoxlanılırdı. Zaksenhauzendə qaz kameraları vasitəsilə minlərlə insan öldürülmüşdür. Məhkumlar əsasən düzgün qidalanmama, vərəm və dondurucu şaxtalar səbəbindən vəfat edirdilər. Yuxarıda göstərilən səbəblərdən başqa bir çox insan İndustie Zentrum otaqlarında tibbi təcrüblələr əsnasında öldürülmüşdür.

1-ci şəkildə düşərgənin əsas girişi.
2-ci şəkildə giriş qapısındakı məşhur “Arbeit macht frei (İşləmək azadlıq gətirir)” ifadəsi.
3-cü şəkildə barakın əsirlərin yeməklərini yediyi hissə.
4-cü şəkildə əsirıərin yatdığı hissə. Baraklarda minimum 158 əsir saxlanılırdı. Hər barakda 1 gün ərzində minimum 3 nəfər həyatını itirirdi.
5 və 6-cı şəkillərdə əsirlərin hamam və tualeti. Hər səhər 158 əsirin hamam və tualetdən istifadə üçün cəmi 5 dəqiqəsi var idi.
7-ci şəkil əsirlərin işlədildiyi mətbəx. Əsirlər divarlara marsqlı şəkillər işləyiblər, hansı ki, o şəkillər şüşə arxasında qorunur.
8-ci şəkildə 13 yaşlı əsir Pierre Gartiserin qorunub saxlanan əsir paltarı. Düşərgədə bütün əsirlər elə geyinirdi.
9-cu şəkildə əsir Franz Cyranekin şahmat taxtası.
10-cu şəkildə düşərgədə fəaliyyət göstərən həbsxananın tək kameralı otağı.
11-ci şəkil düşərgənin ümumi görüntüsü. Daş ilə içarələnən ərazilərdə də baraklar fəaliyyət göstərib. Amma sonrada söküldüyünə görə, hazırda muzey üçün bir neçə barak fəaliyyət göstərir. Düşərgənin ilkin vəziyyəti çox acınacaqlı olub, insanlar dəhşətə gəlirmiş, ona görə də muzey halına salındıqdan sonra hələ çoxlu ixtisarlar olub.
12-ci şəkildə abidənin olduğu yerdə əsirlər güllələnirdi. İndi həmin abidənin üstündə öldürülən bütün millətlərin adı yazılıb.
13-cü şəkildəki ərazidə əsirlər güllələndikdən sonra orada yandırılırdı, bəli yandırılırdı. İndi isə orda görünən bu heykəl qoyulub.
14 və 15-ci şəkillərdə Morqun əsas və zirzəmisinin şəkilləridir. Yuxarıda sadalanan tibbi təcrübələr əsasən bu zirzəmilərdə həyata keçirilib.
16-cı şəkildə isə qaz kamerasında əsirlərin son anda divara cızdıqları yazılar və məşhur “HELP” yazısı.
17 və 18-ci şəkillərdə isə müasir memorialda əsirlər haqqında məlumatlar, onların siyahısı, şəxsi əşyaları eləcə də onlara tətbiq olunan silah – sursatlar, texnika, məişət əşyaları və s. saxlanılır.

Oranienburg, Berlin, Almaniya 🇩🇪

#sachsenhausenconcentrationcamp#oranienburg #berlin #germany

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Abdulla Hasanli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s