Yamayka bələdçisi – Dəniz, günəş, Reggae

Jamaica – Bob Marley, Usain Bolt, Reggae music, Twerk dance, Cannabis vətəni 🙂

Visa – Aeroportda almaq olur. Mən Montego Bay (Sangster İnt. Airport) aeroportunda oldum. Viza 90 günlük verilir. Qiyməti USD 100. Nəğd aparmağınız məsləhətdi, çünki viza hazırlananda siz başqa bir otaqda gözləyirsiz. Kartınız kopyalanma ehtimalı azdı ama nəğd vermək daha məsləhətdi.

Azərbaycanı tanımadıqları üçün fərqli-fərqli suallar verirlər. Tanımırlar deyəndə heç vaxt adını belə eşitməmişdilər. Azərbaycan barədə bildikləri tək şey “Ganca” dı 😀
Ölkədi? Harda yerləşir? Niyə gəlmisən bura, nə işlə məşğulsan və s. qəribə suallarla qarşılaşa bilərsiz. Bütün suallara normal gülərüz cavab vermək lazımdı. Ümumiyyətlə Jamaica-da kiməsə agressiv və ya əsəbi cavab verməməyiniz məsləhətdi. Otaqda təxmini 20-30 dəqiqə gözlədim, heç bir şey soruşmadan (otaq biraz creepy otaqdı). Arada gəlib sual verib gedirdilər. 20-30 dəq sonra gətirib vizanı verdilər çıxdım.

61513938_2531044383575050_4358659865703350272_o

Montego Bay maraqlı şəhərdi. Bob Marley ev muzeyi ordadır (düzəliş: Kingstondadı), Karib dənizinin sahillərindədi. Mən May ayının sonunda oldum. Pis cəhəti günortadan sonra yağışlı olur hava, yaxşı cəhəti Mochafest var Mayın sonunda 🙂 Youtube-da baxa bilərsiz Mochafest festivalı necədi lol.

Local pul – Jamaican dollaridi ama US Dollar da keçərlidi hər yerdə. 1,5,10 USD dollar aparmağınız məsləhətdi.
Local dil – 4x sürətləndirilmiş ingilis dili ama öyrəşirsən 1-2 gün sonra.

Montego Bay ən maraqlı yerləri dənizkənarı Negril və Ocho Rios bölgələridi, turistik yerlərdi. Ən çox afro-amerikan, amerikan və ingilis turistlərdi. Negril-də Seven Miles Beach, Cannabis plants, Blue Hole, Jungle və Bourbon discoları maraqlıdı. Hedonism island deyə maraqlı bir yer var (getmədən maraqlanmağınız məsləhətdi 😀 ). Ən marağlı yerlər local insanların yaşadığı kəndlərdi ona görə turistik yerlərdə çox gəzməməyiniz məsləhətdi.

61618098_2531044686908353_2641956962136227840_o

Reggae music – Hər yerdə eşidəcəksiz, həvəskarlara maragli olar. Local barlara gedin mütləq maraqlıdı.

Carribean Rum (coconat, gold, cream, original) – Mütləq yoxlayin, fanatlar üçün maraqlı təcrübədi.

Ən məşhur yeməkləri – Jerk Chicken, bütün yeməylərini mən yeyə bilirdim ama banan qaynatmasını hamının yeyəcəyinə əmin deyiləm 🙂
Ağacdan mango və ya jelly coconat dərib jamaican style yemək maraqlıdı.

Cannabis – Ganja (local dildə) Jamaikada legal deyil illegaldi ama de-kriminallaşdırılıb 2015də. Cəriməsi əgər polis saxlasa USD 5 -di 🙂 Ölkədə rastlaşdığım hamı çəkirdi) Polis heç kimi cərimə eləmir buna görə 😉Ölkədən çıxartmaq və ya çıxartmağa çalışmaq cinayət sayılır. p.s. səhiyə nazirliyi xəbərdarlıq edir)

61865198_2531044360241719_5968160153634078720_o

Rastafari – local təriqətdi, onlarla söhbət eləməy maraqlıdı. Rituallarından biri cannabis çəkməkdi lol. De-kriminallaşdırılmasının əsas səbəbi rastafarian təriqətidi.

Twerk barədə çox yazmayacam, yazmaqla təsvir eləmək mümkün deyil 😀 . Özünüz görməyiniz məsləhətdi ama onu deyə bilərəmki *They are the best* 🙂

Çox səyahət təcrübəsi olmayanların tək səyahət etməməsi məsləhətdi. Hər yerdə turistə ayrı qiymət, local əhaliyə fərqli qiymətdi. Hamı sizə nəsə satmağa çalışacaq, bezdirirlər bəzən ama aggresiv və ya əsəbi cavab vermək olmaz. Gülərüzlə imtina eləmək lazımdı. Locallar ancağ sizə nəsə satmaqla zərər verə bilərlər, başqa heç bir zərər vurmazlar narahat olmayın. Hamı kayfdadı onsuz 🙂 .

61996164_2531044333575055_6032250604812763136_o

Suallar olsa kommentdə bacardıqca cavab verməyə çalışacam.

P.S. Jamaica təbiəti və dənizi üçün səhayət ediləsi ilk sıralarda olan bir yer deyil, getmədən öncə yaxşı araşdırmaq lazımdı ki, gözləntilərinizi qarşılasın və zövq ala bilesiz🙂

Uğurlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Bahruz Sadigov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s