Malaziya bələdçisi – Penang adası

Penang! Növbəti dayanacağımız Malaziyanın Penang adasıdır(Əyalət). Paytaxtı, Georgetown şəhəridir və şəhər UNESCO Dünya İrsi siyahısına daxildir. Əhalisinin 40% yerli Malay, 40% Çinlilər (yerli) qalanı isə Hind, Tayland və Avropalılardan ibarətdir. Yahoo Travelə görə ölmədən görüləsi yerlərdən biridir. Şəhər ingilis müstəmləkəsinin izlərini binalarında hələ də daşımaqdadır. CCN Penangın məşhur “Laksa” yeməyini (qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup) dünyanın ən yaxşı 7. yeməyi kimi təqdim edib. Penang küçə graffitiləri ilə dünyaya səs salmış və bu incəsənət nümunələri ilə hər il milyonlarla turist çəkən kiçik bir adadır.

61494525_2435919299785976_5094969254835388416_o

Şəhərdaxili gəzmək üçün velosiped ən uyğun seçimlərdən biridir, lakin isti havaları nəzərə alıb qərar vermək lazımdır. Ən rahat və ucuz vasitə Grab (Uber kimi mobileApp) vasitəsilə taksi sifariş etməkdir. Qiymətlə çox ucuzdur. Gecələmək üçün hər büdcəyə uyğun yer tapa bilərsiniz. Normal şəraitli, mərkəzdə olan otel (2 nəfər, 1 otaq) 15-18 Dollardan başlayır.

Penangda gəzməli-görməli, yeməli mövzulardan danışacıq.
1) Penangın ən məşhur muzeylərindən biri ‘Upside Down’ muzeyidir (şəkillərdən görə bilərsiniz). Muzey bu sahədə rəsmi olaraq dünaynın ən böyük muzeyi olduğunu düşündüyü üçün Guinnes rekordlar kitabına müraciət edib (bəlkə artıq seçilib də). Muzeyə giriş 27 MYR (1 USD = 4.2 MY)
5-12 yaş = 16 MYR
Tələbə kartı (beynəlxalq/İSİC) = 16 MYR

61194370_2435919573119282_1471266602300211200_o
Muzeydə köməkçilər sizə harada durmalı olduğunuzu əyani şəkildə göstərir və sizin telefonunuz/fotoaparatınızla şəkillər çəkir. Bir bələdçi sizə başdan sona kimi canı-könüldən kömək edir.
2) “Wonderfood Museum” bizim kimi yemək həvəskarı olanlar üçün ölmədən öncə görüləsi muzeylərdən biridir. Muzeydə yerli və dünya mətbəxindən olan məşhur yeməklər xüsusi materiallardan hazırlanmış nəhəng porsiyalar şəklində təqdim olunur. Əlavə olaraq bəzi “ən” lər (ən acı, ən şirin, ən məşhur və.s) haqqında maraqlı məlumatları da özündə əks ettirir.
Giriş 25 MYR
Uşaqlar 15 MYR

61558757_2435919546452618_6877460234059644928_o

3) Penang Oyuncaq muzeyi – Muzey qiyməti və mövzusu baxımından bəziləriniz üçün maraqlı olmaya bilər, amma uşaqlı gəzəyənlər üçün əvəzolunmaz təcrübə olacaq. Muzeydə 110 000 dən çox fərqli oyuncaq eksponat var.

Giriş = 39 MYR (bəli – bəli)
Uşaqlar = 24 MYR

Rəhmətlik Mirzə Babayevin yeri məlum. Dünyanın ən böyük Kəpənək fermalarından biri (Entopia) Penang adasındadır. Şəxsi fikrim əgər büdcəniz qısıtlıdırsa yuxarıda sadalanan muzeyləri boş verin amma mütləq kəpənək fermasına/bağçasına gedin. Sadəcə kəpənklər haqqında yox digər həşəratların, sürünənlərin (AzTVnin gözündən iraq) həyat tsiklı haqqında (mükəmməl vizuallarla) detallı məlumat almaq imkanınız olacaq. Ərazi olduqca böyükdür və özünüzü botanika bağında kimi hiss edəcəksiniz. Qiymətlər ucuz deyil lakın, mütləq şəkildə ödədiyiniz pula dəyər.

Giriş = 65 MYR
Uşaqlar = 45 MYR
Xüsusi ailə paketi = 202 MYR

Və gəlirik bizim üçün ən önəmli olan məqama. Mətbəx! Malaziya mətbəxi Çin, Hind və Malay mətbəxindən ibarətdir. Zövqlər müxtəlifdir əmma və lakin bu mövzuda təcrübəmizə dayanaraq bir neçə yemək seçmişik.

1) Laksa – qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup. Dadlı idi, amma qaynar Penang havasında çox da həzz almaq olmur. Qiymət 4-6 MYR

2) Penangın dünyaca məşhur Kapitan restoranı. Hind restoranıdır. Təndirdə bişən ədviyyatlı toyuqları və bərabırində təqdim olunan sosları ilə dillərə dastandır. Set qiyməti (nan (hind çörəyi), təndir toyuq, 3cür sos) 13 MYR. Yanında sadə Lasi (Ayran) içə bilərsiniz.

3) Çin mətbəxindən gələn Char Kuey Teow = qızarmış krevetka, çin sosiskası, əriştə soya sosu, soya filizi. Mükəmməl dad. Qiyməti 4-5 MYR

4) Penang küçələrinin ən məşhur içki/şirniyyatı “Chendul” adlanır. Tərkibi Süd, şəkər sirupu, düyü əriştəsi, xırdalanmış buz vəəəə möhkəm dayanın – qaynadılmış lobiya dənələri. 2+ ildir Asiyada yaşadığımız üçün bizə çox da qəribə gəlməsə də şirniyyatın içində lobiya dənəsinin olması ilk səslənişdə adamı diksindirə bilər lakin ortaya çıxan dad fərqli və ləzzətlidir.

61255231_2435919116452661_1609808481898987520_o

Qısaca desək Yahoo Travel haqlıdır, ölmədən öncə mütləq Penang adasına gedin. Səyahət üçün ən optimal vaxt (mülayim hava baxımından) dekabr və yanvar aylarıdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sakit Abdullayev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s