Azor adaları – Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.

60902899_439094686877008_7427419015217152000_o

Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.

61349903_439095130210297_8016947334367674368_o

Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.

60987458_439095893543554_951990582174023680_o

Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.

60814985_439095043543639_4800903310913568768_o

P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s