Cənnətdən bir parça – Hallstatt

Qabaqdan yay gəlir və düşünürəm ki, Hallstatta getməyi planlaşdıran çox adam var aranızda, ona görə bir-iki xırda detala toxunum.Hallstatt barədə əvvəlki postlarda ora getmək barədə ətraflı hər şey yazılıb. Mən sadəcə bir-iki xırda məsələyə toxunacam və şəkilləri paylaşdım ki, gözəllikdən zövq alasız.

56603156_1797725136995568_6878692709284970496_n

1) Salzburgdan avtobusla Bad Ischl-a gəlib çatanda ordan Hallstattdan keçən qatara aparatla bilet alırsız. Aldığınız biletin üstündə qatarın gəlmə vaxtı yazılır.
Məndə belə bir hadisə baş verdi.
Bileti aldım. Biletin üstündə 11:50 yazılmışdı. Hələ qatarın gəlməyinə 25 dəqiqə var idi. Orada məndən basqa Hallstatta gedən hardasa 10-12 turist həmən qatarı gözləyirdi.
Saat 11:47 də bir qatar gəldi. Bütün turistlər cumdular qatarın üstünə. Hamı mindi qatara. Burda artıq “kütlə psixologiyası” işə düşdü. (Yəqin oxumusuz, svetofor məsələsi) Mən də hamının qatara minməyini gözləyib sonuncu qatara minəndə gözüm dayanacaqdakı Hallstatt sözünə ilişdi. İstiqamət sağa idi, qatar isə sola gedirdi. Tez qatara minib, qışqırdım ki, bu qatar Hallstatta getmir, düşün qatardan. Düşün nədi rəhməttinin nəvəsi? Elə dərhal qaplar bağlandı, özüm də qaldım içəridə. İçəridə nə qədər turist var idi yığışdı başıma. Qatarın içində manitorda qatarın gedəcəyi direction və stansiyalar göstərilirdi, orada Hallstatt yox idi. Hamını lomkaçılıq basdı. Gedib Ebensee stansiyasında düşüb, təzədən orada 25 dəq gözləyib, Hallstatta gedən qatara mindik.
Yadınızda saxlayın Bad İschldan Hallsttata getmək üçün Stainach-İrdning istiqamətinə tərəf gedən qatara minməlisiz.

56611703_1797724850328930_3754006492802449408_n

2) Hallsttata tək getmək elə də məsləhətli deyil. Niyə? İki şeyə görə.
a) Şəkildə görəcəksiz, qatardan düşəndən sonra orada balaca bir “butka” olur. Hansı ki, oradan səni gəlib qayıq götürüb, gölün o biri tərəfinə Hallstatta aparır. Ora yaxınlaşanda görürsən ki, ancaq “para”lar düzülüb, hamısı qız-oğlan əl-ələ tutub, sən isə qulyabani kimi ora-bura baxırsan. Guya öz aləmində təbiətin gözəlliyindən ekstaz vəziyyətə düşmüsən🙂
Hələ bu heçnədi. Qayığın arxa tərəfi açıqdı, hamı orada ayaq üstə dayanır. Əgər orada durdunsa oldun bədbəxt. Hamı qızla durub, sən tək, elə Hallsttata kimi bunların şəkilini çəkirsən. O anda yeganə müsbət olan şey özünü məşhur fotoqraf hiss etməyindi. Başqa heçnə.
b) Gəzdikcə maraqlı yerlərdə şəkil çəkdirmək istəyirsən və elə alınır ki, heç kimi tapmırsan. Yeganə çıxış yolu telefondakı taymerdən istifadə etməkdi. Kameranı qoyursan 10 saniyəyə, telefonun özünü də harasa qoyursan, qaçıb istədiyin yerdə dayanana kimi şəkil çəkilir. Gəlib baxırsan ki, elə bil hansısa ruh Hallstatta gəzməyə gəlib. (təbii ki bu mənim kimi selfie çubuğu ilə şəkil çəkdirməyi sevmiyənlərə aiddi)

56524184_1797724963662252_6377088237608894464_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Zade

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s