Arazın o tayı- İran macəraları 2

Poldəşt Azərbaycandır ya İran?– anlamadım! Bakcell orada tuturdu və 3G istifadə edirdim 😀 Qonaq olduğum evdə dadlı sübhanə (səhər yeməyi) yedim. Doşablı və cevizli qayğanaq səhər yeməyi üçün əla fikirdi məncə. Demək olar ki, yeməkləri bizim yeməklərlə eynidir. Ancaq, həyatımda yediyim ən dadlı çiyələk mürəbbəsi Poldəştdə oldu. Sapları üzərində qalmışdı və çox şirin deyildi. Onlar da qoz mürəbbəmizi sevdiklərini dedilər.

Sonra Maku şəhərinə getdik. Bu nə gözəllik? Bu nə əzəmət? Bir az Kapadokyaya bənzəyir. Orada bizim (insanların) nə qədər balaca olduğumuzu daha asan anlayırıq. Bu böyük dağlar nə çox şeylərə şahid olmuşdu… Deyilənə görə Çaldıran döyüşü də məhz burada baş vermişdi.

Sərdar şahın sarayına da getdik. Bu əslində xüsusi bir şah olmayıb, elə insanları talayırmış. Ancaq sarayı gözəl idi. Orada bərpa işləri getdiyi üçün daha çox piknik yeri kimi istifadə olunurdu. Biz də azca gəzib, çıxdıq. Çoxlu gilas yedik 😀

Gəzintidən sonra şəhərə qayıtdıq. Ancaq bayram olduğu üçün çox restoran açıq deyildi. Burada bayram bir gün qeyd edilir. Yaxşı ki, bizdə çox bayramlar var 😀 Novruz bayramı İranda da sevilən bayramdır və uzun günlər qeyd edilir. Onlarda sadəcə Od çərşənbəsi var. Həftənin 6 günü işləyib, cümə günləri istirahət edirlər. Bunu eşitmək üzdü məni. 6 gün işləmək məncə çoxdur

Həmin gün İran futbolda qalib gəldi. Çox sevincli idilər. Şəhərdə hamı bayraqlarla şənlik keçirirdilər. Ayağım düşərli olmuşdu 😀

Çox gözəl təəssüratlarla buradan ayrıldıq. Bu qədər gözəl insanları bir arada görmək çox xoş oldu! İranlılar demiş: Xeyli məmnun qaldım 🙂img_04231

İkinci günümüzdə Araza getdik. Arazı burada xüsusi sevirlər. Ətrafında piknik üçün yerlər düzəldilib. Balıq tutmağa icazə verilir. Ümumiyyətlə insanlar bərabər gəzməyə çox çıxır. Arazın ətrafı insanlarla dolu idi.

Arazdan sonra tarixi bir kilsəyə getdik. Burada ermənilər çoxdur və çox uzun zamandır yaşayırlar. Həmin kilsə də erməni kilsəsi idi, UNESCO tərəfindən qorunur. Turistlər çox idi. O qədər çox idi ki, insanlar parking üçün yer tapmaqda çətinlik yaranırdı.

Monastery of Saint Stepanos
İnsanlar həvəslidirlər gəzməyə, birlikdə əylənməyə. Bu çox xoş təsir bağışlayır. Həmən bu kilsədə xoş bir dialoq eşitdim:
Bir qadın rəfiqəsinə deyir:

Ərimə demişəm, azadlıq gəlsin İrana. Şortik geyinib, şəhərə çıxacam. O isə bu məsələyə yaman hirslənir 😀

Siz o azadlığa layiqsiniz. Gəlsin!

Kilsənin qarşısında piknik üçün xüsusi yer var idi. Hər yer dolu idi. Bir stolda ana və qızı oturmuşdu. Xahiş etdik və onlarla oturduq. Bir az söhbət etdik və biz stoldan qalxanda bizə (əsasən də mənə- qonağa) dərin ehtiramını bildirmək üçün ana və qızı ayağa qalxdılar. Çox utandırdı bu hərəkət məni. Ancaq insanların bu qədər hörmətli olması çox gözəldir. Bu hörmət yaşa görə deyil, insanların bir birinə qarşı olan xoş davranışıdır.

Yolda yenə kilsə gördük. Çox gözəl mənzərəsi olan yerdə tikiliblər. Daha sonra yol üstü mağazalara da girdik. Hər şey tapmaq mümkündür. Zara, Mango da var idi. Ancaq bura gələndən sonra mənə daha da aydın oldu ki, brendlər hər ölkənin tələblərinə uyğun paltarlar hazırlayırlar. (çox zərli-zürlü idi)img_02991

Böyük market gözümə sataşmadı. Çoxu balaca baqqallar idi. Başqa ölkələrdən olan məhsullar da var satışda. Amma çoxu İran istehsalıdır. Hər şey satırlar. Hətta laaaaap hər şey 😀

Yenə yollardayıq- Xoya gedirik. Günəbaxan tumlarının əsas vətənidir bura. İranda kənd təsərrüfatına, əkinçiliyə xüsusi qayğı ilə yanaşılır. Bütün yol boyu sünbüllər, günəbaxanlar, meyvə ağacları səni salamlayır. Bunları hasara almırlar. İnsanlar da gedib qoparmır. Ancaq könlü istəyən qopara da bilər azca.

Qohumlarımızı ziyarət etdikdən sonra, Puriyayi Vəlinin məqbərəsinə getdik. Keçmiş zamanlar da həm şair, həm də pəhləvan olub. Ürəyi çox təmiz insan olub, mərdliyi ilə seçilirmiş. Haqqında bəzi rəvayətlər də var:

Bir gün Puriyayi Vəli bir pəhləvanla yarışa çıxacaqmış. Həmin Pəhləvanın anası da onu izləməyə gəlib. Bunu bilən Vəli, bilərəkdən pəhləvana uduzub. Çünki ananın oğlu ilə fəxr etməsi onun qalibiyyətindən daha önəmli idi…

Sonra, Şəmsi Təbrizi məqbərəsinə getdik. O, Mevlana ilə çox yaxın dost olub. Hətta Mevlananın fikirlərinin tam formalaşmasında Şəmsin ona güzgü rolunu oynadığını da qeyd etmək istərdim. Deyilənə görə, Şəmsin məqbərəsinə Mevlananın nəvəsi dərin ehtiramını göstərmək üçün ayaqqabılarını çıxarıb, gedib.

img_05531

Ey aşk! Seni senelerce yaban ellerde, hoyrat dillerde aradım. Oysa bendeymişin bilememişim. Oyalanmışım. Kalakalmışım. Şemsi Tebrizi
Şəmsi Təbrizinin məqbərəsində bir şey də diqqətimi çəkdi. Uzun binanın üzərində heyvan buynuzları vardı. Bu buynuzların nə anlama gəldiyini soruşdum.

Səfəvilər zamanında, Şah İsmayıl Xətai buraya gəlib və 40 gün burada qalıb, şikar edib. Daha sonra həmin şikarların buynuzlarını buraya asıb ki, hamı onun qüdrətindən xəbardar olsun.

Daha sonra yavaş-yavaş əsas mənzil Urmiyəyə yola çıxdıq. Orada nələr oldu? Bunu bilmək üçün azca da səbr edin 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gunel Yashar

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s