Soçi bələdçisi

Soçi haqqında paylaşım görmədiyim üçün, orda olduğum 1 həftə müddətində gördüklərim haqqında yazmaq qərarına gəldim.

Öncəliklə Soçi Rusiyanın kurort həm də olimpiya şəhəri sayılır. Bura getməmişdən qabaq, haqqında sadəcə FIFA 2018-in baş şəhəri olduğunu bilirdim, amma gəldikdən sonra həqiqətən Qara dəniz mirvarisi adlandırdıqları Soçiyə bir sözlə aşiq oldum, başdan ayağa Qara dəniz sahilində yerləşən bu şəhər çoxlu parklar, şəlalələr, çimərliklər və sanatoriyalar ile zəngindir.

Amma bunlarla yanaşı mənfi cəhətləri də var, getməmişdən qabaq otelləri dəqiq yoxlayın. Getdiyim otel 5 ulduzlu olmağına baxmayaraq, 3 ulduzlu otel səviyyəsində idi, üstəlik də heç kim ingiliscə danışa bilmirdi. Qiymətinin niyə baha oldugunu soruşanda dəniz kənarıdır, vəssalam.

Soçidə Adler adlanan kiçik bir qəsəbə var, bura olimpiya şəhərciyi de deyilir. Bir çox məşhur yerlər o cümlədən Fist stadionu, Soçi park Adlerdə yerləşir. Məndən məsləhət əgər getsəniz, Adlerdə ev tutmağınız daha yaxşı olar.

38709915_849210331944225_2104389827347611648_n

Gezintime Soçi parkla başladım, bura giriş adam başı 1700 Rubl təşkil edir, uşaqlara endirim var təbii ki. Parkda çoxlu atraksionlar o cümlədən dünyanın ən hündür atraksionu, delfinariya,gözəl fontanlar bir sözlə bütün günü gəzməklə bitməz, uşaqlı ailələr üçün daha məsləhətlidir. Parkın çıxışında olimpiya stadionuna gedən yolda “Колесо Времени” adlı çarx var, oradan bütün şəhəri görə bilərsiniz qiymət 450 rubl., ordan çıxdıqdan sonra olimpiya parkına gedə bilərsiniz. Burada ucuz qiymətə velosiped götürməklə, həm vaxtınıza həm də hər yeri görməyinizə səbəb olarsınız. Hər gün saat 9-un yarısından 10-un yarısına qədər Medal abidəsinin qarşısında möhtəşəm fontan şou olur, mütləq izləməyiniz məsləhətdir. İkinci gün məni heyran edən “Дендрарий” parka getdim, parka giriş 250 rubl idi, amma parkın daxilində kiçik bir zoopark da var. Bir sözlə çox zövq aldım.

38600214_849210535277538_595947126299557888_n

Üçüncü günümü Roza Xutor hesr etdim, dağlar qoynunda yerləşən bu qəsəbə məni heyran etdi, Adler və yaxud Soçi stansiyasından hardasa 90 dəqiqəlik yoldur, çox rahat kondisonerli, lastocka, gedi.-gəliş 700 rubl. Parka giriş pulsuzdur, amma kanata minib ən hündür zirvəyə çıxa bilərsiniz. Kanatın qiyməti 1500 rubl idi. Bahalı məkanlarla zəngin olsa da bir az axtarsaz nisbətən ucuz market tapa bilərsiniz.

38637450_849209818610943_8370045190001393664_n

Dördüncü günümü Sky Park adlanan yere həsr etdim, Soçi stansiyasının qabağından üstündə skypark yazılan avtobuslar gedir əgər taxi ilə getsəz 1000 rubldan çox edəcək. Park həyəcan dolu atraksionlarla zəngindir. Parka giriş 700 rubl., amma atraksionlar 1000 rubldan yuxarıdır. Orda ən məşhur jumping var, 100 metri 5000 rubl, 500 metr 15 000 rubl. Bir sözlə əsl adrenalin həvəskarlarının məkanıdır. Beşinci günümü Delfinariuma getdim, şəhərin mərkəzindən avtobuslar 22 rubla aparır. Məkana giriş 600 rubl təşkil edir, delfinlərlə 5 deq üzmək 2000 rubl, yarım saat 5000 rubl. Akvariumlarda Rusalkaların olmağı daha çox marağa səbəb olur (təbii bunlar balıq paltarı geymiş qızlardır). Sonrakı günlərimi yalnız dəniz kənarında keçirdim, Qara dənizin şəffaf suyunda üzməkdən insan doymurdu. Bir sözlə istirahət üçün gözəl məkandır. Ümid edirəm, kimsə faydalanar, səhvlərim oldusa üzrlü hesab edin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Naila Mammadova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s