Bir gəzəyənin Türkiyə günlüyü – Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:)

Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam 🙂
Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz?

Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm – Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz.

Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm – ən komfortlusu maşınla gəzməkdi. Kondisyonuna güvənən və vaxtı olan üçün isə ən gözəli yürümək 🙂 60335733_10218934801832219_280775567056306176_n

Kəndləri gəzmək üçün qalacağınız bir neçə yer məsləhət görürəm:
– Teleferiklə keçilən Çulina məhəlləsində (Kendini Koruyan Mahalle) daha əvvəl yazdığım iki bunqalovdan əlavə bu il ağacın budaqlarının üstündə tikilən ağac ev də var. Ağac ev iki nəfərlikdi – sabah və axşam yeməyi daxil iki nəfərə 700 lirə, yəni bir nəfərə 350 lirə. Bal ayına getmək istəyənlər varsa, düşünsün:) Bunqalovlar bir nəfərə 250 lirə.
– Ortan kəndində Qaradənizin ən, ən, ən gözəl yeməklərini bişirən Platoda Mola pansiyon. Pokut yaylasında da evləri var, qarışdırmayın, kənddəki evi soruşun yazda. Qiymət – sabah və axşam yeməyi daxil 300 lirə.
– Aşağı Viçə kəndində The High Tress pansiyon. Bölgənin ən fərqli yerlərindən biridi. Sabah yeməyi daxil 250 lirə.
– Aşağı Viçədə Ekodanitap pansiyon. Bungalovlarda 1 nefer sabah ve axşam yeməyi daxil 200 lirə. Bir də ağac evləri var – bir nəfər qala bilir və içində tualeti, hamamı yoxdur. Qiyməti 150 lirə – sabah və axşam yeməyi daxil.
– Daha da uyğun və daha da mərkəzi bir yerdə qalmaq istəsəniz, Çamlıhəmşin Taşmektep otel. Qalmadım, amma gəzdim, otaqları çox təmiz, rahat, yeməkləri yaxşıdı. Qiymətlər bayram öncəsi-sonrasına görə dəyişir, amma başqa yerlərə görə daha uyğundu. 3-4 nəfərlik otaqları da var.60415463_10218934814312531_523406460109979648_n

Qalmağa da yer tapdız, indi gəzməyə keçək 🙂

– Məcmun kəndinə çıx, Zilkaleni izlə. İzləyəcəyin yerdəki evin sahibi bir az əsəbidi, əsəbiləşdiyini hiss etdiyin anda uzaqlaş 🙂

– Çamlıhəmşinin ən gözəl kəndi Küşüvəni mütləq gəz.

– Makrevis kəndindən Ortan kəndinə meşə yürüşünü unutma.

– Küşüvə, Makrevis və Ortanda bölgənin ən gözəl konakları yerləşir, onları gör.

– Çulinada Mətin abidən səni yuxarı məhəlləyə aparmasını xahiş et. Özün gedə bilməzsən, inad etmə 🙂

– Bir sabah Dovor məhəlləsini gəz

– Vaxtın olsa Çat düzünə mütləq get. Ən gözəl vaxtı may-iyundu, unutma.

– Aşağı Viçədə qalsan Tomaslı və Poginaya uzun yürüyüşə çıx.

Başqa sualınız olsa, yazın, pulsuz online rəhbərlik eleyim 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s