Pireney yarımadasında gizlənmiş “Balaca Cənnət”

Avropa səyahəti deyilən zaman bəzilərimizin beynində çox zaman bəlkə də standart bir mənzərə canlanır: Kimisi üçün bu mənzərə qədim daş döşəməli küçələr, kimisi üçün brend geyimlərin satıldığı maqazinlər, kimisi üçün tarixi qoxulu tikililər, kimisi üçün hansısa şəhərin “old part” hissəsi və s. və ilaxır… Şəxsən mənim üçün Avropa səyahəti nədənsə mütləq ya payız, ya da yazda, amma nədənsə mütləq sərin havada olmalıdır, bu səbəbdən Avropaya qısaqol geyimdə getməyi arzulamamışam heç bir zaman )))). 2015-ci ilin mart ayında Dubaya getmək üçün hazırlaşırdım. Artıq biletləri alıb, oteli də bron etmişdim. Təsadüfən elə oldu ki, turizm agentliklərinin birində sərfəli qiymətə maraqlı səyahət proqramı gördüm. Səyahət Barcelonadan başlamaqla, İspaniyanın bir neçə şəhəri, daha sonra Fransanın cənubundan – Kann, Nitsa şəhərlərini keçməklə Monaco`ya, ordan da İtaliyanın şimalına – San Remo`ya qədər uzanır və eyni istiqamətdə də geri qayıdırdı, uçuş istiqaməti Bakı – Kiyev – Barselona – Kiyev – Bakı idi. Bir az tərəddüd, bir az analizdən sonra “Görəsən, Dubay biletlərini zərərlə də olsa ləğv etməyə dəyərmi ?” deyə düşünərkən bir də özümü Barselona`nın hava limanında gördüm ).40374945_1993725357314314_8484290607110422528_n

Barselona haqqında danışmaq məncə artıqdır. Şəhərin Gaudi dəsti-xətti ilə “yazılmış” qeyri-adi arxitekturasından başlayıb, iqliminə qədər, dəniz limanlarını, çimərliklərini, hələ üstəlik, bir azarkeş kimi bu futbol ölkəsinin stadionları haqqında yazmaqla bitməz. Mən isə sizə bu yarımadada gizlənmiş “Balaca Cənnət” haqqında bəhs edəcəyəm. Barcelona gəzintisindən sonrakı ilk məntəqəmiz Kataloniyada – Costa Brava`da yerləşən kiçik Lloret de Mar qəsəbəsi idi. Bu qəsəbə haqqında ora gedənə qədər heç nə eşitməmişdim. Qəsəbə Barcelonadan çox da uzaqda olmayan, təxminən 40 dəqiqəlik bir məsafədə idi. Amma Barcelona kimi böyük və modern şəhərdən 40 dəqiqəlik bir məsafədə bu cür gözəl bir yer xəyal belə etmirdim. Bu qəsəbə bəlkə də hər fəsildə “gəl-gəl” deyən nadir yerlərdən biridir. Balacadır, çox balaca – amma bura səyahət etmək üçün o qədər səbəb var ki: say-say bitməz… Yayda – göz oxşayan çimərliklər, yaz payız aylarında – meşəliklərə, yaşıllıqlara bürünmüş dağların sıldırım ətəklərinə vuran dəniz ləpələri, rəngli daşlardan tikilən evlər, əsrarəngiz Kataloniya təbiəti o qədər gözəldir ki, danışmaqla qurtarmaz.

​Lloret de Mar bəlkə də gizli duyğularınızın üzə vuracağı nadir yerlərdəndir. 2 saata qəsəbəni tam başdan-ayağa gəzə bilərsiniz: əgər gəzə bilsəniz… Amma gəzmək mümkün deyil 2 saata – səbəb isə sadədir: addımbaşı gözəllik, addımbaşı təbiət naxışları və bu naxışları əsla pozmayan insanlar… Ayağınızı basdığınız hər qarış torpaqdan baxdığınız bu “Balaca Cənnət”in ayrı-ayrı istiqamətləri bir başqa gözəldir. Dənizi desən-dənizlərdən, qumsalı desən-qumsallardan, havası desən-hər yerdən fərqlidir. Bu fərqlilik insana o qədər xoş gəlir ki, hər yeni gün, doğan günəşdən, gecə yatana qədər sonsuz pozitivə yüklənirsən.40355710_1993725627314287_2468990674846875648_n

Amma bu qəsəbənin gözəlliyi qədər də, bir balaca riskli turist həyatı var. Xüsusilə yay aylarında bura dünyanın 4 tərəfindən turist axını olur, çünki “WaterWorld” adlanan, dünyanın ən böyük aquaparklarından biri burada yerləşir. Attraksiyonlar və su əyləncələri “n” qədərdir. Riskli tərəf bu attraksiyonlardır deyə düşünməyin ) Riskli tərəf bura gələn turistlərin bəzilərinin 7/24 narkotikanın təsiri altında və içkili halda “beyni dumanlı” dolaşması, əylənməsidir. Ayrıca çimərliyə girən zaman, qumsalda nəzarətsiz qalan mobil telefonunuzun və ya foto kameranızın, hətta paltarınızın belə burda oğurlanması necə deyərlər, adi və normal haldır. Ona görə yaxşı olar ki, oteldən çimərliyə elə birbaşa “geyçim”lərinizi geyinib, gedəsiniz )) Amma, onu da vurğulamamaq haqsızlıq olar ki, bu neqativ hallar əksər hallarda yalnız yay aylarına təsadüf edir.

Lloret de Mar sahil boyu uzanan bir qəsəbədir. Yay aylarında bu qəsəbə yatmır. 24 saat dayanmadan fəaliyyət göstərən restoranlar, gecə klubları, çimərliklər yorulmaq bilmir ki, bilmir. Əllərindəki içki şüşələri ilə sarmaş-dolaş gəzən qızlar, oğlanlar, yaşlılar… Hər tip insan görə bilərsiniz burda. Və hər fərqli tipin ruh halının və düşüncə tərzinın başqa bir insanınkı ilə uzlaşmaq ehtimalı sıfır nisbətindədir. ))) Ona görə də macəra sevən insanlar üçün Lloret de Mar unudulmaz yay tətili imkanıdır – bu imkandan yararlanın )) Yox əgər mənim kimi sakit yerlərə üstünlük verirsinizsə və sizə qələbəlik yox, sükut və təbiət daha çox hüzur verirsə, o zaman Lloret de Mar`a ya payızda, ya da yazda gedin. Amma mütləq gedin ))) Sizə bəhs edəcəyim gizli cənnət haqqında bu qədər.

Növbəti yazılara qədər…

PS: Yanında şəkil çəkdirdiyim Bakı nömrəsi olan BMW X5 markalı avtomobil Monacoda, Monte Karlo casinosunun qabağında park etmişdi ))) Kimindir bilmədim, amma ümid edirəm casinodan üzüağ çıxıb )))))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Şirxan Ayxan Adgözəl

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s