Gəzəyənlər üçün mobil tətbiqlər (Part 1)

1. Couchsurfing

Səyahət edənlərin bir nömrəli yardımçısı olan və xərcləri minimuma endirə biləcək ən önəmli tətbiqlərdən biridir. Proqram vasitəsilə gedəcəyiniz yerlərdə yerli insanların evində pulsuz qonaq ola bilər, onlarla birlikdə ərazini kəşf edə bilərsiniz. Təbii ki, bunları hər ev sahibinə aid etmək olmaz. Eyni zamanda həmin müddətdə orada qalan biriləri də sizi qonaq edə bilər və ya qonaq etməsə belə tətbiq daxilindəki “Hangout” bölməsi gəzəyənlərin bir-birini tapıb səmərəli vaxt keçirməsi üçün düşünülmüşdür. Məsələn siz “Eyfel qülləsi yaxınlığında qəhvə içmək istəyən?” kimi hangout postlar açıb insan toplaya bilərsiniz. Həmçinin başqaları tərəfindən yaradılmış bu görüşlərə qoşula bilərsiniz.

Couchsurfingin taktikasına görə qonaqlar ev sahibinin profilində öz təəsüratlarını (References) qeyd etməlidirlər. Belə ki, kimsə qonaq qəbul etdiyi zaman onun öz profilindəki məlumatlardan əlavə başqalarının fikirlərinə diqqət yetirir. Hər halda siz özünüz də bələd olmadığınız adamla eyni evdə qalmağın nə qədər təhlükəli ola biləcəyindən xəbərdarsınız  Bu məqamda tətbiqin tək “mənfi” tərəflərindən biri olaraq bunu qeyd edə bilərik ki, siz killer, oğru və s. olmasanız belə əgər özünüz kimisə qonaq edib müsbət rəylər toplamamısınızsa sizin host tapmağınız olduqca çətindir (Bəzi hallarda bəxtiniz gətirə bilər) . Həmçinin bəzi istifadəçilər bu platform vasitəsilə kiçik məbləğ müqabilində sizi qonaq edə bilərlər.

Sadəcə bir dəfəyə məxsus 60$ ödəməklə siz Verified account ala bilər və bütün imkanlardan yararlana bilərsiniz. Sadə accountlar isə həftədə cəmi 10 hosta ilk mesajı yaza bilərlər. App Store: https://apple.co/1P3uKdH Play Store: https://bit.ly/1z1AESz

2. Showaround

Bir növ sizi tur bələdçiliyi işi ilə təmin edən proqram həm yerli əhali həm də turistlərə fayda gətirə bilər. Konsepti əsasən insanların getdiyi yerlərdə vaxtını daha səmərəli keçirməsi və yüksək məbləğlər ödəmədən şəhəri kəşf etməsi yönündədir.
Proqram iki yönlüdür, siz həm turist kimi çıxış edə bilərsiniz həm də local people kimi.
Həvəskar tur rəhbərliyi edə biləcəyiniz bu tətbiqdə istər saatbaşı ödənişlə və istərsə də könüllü bir formada şəhərinizə gələnləri gəzdirib şəhərinizlə tanış edə bilərsiniz. Ödənişlərə limit tətbiq olunmayan bu platformada siz öz saatlıq qiymətinizin minimum və maximumunu seçə bilərsiniz. Beləliklə program sizin boş vaxtlarınızda qazanc əldə edə biləcəyiniz bir işə çevrilə bilər.

Qazancdan əlavə həmçinin tələbələr və s. öz xarici dil biliklərini inkişaf etdirə bilər və ya müxtəlif ölkələrdən dostluqlar yarada bilərlər. Əsasən tələbələr FREE bələdçiliyi seçərək öz dillərini inkişaf etdirirlər. Əlbəttə ki, tur rəhbəri olmaq üçün sadəcə xarici dil bilmək kifayət etmir. Gələn turist gedəcəyi yerlərin tarixi haqqında da məlumat tələb edə bilər. Yaxşısı budur ki, müştərinizlə hər şeyi öncədən danışıb razılığa gələsiniz 

P.S: Əgər istifadə etsəniz heç kimə görüşdən öncə online pul köçürməsi etməyin!

App Store: https://apple.co/2WoDGlw

Play store: https://bit.ly/2VTKOpx

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Reshad Farzali

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s