Estoniya bələdçisi

Estoniya 🇪🇪

Estoniyaya olan səfərim iki şəhərdən ibarət idi. Tartu və Tallinn.

İlk öncə Tartu haqqında yazmaq istəyirəm.

Demək, Tartu çox balaca və hər tərəfinə piyada gedə biləcəyiniz, şəhər mərkəzində hər şeylə təchiz olunmuş qədimi və bir o qədər də marağlı şəhərdi.

Şəhəri tələbə şəhərciyi də adlandırmaq olar. Çünki yaşayan əhalinin 70%-i gənclərdi. Post-sovet ölkəsi olmağına baxmayaraq, Estoniyada rus dilindən demək olar ki, istifadə olunmur.

54728699_2228900363862513_6567433371327135744_n

Tartunun qədimi küçələri, rəngarəngliyi çox maraqlı olduğu qədər, gecə həyatı da bir o qədər maraqlı və əyləncəlidi. Çünki bütün barlar və klublar, demək olar ki, yanbayan yerləşib. Klub və barlarda, əsasən, tələbələrin olması da, şəhərin gecə həyatını bir o qədər əyləncəli edir.

Tallinnə gəldikdə isə, sözlə ifadə edilməz dərəcədə gözəl, rəngarəng və qədimidir.
İkinci dünya müharibəsi zamanı Pri-baltika ölkələrinin içərisində ən az dağıntı olmuş ölkə olması, Estoniyanın qədimiliyini qoruyub-saxlamasına kömək olmuşdur.

Tallinn dənizə çox yaxın yerləşdiyinə görə, Bakı kimi küləkli şəhərdir.

Ümumiyyətlə, estonlar çox gülərüz və istiqanlı millətdi. Yəni səyahət etmədən öncə düşündüyüm, latışlar kimi soyuq olacaqları idi, amma estonlar xoşgörüşləri ilə bu fikrimi alt-üst etdilər.

56164131_2228900470529169_8210025510395183104_n

Tallinndə olarkən Provaslav kilsənin önündən keçirdim və gördüm ki, içəri çox insan girir, düşündüm ki, muzey kimi fəaliyyət göstərir.
Mən də axına qoşulub içəri daxil oldum. İçəridə hər kəs şam alıb, yandırırdı.
Bir az irəlilədikdən sonra, gördüm ki, qarşıda bir rahib oturub yanında da iki nəfər onun köməkçisi dayanıb və rahib nəsə dini bir mətni musiqili şəkildə şərh edirdi. İnsanlar da onların qabağında dayanıb, başlarını əyib-qaldırırdılar. Sanki ayin keçirilirdi.

Bir az daha irəli getdim və özümdən xəbərsiz şəkildə bir sırada dayanmışam. Sıra isə, başqa bir rahibin insanların başına örtük keçirib başlarını sığallaması və qulaqlarına nəsə pıçıldaması ilə sonlanır. Heç nədən xəbərim olmadığına görə, sırada dayanıb o biri rahibin nə oxuduğuna qulaq asıb, insanlara tamaşa edirdim.
Sən demə sıra mənə çatıb və başımı o biri Rahib tərəfə çevirdiyimdə gördüm ki, mənə baxır və gəlməyimi gözləyir. Mən də söhbətin fərqinə varıb, yavaş-yavaş heç nə olmamış kimi aradan çıxmağa başladım 

Başıma gələn daha bir maraqlı hadisə isə, Tartudakı hostelimdə oldu.
Hosteldə mənim yatağım 3-cü otaqda olan birinci yataq idi və açarımın üzərində belə də yazılmışdı. Səhər ayılmışam, saat təxminən 6dı. Durub getmişəm mətbəxə ki, kofe içim. 1 saat sonra Tallinnə yola düşəcəm. Otaqdan nəsə lazım oldu, otağa getdim. Bir də gördüm bir nəfər otaqda qırğın-qiyamət salıb. Mən yatan yer sən demə həm də bunun yeri imiş. Yaxınlaşıb dedim sakit ol, məsələni anlayaq. Açarları qarşılaşdırdıq ki, ikimizin də açarının üzərində eyni yataq, eyni otaq yazılıb. Qeydiyyat şöbəsində oturan işçini çağırdıq. Üzrxahlıq bildirdi, dedi mənim səhvimdi, elə-belə, çox yubanmayıb hosteli tərk etdim.

Sonra isə heç gözlərinin yaşına baxmadan, bookingdə 1 ulduzla kifayətləndirdim onları!

Ümumən isə Estoniya səfəri çox maraqlı oldu 

55509708_2228900537195829_3407664221293379584_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Samir Aziz

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s