Arazın o tayı- İran macəraları

İran haqqda eşitmisiz? Bağlı, çadralı, qara şəhər? Bu ölkə haqqda bildiklərinizi bir kənara buraxın və yaxın oturun! Bu yazım kefinizi açacaq 🙂

İran yoxsa Azərbaycan? Səyahətimin ilk günü!

Çox yorğun bayramdan qabaq iş həftəsindən sonra bu tətilə çıxıb çıxmayacağımda hələ də qərarsız qalmışdım. Naxçıvana bileti (50 AZN) almışdım, ancaq bilmirdim getməliyəm ya yox? Uçuşa bir neçə saat qalmış çantamı hazırladım. Çox həyəcanla oturub, uçuşu gözlədim. Naxçıvana gəlib çatdım. Atam buralı olsa da, heç vaxt getməmişdim. Çox səliqəli şəhərdir. Ancaq adamlar az idi küçələrdə. Elə hiss yaradır ki, sanki tərk edilmiş şəhərdir. Qəribə hiss edirdim. Ancaq gözəl idi. Möminə Xatun türbəsi çox möhtəşəmdir. Üzəri elə incə işlənib ki, toxunanda elə bilirsən ki, tarixə səyahət edirsən…

Burada çox qalmadım. Taksi məni İran sərhədinə apardı. (hava limanı+ kiçik şəhər gəzintisi+ sərhəd= 25AZN)  Elə həyəcanlıydım ki, heç başqa ölkəyə yaşamağa köçəndə belə hiss etmirdim. Sərhədə gələn kimi ilk sualım bu oldu:

  • Başımı burada bağlamalıyam? 😀

Orada bağlamaq lazım deyilmiş. Bir körpü var. Onu keçəndə, İrana girmiş sayılırsan. Həmin körpünün üzərində bağlamağınız kifayətdir. Ondan qabaq isə sərhəddə əməlli başlı sorğu-sual olundum: Niyə gedirsən? Hara gedirsən? Nə alacaqsan? Nə qədər qalacaqsan? Haradan qayıdacaqsan və s. Amma deyə bilərəm ki, çox gülərüz idilər. Orucluq bayramının ilk günü idi. Hamı təbrikləşirdi. Çox xoş ab-hava var idi. Gəldim həmin körpüyə, tez-bazar uzun bir palto geyindim və başımı da bərk-bərk bağladım. Orda da sərhəddə xeyli sorğu sualdan sonra, keçdim İran tərəfə. Heç kimin üzünə baxmıram, başımı sallayıb, qohumlarımı gözləyirəm. 2 AZN ödəyib, getdim İranın ikinci sərhəddinə. Məncə, onu ödəməsəydim də olardı. Taksi mənim çox da bilgili olmadığımı gördü və kazıklandım abilər -_-

Sərhədi keçəndə qohumlarımla orada görüşdüm, artıq Poldəştdə idim. Məni görənlərin ilk reaksiyası:

  • Sən niyə belə bağlanmısan? İran haqqda fikir dəyişikliyi 1: başına balaca yaylıq atmaq və azca uzun geyinmək kifayətdir. Çadrasız İran!img_0290

Sevimli insanlar diyarı:

Babamın xalası uşaqları orada yaşayırlar. Bir dəfə anam zəng etdi ki, İrandan qonaqlarımız var, gəl görüş. Mən də offlaya offlaya getdim görüşə. Fikirləşirdim ki, bu qaraqabaq insanları görmək nəyimə gərək? Amma yanılmışam… (p.s bir dərs çıxaraq: tanımadığımız insanlar haqqda fikir yürütmürük! )

Gənc cütlük idi. Bizim qohum Zarrin siyasətçidir orada. Yoldaşı Ramin isə psixoloqdur. Birlikdə səyahət edirlər, işləyirlər. Zarrin uzun zamandır idmanla məşğuldur. Sözün düzü məni yaman təəccübləndirdi bunlar. Elə İrana getmək səbəbim də bu insanlar oldu. Elə bilirdim orada hamı qatı dindardır, qaraqabaqdır və ancaq qara geyirlər. Bu insanlar fikirlərimi dəyişdirdilər.

Sonra ora səyahət edəndə isə daha da  çox yanıldığımı gördüm. İnsanlar əylənməyi, dostluğu bacarır. Bir birilərinə olan sözlərini elə üzlərinə də deyirlər. Yardım sevərdirlər.

Kişilər qadınlara hər işdə kömək edirlər. Məsələn, qonaq getdiyim bir evdə süfrəni açmağa kişi kömək edirdi. Bu hamı tərəfindən normal qəbul edilən bir şey idi. Ancaq, əsas pul qazanan, ailəni dolandıran kişilərdi.

İşləyən qadınlar da az deyil. Baxımlıdır hamısı. Xüsusi gözəllik sirrləri var. Məsələn Nanə cöhəri özləri hazırlayırlar və bunu bikini bölgəsinin təmizliyi üçün istifadə edirlər. Gül suyu da üz dərisinin ağ qalması üçün istifadə olunur. Maya maskası, qəhvə maskası da burada məşhurdur. Təbii məhsullardan çox istifadə edirlər əsasən. Makiyaja həvəslidirlər. Burun əməliyyatını yəqin ki, 10 adamın barmağı ilə sayılacaq qədər etməyən adam qalıb. Bu kişilər arasında da dəbdir.

Zərli-zürlü şeyləri sevirlər və ev əşyalarında da bunları görmək mümkündür. Ən sevdiyim isə yerdən açılan yemək süfrələri oldu. Gənclər artıq masalardan istifadə etməyə başlayıblar. Ancaq yaşlı adamların evlərinə gedəndə səmimi süfrədən həzz ala bilirsən.

Mən Zarrinin qonağı oldum və onların evi tamam başqa cür idi. Yoldaşı Raminin atası İranda məşhur rəssamdır (Əhməd Rza Rahimi). Bu qabiliyyət ona atasından keçib və əla rəsm əsərləri çəkir.

Bundan da əlavə bir çox simli alətdə ifa edə bilir. Axşam evdən dincəlmək üçün bundan başqa nəyə ehtiyacın var ki?

Orada olduğum müddətdə Raminlə söhbət də etdik. Əla psixoloqdur və o qədər cana yaxın insandır ki, insan rahatlıqla hər şeyi onunla bölüşə bilir. Mən ondan xahiş etdim ki, bizim insanları da qəbul etsin. Urmiyənin ən yaxşı psixoloqlarından biridir və hipnoz da edir. İstəyənlər əlaqə saxlaya bilərlər: +989149370764

Zarrin və Ramin o qədər yaxşı insanlardı ki, istəyirəm onlarla hamı tanış olsun. Həyatınızda hər şey gözəl olsun, my babies!

img_05501İranda, evlərdə daha nə qəribəliklər var?

Evdə parniklər olur. Burada müxtəlif bitkilər və hətta ağaclar yetişdirilir. Qəribədir. Ancaq o qədər gözəl görünür ki, fikirləşirsən ki, mütləq və mütləq mən də öz evimdə bundan etməliyəm.

Bu şəkildə arxamızda gördüyünüz həmin danışdığım yaşıllıqdır. İnsanlar evdə quş, balıq saxlayırlar. Bu şəkildəki ağa quş saxlamaqdan əlavə həm də quşlardan kuklalar düzəldir. Bəzi nümunələri şəkildə görə bilərsiz. İnsanların fərqli hobbylərinin olduğunu düşünməzdim İranda. Bu da məni təəccübləndirmişdi yaman!

İranda öz dilimdə danışmaq…

Çox insanlar türkcə bilirlər. Onların türkcəsi daha qədim sözlərdən ibarətdir. Ancaq məncə, çox şirin danışırlar. Həm də çox mehribandılar. Telefonda belə bir-biriləri ilə danışanda çox nəzakətli olurlar. Bu çox xoş olurdu. İnsanın bütün mənfi enerjisi alıb aparırdı. O qədər gözəl hiss edirdim ki, orda… İnsanın ürəyi sevgi ilə dolub daşır. Məhz, bu hisslərə görə İran mənim sevimli ölkələrimdən birinə çevrildi.

Bəzən bir- birimizi anlamırdıq. Belə olanda İstanbul türkcəsində danışırdıq. Türkiyə filmləri və serialları orada da çox izlənir.

Bəzən türkcə danışmayanlar da olurdu. Onlar çox vaxt farslardı. Türkcə danışmaqlarını deyirdim, amma bu onlara elə də xoş təsir bağışlamırdı sanki. Danışmasalar belə bilirdilər. Ermənilər belə bilirlər türkcəni. Kürdlər çox vaxt bilmirlər və dağlıq yerlərdə daha çox məskunlaşıblar.

Yenə də çox gözəl enerjisi olan insanlar diyarıdır İran 🙂Tabriz-pizza

Əsas məsələ: Yemək!

Yeməkləri ləzzətlidir. Təbii olması da çox xoşdur. O qədər rahat hiss edirsən ki, özünü. Ancaq yeməklərimiz eynidir demək olar. Çox dadlı aşları var və üzəri üçün fərqli qaralar edirlər.

Səhər yeməkləri demək olar ki, bizim süfrə kimi olur. Əsasən, nahar daha bol olur. Axşam yeməyini isə daha yüngül yeyirlər.

Bir axşam Zarrin bizə bananlı kokteyl hazırladı, üzərinə qurudulmuş qızılgül ləçəkləri tökmüşdü. Həyatımda içdiyim ən dadlı içki idi deyə bilərəm. Çox xoş idi dadı.

İranın özünə aid fast foodları var. Məsələn yer alma dürməyi. Bu nədir? Yer alma kartofa deyirlər. Kartof və başqa tərəvəzlər, göy göyərti doldurulur qarğıdalı unundan hazırlanmış çörəyə. Bu çörək çox xeyirli sayılır, adı səngəkdir. Dadı əfsanə idi. Qiyməti də 1,50 AZN 🙂

Başqa dadlı fast food da Şor məzə idi. Bu qızardılmış lavaşın içində, ədviyyatlı noxudlardır. Ancaq o qədər dadlı idi ki, fikirləşirəm kaş Bakıda da olardı. Qiyməti isə cəmi 50 qəpik 🙂

Bəs balıq dönəri necə? Eşitmisiz? Bu da İrana xas bir fast food-dur. Türk restoranından aldıq. Amma başqa heç bir yerdə belə bir şey görməmişdim. 2AZN

İranda şirniyyatlar da dadlıdır. Buradakı dostlarıma nabat alıb gətirmişdim. O qədər dadlı idi ki, onlardan çox özüm yeyirdim 😀

Bir də gülablı dondurma var!- Çox ləzzətli, çox fresh dadı var… İran özü istehsal edir. Elə bəyəndim kiiiiii.

İnsanlar xüsusi su düzəldir, hansi ki, köp üçün çox xeyirlidir və susuzluğu yatırır. Adlarını unutduğum toxumlardı. Biri reyhan toxumudur, ancaq o biri dəqiq yadımda deyil. İlk baxanda qəribə gəlir, ancaq dadandan sonra həmişə içmək istəyirsən. Bakıya gələndə də hazırladım. Hamı bəyənərək, içdi. Dadlı yemiş kokteylləri də satılır. Bunlar daha çox bayırda səyyar satılır. Ancaq təmizlik qorunur və dadları da çox xoş olur. İnsanlar kukuruz, qarğıdalı, popcorn çox sevir. İran belə şeyləri də özü istehsal edir.

Sizin necə? İran haqqda fikirləriniz dəyişdi? İran yazılarının ardı var! 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gunel Yashar

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s