Dünyanın 7 möcüzəsindən biri – Maçu Piçu

Machu Picchu. Səyahəti sevan hər bir insan bu möcüzəni görmək istəyir. Bəzən yanlış əldə olunmuş və ya yanlış verilmiş məlumat səyahət planlamasını alt-üst edə bilər və ya ümumiyyətlə səyahət istiqamətini dəyişə bilər. Postu açmaqda əsas məqsədim Machu Picchuya səyahət planlamaq istəyən insanlara həm kömək olmaq, həm də bu möcüzəyə olan səyahəti sizinlə paylaşmaqdır.

57839947_10219002206787700_8067323095976771584_o

Yəqin ki, qrupda hamının Machu Picchunun dünyanın 7 yeni möcüzəsindən biri olduğundan məlumatı var. Bu yeddilərdən biri Perunun Cusco şəhəri yaxınlığında yerləşir. Onu da qeyd edim ki, Cusco şəhəri bu günə qədər gördüyüm və gəzdiyim ən gözəl şəhərdir. Küçələri bəzən indi bizim qoruya bilmədiyimiz, aqalay daşlarla üzü fasadlanmağa başlayan İçəri şəhərimizə oxşayırdı. Hər daşında bir mədəniyyət, bir tarix yatan bu şəhər İnk imperiyasının paytaxtı və bir vaxtlar dünyanın mərkəzi sayılıb. Machu Picchuya səyahət məhz bu şəhərdən başlayır. Bu möcüzə haqqında bu qrupda çox miflər oxumuşam😁.

58442420_10219002215947929_128763617750286336_o

Bəzən kimisi getməyin çox ağır olduğunu, kimisi yolun çox uzun olduğunu, kimisidə piyada həddindən artıq çox yol getməyin labüd olduğundan yazıb. Bəli bu sadalananların bəziləri reallıqdı, amma bu reallıqlar insanlara və sizin seçiminizə görə dəyişir. Bura çox rahat və əziyyətsiz də getmək olur. Sizi səhər tezdən qaldığınız otel və ya hosteldən maşın götürür və axşam götürdüyü yerə qaytarır. Sizin payınıza düşən yalnız avtobusdan düşüb qatara, qatardan düşüb avtobusa minməkdir. Son avtobus sizi düz parkın girişinə gətirir. Problem yalnız hündürlük ilə bağlı ola bilər. Qiymətlərə gəldikdə isə bu yuxarı və aşağı (yağışlar sezonu) sezona görə dəyişir. Forumlarda bilet haqqında maraqlananda əldə etdiyim tək məlumat biletin mütləq əvvəlcədən rəsmi saytdan alınması ilə bağlı idi. Bu da mifdi. Siz rəsmi saytda göztərilən 300-330 usd əvəzinə yuxarı sezonda 260 və aşağı sezonda 230 usd verib qaldığınız otelden tur ala bilərziniz. Əgər kimsə bütün biletləri özü alıb özü getmək istəsə, göstərilən qiymətlərdən 20-30 usd az pul ödəyəcək amma nəyin harda olduğunu öyrənmək və qatara vaxtında çatmaq üçün kifayət qədər əziyyət çəkəcək.

58655491_10219002216947954_2698753884536438784_o

Həm mənim göztərdiyim qiymətə bələdçi də daxildir, hansı ki, çox maraqlı məlumatlar əldə etmək olur danışdıqlarından. Əlavə olaraq siz başqa versiyada 5 günlük program götürüb Salkantray trek adlı məhşur yolu piyada da gəzə bilərsiz. Bu yol piyada Machu Picchuya getmək üçün ən ideal trekdir. Sonda onu da qeyd edim ki, bir gün bu möcüzəyə səyahət planlasanız, digər möcüzə şəhər – Cuscoya (bu paylaşım sırf MP-yə aiddir və Cusco haqqında ayrı bir post olacaq) ən azı 3-4 gün ayırın. İnanın Machu Picchuya görə ora gedib, bir başqa möcüzə – Cusconu tapıb ona vurulacaqsınız.

57649077_10219002214267887_5940144515753967616_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Agazade Rasim

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s