Paris üçün 8+1

Parisdəki otellərə bu linkdən baxa bilərsiniz.

Paris elə bir şəhərdir ki orda nə etməli olduğunuzu 2000 fərqli mənbədən, 1000 fərqli formada, yenilənmiş halda oxuya bilərsiz. Amma nə “Etməməli” olduğunuzu bəlkə də çox yerdə tapa bilmərsiz. Necə getdim, harda qaldım, haranı gəzdim maraqlıdırsa statusda onlar yoxdu 😂

1. Mütləq formada tənbəllik ETMƏMƏLiSiNiZ. Hər gün səhər saat 8-dən digər gün gecə 1-in yarısına qədər şəhərdə minimum 30.000 addım ataraq gəzən biri kimi deyirəm ki, mütləq piyada gəzməyə üstünlük verin. Çünki bu zaman biz şəhərin ruhun hiss edə bildik. Axşamlar çayın qırağında şərab və yüngül atıştırmaları ilə istirahətə gələn yerli insanların arasına qarışıb, “Fransız xalqı kef eliyir” sözünün təsdiqini tapdıq. 🥖🧀🍷

2. Şəhərin turistik mərkəzlərində fırıldaqçılıq edərək oyun oynamaga həvəsləndirmək üçün qurulan səhnəciklər görəcəksiniz. 3 stakanın altında gizlədilən “top” oyunu ən məşhuru idi. Barmağa ip keçirib oyun oynamaq istəyənlər də az deyildi. Bu tip şeylərə vaxt ayırmayın, gəzin! 🎲🎰🎲

3. Əgər xüsusi marağınız yoxdursa Montmartre-da yerləşən Basilika Sacrè-Cœur girməyin. Mən bu marağımın qarşısın ala bilmədim ve qısa gözləmədən sonra içəriyə daxil ola bildim. Dəyməz deyə düşünürəm. Almaniyanın Aachen şəhərində olan kilsə daha xırda olsa da qat-qat gözəldir. Hətta Hamburg da ona nisbətən daha yeni tarixdə tikilən kilsə daha maraqlı idi.🏜️🏛️

4. Eyfel qülləsini görmək üçün 2 alternativ metro var. Biri Bir-Hakeim digəri isə Trocadero. Birincisini heç məsləhət görməzdim. Tracadero metrosundan çıxıb, sola döndükdə “Gözəl”i görürsüz. 🚇🚆eifelovaya_bashnya

5. Eyfel ətrafı səyyar satıcıların dediyi ilk qiymətə razılaşmayın. Ən az yarı qiymətinə ala bilərsiz istədiyinizi. Spirtli içkini isə onlardan heç almayın. 2-3 avroluq çaxırları 15-20 avroya deyib, 10 avroyada minnətnən satırlar. Təbii ki şəhərimizin turistik olduğunu unutmayın normaldı bu qiymətlər.🍷🍾🍻

6. Bura əsas xanımlara aiddir… Gül satanlar gətirib sizə gül verəndə almayın. 1 ədədinin qiyməti 10 avrodan deyirlər. Oğlan gördüm ki, yalvarır “Pliizz 5 euro”. Bakıda da bu texnikanın qurbanı olan oğullarımız var. Sadəcə başa düşmək lazımdır ki, məncə solub gedəcək və heç bir zaman xatırlamayacağınız hədiyyədir. O pula səhər yeməyini bir az bahalı yerdə etmək imkanı var. 🌹🥀🌺

7. Hostellər bir yatmağa yeri, bir də əl-üz yumağa suyu pulsuz verir. Şəhər vergisi daxil mədəni soyğunçuluq edirlər. Qanuni oğru sözü oralara aiddir. Məsləhət görərdim ki 8-10 nəfərlik turistik yerlərə nisbətən yaxın yerdə (hosteldə) qalmaqdansa, Airbnbdən ev tutasınız. Onsuz biz gunun 6-7 saatın hosteldə keçirirdik. Qalan 16-17 saatı çöllərdə olurduq. Gecə yatanda da kiminsə xorultusu və başqa səsləri ilə narahat olmaq yaxşı deyildi. 🐘🐷

8. Yeni insanlarla tanışlıqdan çəkinməyin. Almanlardan sonra fransızlar bizim üçün ayrı aləm oldu. Rasistlik hiss etmədik. Almanyada bizə göstərilən “Siz yadsız burda” söhbəti yoxdu (görmədik) orda.

8.1 Ola bilər ki, ingilis dilini Elizabeth kimi danışasınız. Amma əmin olun ki metro, işçisindən host işçisi, restoran (cafe, patisserie, brassiere və.s) işçisindən adi əhaliyə qədər hamını ingiliscədən sarı problemi var və siz o dili rahat istifadə edə bilməyəcəksiniz. “Əl-qol hərəkətləri” – ON

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Toğrul Əsgərov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s