Günəşin ən gözəl batdığı yer – Zənzibar

Zənzibardakı otellərə bu linkdən baxa bilərsiniz.

Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adalardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, həm də zəngin tarixə malik bir arxipelaqdır. Yəni bir turistin ora gedincə, Maldiv, Seyşeldən fərqli olaraq, passiv çimərlik istirahətindən başqa həm də yetərincə tarixi bilgilərini də zənginləşdirmə imkanı əldə edə biləcəyi bir yerdir.

17917460_10211837158031937_3253743326653778288_o

İndiki Tanzaniya 1964-cü ilədək Tanqanika Respublikası adlanırdı, 1964-cü ildə Zənzibarla birləşərək adqoydu nəticəsində Tanzaniya olub.
Zənzibarda əsasən suahili dilinin kişvahili dialektində danışırlar. Britaniya müstəmləkəsi hesabına əhalinin ingilis dili ilə də problemi yoxdur. Adaların əhalisi müsəlmanlardır.

Zənzibara iyundan oktyabradək havanın orta temperaturu +26C olur. Dekabrdan fevraladək – +28-+37C. Amma nəzərə alın ki, Zənzibar ekvatordan cənubda yerləşir, ona görə də dekabr, yanvar, fevral Zənzibarda yay aylarıdır və bu period da orda hava daha isti və quru olur. Aprel-may aylarında yağış mövsümü şuluqluq edir. Yayda da yağış yağa bilər. Bizim iyul səfərimiz zamanı arabir yağışa düşürdük. Amma yay yağışları uzunmüddətli olmur. Çalışın səfəriniz yağış sezonuna düşməsin. İslanmadan əlavə həm də bu vaxt malyariya ağcaqanadının iştahına tuş gəlmə ehtimalınız da böyükdür. Quru iqlim zamanı da oralar ağcaqanaddan boldur, amma yağış sezonundakı ağcaqanadlardan fərqli olaraq, quru hava şəraitində hücüm edən ağcaqanadlar zənən xeylağı olduqlarına görə malyariyaya tutulma ehtimalı aşağı olur. Yola düşməzdən əvvəl özünüzlə mütləq ağcaqanadla güləşən spreylərdən bol-bol götürün.

17966567_10211837163432072_4505648012985058814_o

Yerli okeansahili çimərliklər mərcan riflərindən, laqunalarından tutmuş, delfinlərlə, drayverlər üçün cənnət yerlərlə boldur. Prison adasında nəhəng tısbağalar da şellənirlər, onlara da kiçik qayıqlarla ucuz qiymətə gedib baş çəkə bilərsiz. Yerli bazar Stone Townda sizə mütləq «gəl-gəl» deyəcək. Mən hələ ədviyyat plantasiyalarını demirəm!.. Özüm ədviyyat xəstəsi olduğum üçün hər səfərimdə bu plantasiyalarda gəzişəndə xoşbəxtlikdən əsməcə gəlir mənə. Bələdçi sizi plantasiyada bitən bütün ədviyyatlarla tanış edəcək, real şəraitdə bitən darçın, sarıkök, zəfəran və daha nələr görəcəksiz. Hansını mümkündürsə – hətta dadacaqsız da. Elə oradaca onlardan ala da bilərsiniz.

17973450_10211837164032087_4927778527166292037_o

Otel-filanlar boldur. Müxtəlif qiymətə. Günü 30 dollara okeanın düz sahilindəki kiçik otelimi heç bir Hilton-a dəyişmərəm!.. 

Zənzibara müxtəlif vasitələrlə gedib çıxmaq olar. Təyyarə ilə (bir çox ölkələrdən ora birbaşa uçuşlar var), gəmi ilə. Biz Dar Es-Salaamdan gəmi ilə 1,5 saata çatmışdıq. Gemi ilə gediş qiyməti müxtəlifdir, seçəcəyiniz class-dan asılıdır. Adaya çatınca bələdçilərin, taksi sürücülərinin çoxluğu sizi bir balaca peşman edəcək. Amma bununla belə qiymət saldıra-saldıra onların xidmətlərindən də bəhrələnə bilərsiniz. Hə, bir də, bilmirəm başqalarında necə idi, amma biz gəmidən düşüncə israrla sarı qızdırmaya (желтая лихорадка) qarşı peyvənd olunduğumuz barədə sertifikatı tələb etdilər. Biz də tərslikdən onu Dar Es-Salaamda unutmuşduq. Çox çətinliklə yola gətirdik. Əslində, bu, ilk növbədə, sizin özünüz üçün lazım olan bir şey olduğuna görə getməzdən əvvəl o peyvəndi mütləq vurdurun. İşdi-saiyətdi yaddan çıxsa – limandakı əməkdaşlara bildirib elə oradaca peyvəndlənmə imkanınız da olacaq (məbləğindan xəbərsizəm).

Yeyib-içmək ürəyiniz istəyən kimidir. Yəni alışdığınız restoranlardan tutmuş ta ki, alışmadığınız yerli mətbəx iaşə yerlərinədək. Düzdü, yerli mətbəxdən bir o qədər də çox dadmadım. Ekzotik adına məst olub sifariş etdiyim kokteylin nəticədə xiyar kokteyli olduğundan sonra sarsılmışdım.

17973590_10211837157711929_7497197653101347850_o

Qırmızı kolobus meymunlarıyla yalnız Zənzibarda üz-üzə gəlib dərdləşə bilərsiniz. İnsanlara də öyrəşiblər, adam yerinə qoymadan rahatca işləriylə məşğuldular. Ona görə də doyunca və yaxından tamaşa edə bilərsiniz.

Daha nə qaldı? Nəsə qaldısa – xəbər edin. Ən əsası – ZƏNZİBAR – CANDIR! Mütləq gedin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ali Akbar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s