Budapeşt-Vyana-Praqa turu

Hörmətli qrup üzvləri!

Sizlərə tur şirkətlərin çoxunun təklif və təşkil etdiyi 6 gecəlik Budapeşt-Vyana-Praqa turu haqqında qısa məlumat vermək istəyirəm, ümid edirəm, maraqlananlar üçün faydalı olacaq.

1. İlk öncə şenqen viza üçün Dəmirçi Plazada yerləşən Çexiya viza mərkəzinə müraciəti etdik. Müraciət edərkən, aşağıdakı sənədlərin olması lazımdır.

Passpot ( ən azı 2 boş səhifəsi olmalıdır, son istifadə vaxtına ən azı 4 ay vaxt qalmalıdır.
Şəxsiyyət vəsiqəsi
Evlisinizsə, nigah şəhadətnamənizin notarial qaydada ingilis dilində tərcüməsi.
Visa müraciət blankı
Biometrik şəkil
İş yerindən arayış
Bank hesabınızdan son 6 ayın çıxarışı və bankdan səfirliyə arayış
Visa və ya master cardınızın sürəti
Bilet bronu
Hər 3 şəhər üçün hotel voucheri
Tibbi sığorta.

Viza rüsumu 70 azn, xidmət haqqı isə 55 azn civarındadır.

Budapeşt-Vyana-Praga.

Bakıda köhnə hava limanından Wizzairlə ilk Budapeştə gedirsiniz, biletə özünüzlə 10 kg əl bagajı daxildir, əlavə 20 kg yük bagajı ehtiyacınız varsa, 40-50 avro arası online ala bilərsiniz, təyyarədə yemək və su vermirlər, pulla almaq olar. Uçuş hal-hazırda Bakıdan səhər saat 6 radələrindədir, səhər 8-9 arası Budapeştdə olursunuz.

Budapeşt

Budapeşt hava limanından şəhər mərkəzinə getməyin ən yaxşı yolu E100 nömrəli avtobusdur, 900 forentə ( təxminən 2.9 avro) düz şəhərin mərkəzinə getmək olur, oradan da qaldığınız yerə ictimai nəqliyyatla gedə bilərsiniz, şəhərin ictimai nəqliyyatı çox rahatdır, 10 gedişli bilet 10 avro civarındadır, bu biletlə şəhər daxili metro, avtobus, tramvay və trolleybusdan istifadə edə bilərsiniz. Gedəcəyiniz yerə nə ilə getməyinizi öyrənmək üçün, Google Maps çox köməkçidir, gedəcəyiniz adresi qeyd etməklə həm piyada, həm də nəqliyyat vasitələriylə gediş yollarını sizə göstərir. Budapeşt şəhərində cəmi 1 gün qaldığım üçün şəhər haqqında çox məlumat verə bilmirəm, ümumi olaraq bunları deyim, ölkənin pul vahidi forentdir, hal-hazırda 100 avro 32000 forentə bərabərdir, yaxşı olar ki, pulunuzu forentə çevirəsiniz və ya kartla ödəniş edəsiniz, avroyla ödəniş etsəniz, kursda uduza bilərsiniz. Şəhəri Dunay çayı 2 hissəyə bölür, Buda və Peşt. Mütləq Parlament binasına, Bazilika qalası ətrafı və Buda Qalasına gedin. Şəhərin mərkəzində bir çox restoranda kondisioner yoxdur, qiymətlər ortalama normaldır, şəhər çox təmiz olmasa da, qəşəngdir, getməyə dəyər, peşman olmazsınız.
P.S. Marketdən su alarkən diqqətli olun, çəhrayı rəngli qazsız, göy rəngli qazlıdır 😉GettyImages_626301750

Vyana

Budapeştdən Vyanaya Regiojet şirkətinin avtobusuyla getdim, avtobus çox rahatdır, içində wi-fi mövcuddur, bundan əlavə qarşında monitor, qulaqcıq, telefonu şarj etmək üçün usb yeri, çay və ya kofe, tualet də var, bilet təxminən 20 avroyadır, yol 2 saat 50 dəq.

Vyana şəhəri çox gözəl təsir bağışlayır, çox təmiz və tarixi şəhərdir. Şəhərin mərkəzində, sightseeing bus turuna qoşulsanız peşman olmazsınız, 24 saatlıq bilet 25 avroyadır, avtobus turunda qulaqcıqla rus, ingilis və ya türk dillərində gedəcəyiniz yerlərin adı və tarixiylə tanış ola bilərsiniz. Tur səhər saat 9dan axşam saat 20.00a kimi işləyir, tur vasitəsiylə Belvedere sarayı, Opera Binası, Parlament, Mozart və Bethovenin ev muzeyləri, İncəsənət muzeyi və bir çox digər tarixi yerlərdə düşüb, orayla tanış ola, şəkillər çəkə bilərsiniz. Hər 10-15 dəqiqədən bir olduğunuz yerdən avtobuslar gəlib sizi digər yerə apara bilir.

Vyanada ictimai nəqliyyat da çox rahatdır, tək gedişli bilet 2.8 avroyadır, ancaq gün ərzində çox yerə gedəcəksinizsə, 24 saatlıq 8 avroya olan bileti almağınız məsləhətdir, bu biletlə 24 saat ərzində, şəhərdaxili avtobus, metro və tramvaydan istifadə edə bilərsiniz.
Şəhər ümumilikdə bahalıdır, ancaq uyğun qiymətlərə də çox şey tapmaq olar.

Naschmakt adlı bazar çox maraqlıdır, həm də orada yerləşən restoranlarda istədiyiniz yeməyi tapa bilərsiniz, qiymətlər ucuz olmasa da, baha da deyil.

Vyanada Belvedere sarayına yaxın Enzianna hoteli məsləhət görərdim, həm yerləşdiyi ərazi yaxşıdır, otağı genişdir, səhər yəməyi yaxşıdır, düz qabağında tramvay xətti var, mərkəzə piyada da getmək olar, qiyməti də Vyanaya görə uyğundur. Tarix, mədəniyyət və incəsənətlə maraqlananlar, muzey gəzintisi sevənlər üçün ideal şəhərdir Vyana.1484221494_praha

Praga

Vyanadan Pragaha Regiojet avtobusuyla gediş, yol 4 saat 30 dəqiqə.

Pragaya-Vyanayla Budapeştin qarışığı demək olar bəlkə də, şəhər çox tarixi, eyni zamanda da çirklidir. Ölkənin pul vahidi kroundur, 1 avro 25 çex kroununa bərabərdir. Şəhərdə gəzməli-görməli, mərkəz yer çoxdur. İctimai nəqliyyat burda da rahatdır, 24 saatlıq bilet 4.5 avro civarındadır. Ümumi qiymətlər vyanayla müqayisədə uyğundur, Budapeştlə bir-birinə yaxındır.

Köhnə Qala, Karl Körpüsü, Starometska, Namesti Republik , Rəqs edən bina və bir çox digər yerləri görmək məsləhətdir.

Restoranlar çoxdur, hər qiymətə, hər mətbəxə uyğun tapmaq olar, donuz əti yeməyənlər diqqətli olsunlar, toyuqlu sezar salatından belə donuz əti dilimləri çıxa bilər, pivə həvəskarları üçün əla şəhərdir, həm pivələri dadlıdır, həm də su qiymətinədir.

Yoldakı taksilər çox bahacıldır, yoldakı taksiçinin 15 avroya deyinə-deyinə apardığı yola, Taxifydan sifariş etdiyin taxi 4 avroya aparır, çox rahatdır taxify xidməti burada.
Pragada da Budapeşt kimi kondisioner problemdir, çox yerdə olmaya bilər, hotel rezerv edərkən, dəqiqləşdirin.

Ümid edirəm ki, faydalı oldu.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Refiq Alili

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s