Gəzəyən məsləhəti – ABŞ vizası

Salam.
İstəyirəm öz üzərimdə yoxladığım bir formulanı Sizlərlə paylaşım. Əminəm ki, çoxlarınız bundan agahsınız.

Belə ki, uzuuuuuun upppp uzuuun stresli, həyəcanlı günlərdən sonra nəhayət ki, dünən ABŞ Səfirliyindən 1 illik B1&B2 növlü vizamı aldım.

  1. Sistemdə applicationu doldurarkən çoooox diqqətli olun (hətta orda bəzi bizə mənasız görünən əslində çooox önəmli olan suallar var, maksimum diqqətli olun). Onu da qeyd edim ki, application xeyli uzundu və bir neçə dəfə ugursuz cəhdləriniz ola bilər (və bu normaldi) çünki sistem Sizi heç bir aktivlik göstərmədiyiniz halda sistemdən atacaq amma daxil etdiyiniz hər bir informasiyadan sonra “save” düyməsini sıxmağınız məsləhətdir.
  2. İntervyuya getməmişdən əməlli başlı hazırlaşın (bura aiddir, rəsmi səhifədə qeyd olunan bütün sənədlərin toplanmasından taaa ki, səyahət planına kimi)
  3. Səyahət planı olaraq “typical” cavablar hazırlamayın. Kreativ olmağa çalışın. Məsələn Manhattanı görməyə gedirəm əvəzinə Gothic Town i görmək istəyirəm ki, göydələnlər olan bir şəhərdə bu kontrastı görmək arzumdur falan filan. Bu mənim cavabım deyildi yəni rahatlıqla bunu versiya olaraq istifadə edə bilərsiniz 😁😁)
  4. Intervyuda olarkən qətiyyən yalan danışmayın (bəlkə də bunu çooox eşitmişik amma həqiqətdə nəqədər önəmli olduğunu bilmirik amma necə deyerlər “it really works”)
  5. Intervyuda Sizi intervyu edən şəsxin gözünün içinə baxın.
  6. Applicationda qeyd etdiyiniz bütün informasiya yadınızda olsun, çünki sualların çoxunu ordan verirlər.
  7. Və sonda mənə verilən sulları list edəcəm (isti-isti😊😊). Bəlkə bu yaxınlarda kimlərsə müraciət edəcək.
Necəsiniz?
Nə zamandan burdasınız?(çünki mən Romada ABŞ Səfirliyindən müraciət etmişdim)
Haralarda olmusunuz?
Niyə Çində getmişdiniz? (Bu sual xüsusi sual idi sonuncu məlum məsələlərdən sonra Çin məsələsinə az-çox ilişirlər). Amma bu Sizi qorxutmasın gizlədiləcək nəsə yoxdur.
İşlədiyiniz yerdəki kolleqalarınızla hələ də əlaqəniz varmı (bu hissədə max dürüst olun)?
Burdan məzun olduqdan sonra nə edəcəksiniz? Valideynləriniz nə işlə məşğul olurlar?
ABŞ da hara getməyi planlaşdırırsınız? (Mən bu suala Kanyonu görməyə gedirəm dediyimdə çox təəccübləndi çooox ehtimal ən böyük pointi burdan qazanmişdım). Və niyə getmək istədiyimə çox yaxşı arqument gətirmişdim.
Və sonda 2gün sonra gəlib vizanı götürərsən dedi.
P.S. 1 ay üzərində əziyyət çəkdiyim və pullar tökdüyüm heç bir sənədə baxmadı necə aparmışdımsa elə də geri qaytardım.
Ümid edirəm oxumağa sərf etdiyiniz vaxta dəymiş oldu.
Bütün mümkün suallara cavablar hazırlayın ki, suallara cavab verərkən düşünməklə pause lar yaratmayasınız.
Max positive olmağa çalışın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gunay Xurremi Xurremi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s