Seyşel adaları

Seyşel adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hind okeanın gizli xəzinəsi sayılan bu adalar tropik ada sevərlər üçün idaaldır. Məhşur “Seychelles”ə getmək əslində heç də çətin və əlçatmaz deyil. Hətta deyərdim istəsəniz bir Antalya səyahətindən daha ucuza başa gələ bilər. Seyşellər ümumilikdə 100-dən çox irili-kiçikli adalardan ibarətdir. Bu adalar möhtəşəm sahilləri, tropik meşələri, təbiəti ilə insanı özünə heyran qoyur. Azərbaycan vətəndaşları üçün bu adalara viza bu ölkənin girişində 30 gün müddəti üçün verilir. Viza xərci 70 USD məbləğindədir. Həmçinin sizdən geri dönüş bileti, qaldığınız yerlərin siyahısını və qalacağınız müddət üçün üzərinizdə pul olub-olmamasını göstərməyinizi tələb edə bilərlər. Viza proseduru sadədir 15-20 dəqiqə müddətində həll olur. 1 il işləyib gedib Antalyada 1 həftə all inclusive qalıb heç bir yadda qalan xatirə olmadan geri qayıtmaqdansa mavi okean suları, fantastik tropik meşələri, ağ və sarı qumlu dünyanın ən fotogenik sahilləri olan bu adalara getmək bir çoxları üçün məncə daha maraqlı və ömürlük unudulmaz bir tətil olar.20882554_1748084595221163_4051573474433790611_n

Seyşel adalarına muxtəlif variantlarla getmək mümkündür. Air asia, fly dubai ilə low cost, Qatar airways və ya Türk hava yolları ilə isə normal uçuşla adalara səyahət edə bilərsiniz. Türk hava yollarının birbaşa adaya 8 saatlıq uçuşu vardır və tez-tez həmin istiqamətdə kompaniyalar edilir. Məsələn keçən ay İstanbul-Seyşel-İstanbul reysinə 450 dollara bilet tapmaq mümkün idi. Baku-İstanbul-Seyşel reysinə gediş-dönüş hazırda 650 dollar ödəməklə istənilən aya bilet tapa bilərsiniz. Türkiyədən uçuşun ən böyük üstünlüyü təyyarənin gecə saatlarında uçmasıdır, yəni boşuna gün itirmiş olmursuz. Təyyarə Türkiyə saatı ilə 02-də istanbuldan çıxır və səhər saat 10-da artıq Seyşel adalarında, Mae beynəlxalq aeroportunda olursunuz. Biletin bahalığı səbəbi ilə digər tropik adalarda olduğu kimi 10 gündən çox həmin adalarda qalmağınız məsləhətdir. Temperatur ilin bütün fəsillərində eynidir (25-35 dərəcə arası) və istənilən ayda isti okeanın dadını çıxara bilərsiniz.

Seyşelin 3 məhşur adası vardır. Bunlar Mae, Praslin və La Digue adalarıdır. Adalar çox böyük deyillər və qaldığınız müddətdə bütünlükdə gəzə bilərsiniz. Mae adası ən böyük adadır və aeroport həmin adada yerləşir. Əgər hər üç adanı gəzmək istəsəniz uçuşdan sonra mini 20 nəfərlik kukuruznik təyyarələrlə digər 2 adaya uçub oraları gəzin və səyahətin sonunda Mae adasına gəlib 5-6 gün qalıb geri qayıdın. Mae adasından Praslinə mini təyyarələrlə uçuş təxminən 10-15 dəqiqə davam edir, qiymət 60-70 manat arası olacaq. Biletləri airseychelles.com saytından ala bilərsiniz. Praslindən La digue adasına 15 dəqiqəyə katerlə gedə bilərsiniz (15 euro) və sonda LA Diguedən Maeyə (50-60 euro) katerlər 1 saata qayıtmaq mümkündür. Kater qiymətləri kifayət qədər bahadır. Seyşel adalarında əhali ingilis və fransız dillərində danışır.20914547_1748084531887836_92162842896479225_n

Ölkənin valyutası Seyşel rupisidir. Euro ilə getməyiniz daha məsləhətlidir. 1 euro 14 rupidir. Adalar tam təhlükəsizdir. Exchangelərdə digər Asiya ölkələrindən fərqli olaraq heç kəs sizə atmağa çalışmır. Demək olar hər yerdə valyuta kursları eynidir. Seyşellər tək gəzən gəzginlər üçün ideal yer deyil. Burda əyləncə, səs-küy, gecə həyatı zəifdir. Adalarda daima sakitlik vardır və bu insana rahatlıq verir. Adalarda avtomobil azdır. Əsasən velosiped və motolar istifadə edilir. Velosipedlər günlük təxminən 10 manata kirayə götürmək mümkündür. Həmçinin suları göz yaşı kimi təmiz olduğundan Seyşellər şnorkel üçün ideal yer sayılır. Atla gəzmək və ağ qumlu sahillərdə oturub dincəlməyin özü insana rahatlıq verir. Avtomobillərdə sükan sağdadır, bu səbəbdən avtomobil icarəyə götürüb sürmək bizim vətəndaşlar üçün biraz çətinlik yarada bilər. Adalarda taksilər inanılmaz dərəcədə bahadır. 10-15 dəqiqəlik məsafəyə 50 euro pul istəyə bilərlər. Taksilərdən uzaq durun. Mae adasında rahatca avtobusdan istifadə edə bilərsiniz. Yalnız avtobusa çamadanla oturmaq olmaz. Bütüb ölkədə avtobus qiyməti eynidir, 5 rupi yəni təxminən 0.50-60 qəpik.

Paytaxt şəhəri Mae adasında yerləşən Viktoriya şəhəridir. Bu şəhər Afrikanın ən kiçik paytaxt şəhəri sayılır. Paytaxtda yerləşən mərkəzi bazar ölkənin ən ucuz yerlərindən biri sayılır. Özünüzə gərəkli olan bütün ərzağı ucuz qiymətə buradan ala bilərsiniz. Balıq məhsulları, hindistan cövizi, tropik meyvələr burada digər ərazilərlə müqayisədə 3-4 dəfə ucuzdur. La Digue adasında təkcə velosiped istifadə etməyə icazə vardır. Buna görə ada həddən çox sakitdir. Bütün adalarda otel qiymətləri bahadır. 2 nəfər üçün təxminən 50-70 Euro ödəməklə normal vəziyyətdə olan 2-3 ulduzlu otellərdə qala bilərsiniz. Couch və airbnb ilə daha ucuz evlər tapıb qala bilərsiniz. İstəyən özü ilə çadır aparıb çadırda belə gecələyə bilər. Lap sahildə tropik ağacın altında belə yata bilərsiniz. Əsas məqsəd gəzmək və həmin gözəlliyi görməkdirsə xərcinizi aşağı salıb bu adalarda 10-15 unudulmaz gününüzü keçirə bilərsiniz.

Hər kəsə uğurlu səyahətlər. Yolunuz açıq olsun!!!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Рашид Азе

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s