“Pizzanın vətəni” Neapol

Neapoldakı otellərə bu linkdən baxa bilərsiniz.

Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir 🙂

Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə 😀

Hər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq 🙂 Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, “aa, nə yaxşı insandır” deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti 🙂22549815_1556928484365138_412277896160703884_n

“Bir addım atmazdan öncə iki dəfə düşün. “Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda 🙂 Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun.

“Tanrının əlinə sahib Maradona”. Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var.

“Pizzanın vətəni” Neapol… Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: “Di Matteo” adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. “Aa, qırağı boş xəmirdir ki!” deməyin, çünki ofisiant pizzanı gətirəndə “Romadan bura bunun üçün mü gəldim?” dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı “World Cup” pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz 🙂 Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir 🙂 Qiymət 1 avro.22555064_1556934781031175_5139351037624956044_n

Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Sant`elmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında 🙂 Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir 🙂 Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.

Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb “Napoli Centrale” adlı stansiyaya keçin və “Circumvesuviana” adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur 🙂 Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə “sandwich” düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın 

PS: şəkilləri də əlavə edirəm

PSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür 🙂

PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər 

PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elvin Alıyev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s