Cənubi Amerika – Boliviya bələdçisi

Boliviyadakı  otellərə bu linkdən baxa bilərsiniz.

Təəssüf ki, səyahət edən insanların əksəriyyətində Latın və Cənubi Amerika haqqında çox pis stereotiplər formalaşıb. Bu stereotiplər əslində səyahət sferasına aid olmayan ölkələrə gedən insanlar sayəsində formalaşır. Əlbəttə bu ölkələrin kriminal keçmişi olub və hal-hazırda da var, amma əslində bu bizim eşitdiyimiz və oxuduğumuz qədər deyil. Kimsə razılaşmaya bilər amma Cənubi Amerikada olduğum müddətdə heç bir kriminal və qorxulu vəziyyətlə rastlaşmadım. Nəzərə alsaq ki, səyahətin əksər hissəsini gecələr avtobusla bir şəhərdən o biri şəhərə gedməklə keçirirdik. Hətta Boliviyaya şimalda Perudan avtobusla girib, ölkənin yarısını gəzib, Cənubdan Argentinaya girdik. Bu ölkə mənə görə C.Amerikanın ən kasıb ölkəsidi. Düzdü Venesuelada bizdəki peraşki(ət) puluna 2 gün 3 ulduzlu oteldə qalmaq olur, amma bunun səbəbi ölkədəki böhrandı.

56749191_10218917932440894_545795828271284224_o

Boliviya vizasının sərhəddə 100 usd tərləyib almaq olur. Ölkədəki böyük şəhərlərdə gəziləsi və görüləsi elə də çox yer yoxdu. Amma bu ölkələrin ruhunu, mədəniyyətini, mətbəxini məhz böyük şəhərlərdə hiss eləmək, dadmaq olur. Boliviyada dünyanın ən hündür kanat yolu (cable car), dünyanın ən böyük duz gölü və dünyanın ən hündür gölü yeləşir. Ölkə çox ucuzluqdu. Səyahəti bütünlüklə avtobusla etdik. Kiməsə lazım olsa “RedBus” app yükləyə bilər avtobus bronu üçün. Küçə alveri və küçədə şou göstərənlərlə La Pazın küçələri dolu olur. Bir neçə dəfə göstərdikləri şoulara baxıb nəsə anlamağa çalışırdım və anladığım tək şey o oldu ki, millətin gülməyə ehtiyacı var.

Ölkəyə girər girməz dünyanın ən hündür gölü olan Titikakanın (3812 m) buzlu sularında çimdik (must do siyahıda idi), La Paza gedib ən hündür cable cara mindik, əsrarəngiz, yerlə göyün birləşdiyi Uyunidə duz vannası qəbul elədik (rematizmam keçdi) və ən sonda Argentina ilə sərhəddə dünyanın ən ucuz otelində gecələdik.

56990359_10218917855198963_6499875515740979200_oVillazonda cəmi 3 otel var, ən bahalısı səhər yeməyi daxil 7 usd idi. Səhər yeməyi barədə ayrica post yazacam😂. Argentina, Peru, Boliviyanı gəzdikdən sonra o qədər çox bu ölkələrə vuruldum ki, bu stereotiplərin, forumlarda olan “gedmiyin” tipli rəylərin niyə dəyişmədiyini anlamağa çalışıram. İnkişaf etmiş ölkələrdə bəli sivilizasiya var, bəli mədəniyyət var, tarix yalnız bina fasadlarında qalıb, ölkələrin ruhunu hiss etdirən heçnə qalmayıb, amma bu ölkələrin ruhunu təyyarədən enəndə artıq hiss eləyirsən, tarixi tək bina fasadlarında yox, insanların üzlərində hiss eləyirsən. Bunu da göznən görmək və hiss etmək üçün forumları oxuyaraq getməkdən imtina etmək yox, əksinə pis stereotipləri qırıb bu ölkələrin içinə dalmaq lazımdır.

56835698_10218917939921081_587725390663909376_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Agazade Rasim 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s