İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.

54434836_10156966831874890_6170346705460920320_oDemək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.
İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD – 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.
1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik.  Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.
-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.
– Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.

53161746_10156966832204890_6793922458727481344_o
– Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.

– Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə
2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.

54516219_10156966833359890_9096657496461803520_o
3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.
4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.
5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.
6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı – ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.

54799683_10156966832084890_1555381737201074176_o
7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL
8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.

54175297_10156966831734890_8819656475514241024_o
9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.
10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız 
Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.
Hamıya xoş istirahətlər və gəzintilər! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elchin Javadov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s