Parisli kimi Paris gəzintisi

Parisdəki otellərə bu linkdən baxa bilərsiniz.

Bilmirəm qrupda Paris haqqında yazan olub ya yox, mən də istədim 2 günlük səyahətimiz zamanı gördüyüm və öyrəndiyim bəzi şeyləri sizinlə paylaşım. Yəqin ki, Paris haqqında artıq gedən də, getməyən də kifayət qədər məlumatlıdır. Səyahət müddətimizin qısa olduğunu nəzərə alıb, izdihamlı yerlərdə vaxtımızı çox xərcləməyib, Parisin daha az turistə məlum olan hissələrini gəzib özümüzü parisli kimi aparmağa çalışdıq. İlk dəfə səfər edənlər üçün bəzi məsləhətlər verim.

Luvrda, Orsedə saatlarla növbə gözləməkdənsə, digər muzeylərə baş çəkin. Parisdə onlarla görülməsi vacib olan muzey var. Luvr’un çinli və rus turistlər tərəfindən “işğal olunduğu” saatlarda Musee l’Orangerie, Musee Rodin, Palais de Tokyo, Musee d’Art Moderne və bir çox muzeylər turist baxımından daha seyrək olur və bu muzeylər şəhər mərkəzindən heç də uzaq deyil. Yox mən Mona Lizanı görmədən getməyəcəm deyirsinizsə, ən yaxşısı Paris Museum Pass alın (48 avro). Bununla muzeylərin bir çoxuna bilet almadan və növbədə gözləmədən girə bilərsiz. Həm vaxta, həm də pula qənaət etmiş olarsız. Lakin bu yalnız 26 yaşdan yuxarı şəxslərə satılır. 18 yaşdan aşağı uşaqlar, 18-25 yaş arası EU vətəndaşları və ya EU-da 3 aydan artıq yaşayış icazəsi olan şəxslər üçün və hər ayın ilk bazar günü muzeylərə giriş pulsuzdur. Həftənin 1 günü muzeylər bağlı olur (bir çoxu çərşənbə axşamı). Həmçinin bəzi günlərdə gec saatlara qədər (22:00) açıq olur. Səyahətinizi planlamazdan əvvəl yoxlayın. Basabası adlamağın ən yaxşı yolu isə “early bird” olmaqdır. Luvr 9:00-da, Orse 9:30-da açılır. Bu vaxtlarda getsəz turist izdihamından qurtula bilərsiz.28870936_1400670673372547_4349668944374661120_n

Əlavə pul və vaxt sərf edib Eyfelə çıxmayın və eyni, cansıxıcı şəkillərini çəkməyi dayandırın. Eyfel onsuzda bütün bucaqlardan gözəl görsənir. Kreativliyinizi işə salın və müxtəlif bucaqlardan çəkməyi yoxlayın. Eyfelin mənim bəyəndiyim mənzərəsi bu 3 yerdəndir: 1. Avenue de Camoens, 2. Avenue du President Wilson 15, 3. Bir-Hakiem körpüsü. Parisi ayaqlarınız altına almaq istəsəz, Arc de Triomphe-a qalxa bilərsiz. Məsləhətdir ki, hava qaraldıqdan sonra qalxasız. Burda da EU resident olanlar üçün pulsuzdur. Həmçinin Monparnasse binası və Printemps Hausmann alış-veriş mərkəzinin yuxarı mərtəbəsindən də Parisi yuxarıdan seyr edə bilərsiz.

Montmartre-də gəzintiyə çıxın. Pilləkənləri sizi yora bilər amma yuxarı qalxdıqda burdan Parisə açılan gözəl mənzərə bu yorğunluğu unutduracaq. Sacre-Coeur bazilikasına çıxmaqdansa ətrafında dolaşın. Turist izdihamından qurtulmaq üçün səhər 9:00-a qədər gəlmək məsləhətdir. “Amelie”-ni sevirsinizsə çalışdığı kafenin adı Cafe des deux Moulins, o məşhur marketin adı isə Au Marche de la Butte-dir. Google Maps-də tapa bilərsiz. Montmartre-də Van Gogh, Picasso, Monet, Modigliani kimi rəssamların studioları olub. Sacre-Coeur-a yaxın “Espace Dali” yerləşir. Şanssızlıqdan bizim səyahətimiz zamanı təmirə bağlanmışdı.

Kitab almaq istəsəz Shakespeare&Company kitab mağazasına baş çəkin (“Midnight in Paris” filmində görmüş olarsız). Almasaz belə mütləq baş çəkin. Onunla yanaşı həmin adda antik kitablar satan mağaza və kafe var.28870430_1400670273372587_52701795637526528_n

Vaxtınız olsa Pere Lachaise qəbiristanlığını da ziyarət edin. Jim Morrison, Chopin, Oscar Wilde və bir çox sənət adamları burda dəfn olunub.

Yerli parislilər istirahət üçün St. Martin kanalını üstün tutsa da, Notre Dame və Sainte Chapelle kilsəsinin olduğu İle de la Cite adası da şərab içib gün batımını izləmək üçün yaxşı məkandır (təbii ki, əgər günəş varsa).

Bacardığınız qədər piyada gəzin. Belə şəhəri daha yaxşı tanımış olarsız. Paris böyük şəhərdir amma yenə də ayaqla gəzmək mümkündür. Digər tərəfdən şəhərin görməli yerləri bir birinə yaxındır. Əgər dikdaban ayaqqabıda səyahət edəcəksizsə, bu abzası ötürün.

Hə, bir də RATP applikasiyasını yükləyin. İctimai nəqliyyatdan istifadə zamanı çox kömək olacaq.

Bon Voyage!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Yashar Jafarli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s