Balonlar diyarı – Kapadokiya

Kapadokiya – həqiqətən ölmədən görüləsi və çox gözəl yerdir.
Necə getmək olar ? Bakıdan Ankaraya uçub, oradan da 4 saat avtobus ilə 🚌, avtobusla gedə bilmirsinizsə İstanbula oradan da Nevşehirə və ya Kayseriyə uçmaqla ✈️. Hər iki hava limanı Kapadokyaya yaxındır. Mütləq şəkildə getməmişdən əvvəl transferi bron edin yoxsa taksi ilə ziyana düşərsiniz, transfer qiyməti isə bir nəfər üçün 30-40 TL-dir.
İyun, iyul və avqust ☀️aylarında dəhşət isti olur onu da nəzərə alın.

56400490_10158125083927281_6852662415742468096_n
Harada qalmaq? 
Düzdür normal hotellərdən baha olur amma mağara hoteldə qalmaq məsləhətdir. Maraq dairənizdən fəqli olaraq Ürgüp, Üçhisar, Orta hisar və Görəmədə seçə bilərsiniz. Ürgüp – daha böyük qəsəbədir, şərab 🍷sevirsinizsə buranı seçin və yemək qiymətləri digər qəsəbələrə nisbətən ucuzdur + buradan digər qəsəbələrə avtobus tapmaq daha asandır.
Görəmə daha sakit, Üçhisar daha mənzərəli, Ortahisar isə daha balaca yerdir.
Haraları görməli? 
Görəmə açıq hava muzeyi (bilet 45 TL), Zelve açıq hava muzeyi (bilet 15 TL), Üçhisar qalası (9 TL), Kaymaklı yeraltı şəhəri (25 TL), İhlara vadisi (free), Paşabağları (free)
Özünüz gəzmək fikrinə düşsəniz bir az çətin olacaq çünki yerlər arası məsafələr çoxdur və nəqliyyat sistemi elə də yaxşı deyil. Qəsəbələr arası avtobus yarım və bir saatlıq ara ilə işləyir qiyməti isə 5 TL dir.

55556424_10158125084212281_4036471214661697536_n
Necə daha rahat gəzmək olar ?
Kapadokyada 3 tur istiqaməti var qırmızı, yaşıl və mavi tur. Qiymətləri də müvafiq olaraq 28, 32 və 50 € dur. Turlar 9:30da başlayır və 17:00-18:00dək davam edir və qiymərlərə nahar yeməyi 🍛də daxildir, hoteldən götürüb hotelə də geri qaytarırlar. Qırmızı turu bəzi yerləri çıxmaqla özünüz də gəzə bilərsiniz, çünki bu turda olan yerlər daha yaxındır.
Balonların izlənməsi üçün ən gözəl mənzərə Görəmədə Love Hill və Üçhisar qalası əla seçim və möhtəşəm mənzərə açılır.
Hava şarı 🎈 qiymətləri 120 eurodur bir az qiymət öldürə bilərsiniz. Tur firmalar kifayət qədərdir və demək olar bütün hotellərdə balon turu və digər turları təkıif edirlər. Əvvəlcədən bron etməyə ehtiyac yoxdur. Yerində qiymətlər daha ucuz olur və qiyməti də aşağı salmaq olur.
Camaat Kapadokyanı görmək üçün 18 saat uçub gəlib görürlər, yaxınımızda olan bu gözəl fürsəti qaçırmayaq.

55491820_10158125083987281_8180033251256041472_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zehrali Taliboff

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s