Kiyev səfəri

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam. İstədim 6 günlük Kiyev səfərim haqqında bəzi təəssuratlarımı paylaşım. Orda heç olmayanlar üçün bəlkə faydalı ola bilər. Uzun alınsa öncədən əhvinizə sığınıram.  🙂 Norveçə viza imtinası aldıqdan sonra bir az məyus oldum amma sonra fikirləşdim ki, bayram günlərini boşuna verməyim. Bayrama 9 gün qalmış bilet sifariş etdim. Onu deyim ki, Buta-da 10 gün öncədən artıq bayram tarixlərinə yer yox idi. Skyscanner-lə scan elədim gördüm ki, Kiyevə Heydər Əliyev hava limanından ən ucuz bilet (gediş-gəliş) 735 AZN-dir. Tbilisi beynəlxalq hava limanından isə 354 AZN. Azal sağ olsun. Qərara gəldim burdan Qırmızı Körpüyə kimi gedim (12 AZN), ordan da balaca minibuslar olur, bir neçə sərnişin yığıb birbaşa hava limanına aparır. Elə oldu ki, 2 nəfər olduq, hərəmiz 25 lari verdik və sərhəddən birbaşa hava limanına getdik (15 AZN).

Kiyevdə 2 aeroport var, bildiyiniz kimi. Biri Borispol (əsası- ancaq şəhərdən uzaq) və Juliana (şəhərə bir qədər yaxın). Hava limanına daxil olarkən ilk olaraq “yeriyən exchang”-lər səni qarşılayır və dəfələrlə ucuz qiymətə valyuta dəyişməyi təklif edirlər. Qətiyyən etməyin.  Məlumat mərkəzindən rəsmi exchange-lərin yerini öyrənib, orda bir qədər valyuta dəyişə bilərsiz. Şəhərə getmək üçün taksi götürə bilərsiz. Amma onlar 2-3 qat baha qiymətlər deyəcək. Hava limanından çıxan kimi Skybus deyilən avtobuslar var. 100 (6 AZN) griven verirsən səni aparır dəmiryol vağzalına. Sizə deyim ki, Kiyevdə gediş haqqı bizdən 2 dəfə çoxdur (metro və avtobus) 8 griven (50 qəpik). Təbii ki, benzinə görədir. 54523468_10205777952804687_1258773254244401152_n

Dəmir yol vağzalının yanında Vogzalnı adlı metro stansiyası var. Ordan mərkəzə gedə bilərsiz. Ukraynada hələ də yaşıl rəngli jetonlar qalıb. Təbii ki, kartlar da var. Yəni turist kimi jeton almaq daha əlverişlidir məncə.

Biraz şəhər haqqında. Şəhəri Dnepr çayı iki yerə bölür. Sağ və sol sahil. Sağ sahil mərkəz və daha çox iş mərkəzidir. Sol sahil daha çox yaşayış kompleksləridir. Şəhərdə çoxlu Soborlar (dini məbədlər) var. Vladimir, Uspenski, Sofiya soborları əsaslarıdır. Əsas görüləsi yerlər də məhz onlardı. (Tarixilik nöqtəyi nəzərdən.) Kiyevə getmisinizsə mütləq Kiyev Lavrasına dəyin. Əgər təbii ki, sizə maraqlıdırsa. Dnepr çayının sahili də gözəldi. Müxtəlif tədbirlər keçirilir. Şəhərdə bu günlərdə müxtəlif sərgilər keçirilirdi. Köhnə arxitektur tikililər çoxdur. Əsas küçəsi, yəni oranın targovusu- Kreshatikdir. Müxtəlif klublar da var hardaki tematik party-lər keçirilir. Facebook-da öncədən event-ləri axtarıb tapmaq olar.

Qalmaq məsələsinə gəldikdə həm otellər çoxdur, həm də hostellər. Amma mən mərkəzdə mənzilə üstünlük verdim. OLX saytından bir elan tapdım. Mənzilin sahibi təklif etdi ki, Airbnb üzərindən danışaq. Eyni mənzili airbnb-də bron etdim. Həm də orda feedback-ləri oxumaq imkanı yarandı. Əslində elə airbnb-dan bron etmək məqsədə uyğundur. Mərkəzi məhəllədə -Lesi Ukrainka bulvarı adlanan yerdə günü 650 qrivenə (40  AZN, 6 gün 40*6=240 AZN) bütün şəraiti ilə mənzil bron etdim. Mətbəxi xoşuma gəldi.

Puzataya xata deyilən self service restoranlar şəbəkəsi var. Orda məsələn bir çox Ukrayna təamlarının dadına baxmaq olar. Qiymətlər normaldır yemək barəsində. Taksi xidmətləri çoxdur və ona görə də rəqabət mühitində qiymətlər yaxşıdır. Əsasları Uber və UKlon (şəhər içi sərfəlidir). Bunlar application əsaslı taksi xidmətləridir. Başqaları da var (qısa nömrəli). Sadəcə Uber gərək Ukrayna nömrəsinə bağlı ola. Mən Vodafon aldım. Bütün sərfəli tarifləri ilə mənə 13 grivenə (8 AZN) başa gəldi. Roaming də edə bilərsiz öncədən amma mən də çox pis işləyirdi xüsusəndə internet. 55444940_10205777950564631_2566841892549427200_n

İnsanları (təbii ki, hər kəs ayrıca bir fərddir) ümumilikdə xoş (friendly) təəssurat bağışlayır. Nəsə soruşanda deyirlər, kömək edirlər. Xidmət sahəsinin işçiləri də nəzakətlidirlər.

Qimətlər haqqında yazdıqlarımdan savayı onu deyə bilərəm ki, ixrac olunan məhsullar ucuz deyil hətta bəzi məqamlarda bizdən bahadır. Məsələn Collins dükanında sadə futbolka 25 AZN-dir. Halbuki bizdə 15 AZN almaq olar. Xidmət sahələri və yerli məhsullar əksinə ucuzdur bizdən. İnsanlar sosial iqtisadi vəziyyətdən narazıdırlar. Və ayın 31-də olacaq seçkilərə hazırlaşırlar.

Sonda bir-iki cümlə də məşhur Ukrayna xanımları haqqında deyim. Onu müşahidə etdim ki, mərkəzdə gözə dəyən xanımlar, xüsusən də gənc xanımlar bizdəki kimi “vahid gözəllik şablonları”na tərəf gedirlər. Ona görə də ümumi mənzərə inqubator effektini xatırladır. Bir qədər kənar şəhərlərdə vəziyyət başqadır. Ümumilikdə fərq sadəcə davranışlar sistemindədir bu da ki, normaldır, hər cəmiyyətin özünə məxsusluğu var. Sonda olduğum yerlərdən bir neçə şəkil yükləyəcəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Shaig Samadov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s