Tiflisə / Kutaisiyə necə gedək?

“Tiflisə / Kutaisiyə necə gedək?” sualına cavab vermək üçün dedim bir gəşəng detallı bloq tipli status yazım Sizlər üçün: 1) Bakı – Qırmızı Körpü + Qırmızı Körpü – Tiflis
Bakı – Qırmızı Körpü
Bu yolu taksi, minivan (8 nəfərlik nəqliyyat) və ya avtobus ilə gedə bilərsiniz. Hər 3 nəqliyyat növü Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür.
Taksi: 20-25 AZN (adam başı)
Minivan: 15 AZN (adam başı)
Avtobus: 12 AZN (adam başı)
Taksi və minivanların xüsusi cədvəli yoxdur, maşınlar dolan kimi yola düşürlər. Yolda olma müddəti: 6-8 saat arasında dəyişir.
Avtobuslar isə 08:15dən 17:30dək hər gün 30-60 dəqiqəndən bir yola düşürlər. Biletləri online şəkildə almaq mümkündür. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.phpsaytına daxil ola bilərsiniz. Yolda olma müddəti: 7-9 saat
Qırmızı Körpüdən sərhədi özünüz keçirsinizsə, bu proses üçün (sərhəddə olan avtobusların, maşınların və sərnişinlərin sayından asılı olaraq) minimum 1 saat, maksimum 3-4 saat ayırmağınız məsləhətdir.
Qırmızı Körpü – Tiflis
Bu yolu taksi və minivanlarla getmək olar. Taksi ilə gediş 30-45 GEL arası təşkil edəcək (Tiflisin hansı nöqtəsinə getməyinizdən asılı olaraq). Məs, mən Tiflisin Azadlıq Meydanına gedirdim (22:00da) və bu gediş üçün 30 GEL pul vermişdim. İstədiyiniz zaman sərhəddə taksi tapmaq mümkündür, demək olar ki.
Minivanlar, əsasən gündüz saatlarında olur və gediş haqqı adam başına 5-6 GEL təşkil edir. İstiqamət: Tiflis, Mərkəzi Dəmir Yol Stansiyası.
2) Bakı – Tiflis (birbaşa)
Bu yolu siz həmçinin birbaşa avtobus, birbaşa qatar və ya birbaşa təyyarə ilə gedə bilərsiniz.
Avtobuslar hər gün (gündə 4 dəfə olmaqla, 21:00dan 00:30-dək) avtovağzaldan yola düşürlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.php saytına daxil ola bilərsiniz.
Bakı – Tiflis istiqaməti üzrə yalnız bir qatar hərəkət edir, 20:40da Bakı Mərkəzi Dəmiryol Vağzalından yola düşür və növbəti gün 08:55-də (Tbilisi vaxtı ilə) son məntəqəyə çatır. Qiyməti: 35 AZN (kupe). Qatarın hərəkət cədvəli, biletin qiyməti (plaskard, kupe və SV) və online bilet alışı üçün https://ady.az/az saytına daxil ola bilərsiniz.
Bakı – Tiflis istiqaməti üzrə uçuşları Azərbaycan Hava Yolları (AZAL) və ilk və yeganə milli loukost Buta Airways aviaşirkətləri həyata keçirirlər. Uçuş cədvəli, biletin qiyməti və online bilet alışı üçün aviaşirkətlərin saytlarına daxil ola bilərsiniz:
Azərbaycan Hava Yolları (AZAL): https://www.azal.az/
Buta Airways: https://www.butaairways.az/az/
3) Tiflis – Kutaisi hava limanı
Bu yolu siz taksi ilə və ya avtobus (xüsusi ayrılmış express bus-lar) ilə gedə bilərsiniz. Taksi ilə onu deyim ki, baha başa gələcək. Xüsusi express avtobuslara isə cəmi 20 GEL-ə bilet əldə etmək olar. Avtobuslar Tiflisin Azadlıq Meydanından yola düşürlər. Bileti online almaq mümkündür. Avtobuslar Kutaisi hava limanından Wizzair aviaşirkətin uçuşlarına uyğun olaraq xüsusi cədvələ əsasən hərəkət edirlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün https://georgianbus.com/new/?lng=eng saytına daxil ola bilərsiniz.

Ümid edirəm, bütün suallarınıza bu postda cavab tapacaqsınız 😊Suallarınızı kommentlərə yaza bilərsiniz. Bildiyim suallara cavab verməyə çalışacam.

Faydalı olmaq diləyi ilə! 😎✌️

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ilgar Afandi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s