7 bənddə Trondheim

Trondheimdəki otellərə bu linkdən baxa bilərsiniz.

Əziz səyahət sevərlər,

İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür 🙂

Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.

Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi 🙂21106323_1430194493736786_3784166169721431744_n

Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:

1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.

2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.

3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)

4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər 🙂

5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan 😉21077388_1430194690403433_1119881511931588529_n

6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.

7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.

Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcək 

Sevgilərlə

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Fagan Yusifli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s