Ənənələr ölkəsi -Yaponiya

Tokiodakı otellərə bu linkdən baxa bilərsiniz

Qadınların şot buraxdığı, kişilərin əlini cibinə atmadığı, sən nəsə başa salanda başa düşdüyünü göstərmək üçün sooodane, sooo, ooo, aaa, e kimi qəribə səslər çıxarıb, ama əslində heç nə başa düşməyən insanların olduğu, yolların tərsinə olduğu, sol yox sağ tərəfin keçid üçün boş saxlanıldığı, içkili olduğuna görə qadının kişini yox, kişinin qadını daşıdığı, görəsən bu gün kimdən üzr istəyim fikri ilə hər səhər yuxudan oyanan yaponların yaşadığı Tokyodan hər kəsə salam))
Çalışdığım qədər Wikipediadan, Googledan uzaq bir yazı paylaşıb Yaponiya haqda maraqlananlara sərf eləyən bir şey yazaram yəqin ki.

56310239_1357476021058976_3699746672008495104_n

1 il əvvəl qrupda yazdığım yazını keçən dəfə saytda gördüm. Ama yazıda bir səhv var idi. “Azərbaycanı tanıyanlar az deyil, Azərbaycan deyən kimi şoka düşənlər var demişdim” . Deməz olaydım). Sən demə tanımırlarmış. Ən başda yazdığım kimi yaponlar başa düşməsə də, bilməsə də hörmət əlaməti olaraq wooow Azərbaycan deyirlər. Əvvəl deyirdim ki, nə yaxşı, hamı tanıyırmış ki. Bir dəfə qayıdıb Azərbaycanı eşitmisiz? Azərbaycan haqqında nə bilirsiz sualını verdim və onda hər şey aydın oldu. Sən demə bu vaxta qədər bu boyda gündoğan ölkə məni yola verirmiş). Deyə bilərsiz ki, bu vaxta qədər heç mi bilən olmayıb Azərbaycan haqda? Olub. Azərbaycan deyən kimi Baku, Baku 2015, Formula 1, sovet, müharibə, neft, rich country deyənlər olub. Yaponlardan çox burda qaralar Azərbaycan haqda daha çox bilir. Nə qara qura işlər varsa bu Nigeriyalılardan çıxır. Ama adamların dünyagörüşü var. Turist kimi arada Kanadalılar görürəm. Onlar da Azərbaycan haqda bilir. Ən çox bilməyənlər Amerika, Yapon, Avstraliyalılardı.
Keçən dəfə biri soruşdu haralısız? Dedik Azərbaycan( bu arada Yaponiyada Azerubaicyan deyilir). Adam qayıtdı dedi mənim kuzenim yapon səfiridi Azərbaycanda . Adın da dedi kuzeninin. İnternetdə baxdıq səfirə. Dediyi ada dəxlisi yox imiş. Adam yola verdi getdi. Ama keçən dəfə Azərbaycan haqda məlumatı olan bir yapon çıxdı qabağımıza. Dedi haralısız. Dedik Azərbaycan. Bakı bir qırağa, adam qayıdıb bolşoy klub Neftçi dedi. Beynimdə o qədər sual yarandı ki, adama heç nə deyə bilmədim. Baxa qaldım sadəcə. Ama dedi ki, Avropaya səyahət eləyəndə Türkiyəyə də getmişdim. Orda Azərbaycan haqqında da eşitdim. Ama gedə bilmədim ora. Sadəcə internetdə maraqlandım. Ama ümumi götürəndə çox retki adam bilər. Bəziləri televizorda görüb. Arada Azərbaycan haqda bir şeylər TVdə verirlər.
İnsanlar bir biri ilə nə qədər yaxın olsalar da ərki çatmazlıq var aralarında. Məsələn 2 dost yapon biri o birinə nəsə alırsa bayaqdan deyib gülən çox yaxın olan yapon qayıdıb dalbadal çox sağol çox sağol çox təşəkkür eləyirəm baş əyməklər falan. Ama Azərbaycanda elə deyil. 2 nəfər yaxındısa davay bunun pulun ödə, nəyə gətirmişəm səni bura kimi zarafatla bir şeylər demək normal bir şeydi. Hər şeydə olduğu kimi, bunda istisna var. Kassa qabağında pulu kimin ödəyəcəyini seçmək üçün “qayçı kağız daş” oynayanlar da olub 1 2 dəfə.
Yaponları görəndə elə bir təsəvvür yaranır ki, süni dostluq var. Birdən birə baş əyib çox sağol deyəndə içlərindəki əsl yaponluq üzə çıxır. Pis mənada demədim bunu. Yaxşı mənada da demədim.
Bir dəfə marketdə işləyirəm. Müdir nəsə iş başa salır. Normal şəkildə dedim ki bilirəm lazım deyil başa salmaq. Qayıdıb dedi ki, doğurdan da siz Avropalılarla biz Asiyalılar çox fərqlənirik. Normalda Asiyalı hörmət əlaməti olsun deyə bilsə də qulaq asar. Axırda başa düşdüm deyər. Ama Avropalılar elə deyil. Bu söhbətdən sonra daha da əmin oldum ki, yaponlarda var 2 üzlülük. Elə bil özlərinə qayda qoyublar ki, sistemdən kənara çıxmaq lazım deyil. Əvvəldən necə olubsa indi də elə olmalıdı. Fərqi yoxdu məntiqlidi yoxsa yox. Adamların həyatı Black Mirrordu.
Hər cürə adam var. Azərbaycanda bir insanın dəli olduğunu sırazı tutmaq olar hərəkətlərindən. Ümumiyyətlə dəli tapmaq olmur. Azərbaycanda camaat uzağı əsəbləri korlanır. Ama burda elə deyil. İnsanlar elə bil ki, standart yaşamdan qırağa çıxan kimi sırazı beyin yanır. Hərə bir cürdü. Hər cürə adam var. Hava soyuq vaxtı qadın çimərlik paltarında şəhərin ortasında gəzən birin təsəvvür eləyin. Nə məcburdu onu geyinmək. Qəribəsi soyuqda kupalnik geyinməsi deyil. Geyinən adamın kişi olmasıdı).
Azərbaycanda hər kəs hər cürə problemə görə deyinə bilər. Ama burda camaat problem tapa bilməyib soyuq olduğuna görə deyinə bilir. Bu gün çox soyuqduyeee deyə deyə gəzənlər var. Həqiqətən şəhərdə problem yoxdu. Dövlətin əhaliyə diqqəti maksimum dərəcədədi. Adi bir mənasız şikayətə görə də gəlib izahat alırlar, üstünə düşürlər ki, şikayət eləyən adamın işi həll olsun. Kimsə kiminsə qatığın dağıtsa 4 5 dənə polis gəlib qatığı əl izi incələməsi üçün ekapertizaya aparar. Ciddi deyirəm. Bir nəfər marketdən elə belə yogurt götürüb yeyib. Polisə zəng eləyiblər. Polis 2 gün bu işin üstündə araşdırma aparıb. Yogurt qabını əl izi qalmasın deyə əlcəklə götürüb paketə qoyub apardı araşdırmağa. Belə baxanda polislər də haqlıdı. O qədər az qayda pozuntusu var ki, bikar qalmasınlar deyə 1 işin üstündə günlərlə araşdırma aparırlar.
Bayaq dediyim kimi dövlətin insanlara qayğısı, diqqəti maksimum dərəcədədi. Metroya arabada əlil biri minirsə liftlə aşağı düşür. Sonra işçi platforma ilə qatar arasına lövhə kimi bir şey qoyur, əlil adamı mindirir qatara, getdiyi stansiyanı soruşur, həmin stansiyaya məlumat verilir ki, filan qatarın filan qapısında əlil adam var və çatdığı stansiyada başqa bir işçi əlində lövhə gözləyir ki, əlil adamı qatardan düşürsün.

57009000_1357476204392291_4077266042399752192_n
Bu arada metro demişkən Azərbaycan metrosunun bir şeyi yaxşıdı ki, təzə qatarı metroda görürsən, axşam da xəbərlərdə deyirlər ki, təzə qatarlar gəlib. Burda 1 il əvvəldən xəbər eləyirlər, şəkillərin vururlar ki, təzə qatar gətirəcik ay camaat. Bir də ki, burda metro xətləri özəlləşdirilib. Hərəsi bir iş adamına məxsusdu. Belə bir şey eşitmişəm. Hərəsinə aid bir rəng var. Hansısa xətdə olan qatarlar köhnə ola bilər, başqa xətdə təzə ola bilər, hansısa xəttin qatarlarında internet ola bilər, bəzi metrolarda platforma ilə qatar yolu arasında sədd olur, bəzilərində açıq olur. Yəqin ki, bu fərqlər də sahiblərinin fərqli insanlar olmasından irəli gəlir. Belə düşünürəm.
Şəhərin özündən danışsaq təmizdi şəhər. Həm insanlar özü zibilləmir. Həm də bələdiyyə də bu işə nəzarət eləyir. Ama elə yerlər var ki, məsələn Şincyuku, Şibuya kimi camaatın içib əyləndiyi yerdə gecə zibillər çox olur. Ona görə də siçanlar çox olur. Ama günorta oralar da təmizlənir. Ümumiyyətlə Tokyo da qarğa və siçan ən çox görünən heyvanlardı. Yayda da həşəratlar falan olur. Bir də ki, heyvan demişkən, bəziləri hələ də fikirləşir ki, yaponlar it pişik yeyir. Burda camaat it pişiyi evində saxlayır. Mağazada da cins it pişiyin 1500 dollardan başlayır 2000 3000 4000 gedir. Pişik var qiyməti 50 000 dollardı. Bildiyin vaşaqa oxşayır. Yəni bu qədər pul verib, böyüməyini gözləyib, axırda da kəsib yemək məntiqsiz olar.

56529003_1357476004392311_8452739085864271872_n
Əgər Tokyoya gəlmək fikriniz varsa əvvəlcədən nəzərə alın ki, nəyə görə gəlirsiniz. Məsələn Yeni il vaxtı, Halloween vaxtı şəhərin qaynayan vaxtıdı. Millət şəhərdə olur. Ama yazda gəlsəniz sakura ağacları falan görə bilərsiz.
1 2 dəfə kommentlərdə görmüşəm ki, aeroportdan şəhərə ən ucuzu metrodu deyiblər. Ən ucuzu bu deyil. Ən ucuzu Narita aeroportundan Şincyuku, Tokyo stansiyalarına 1000 yenə ( hardasa 10 dollar) avtobuslar gedir birbaşa. Ən sərfəlisi onlardı. Avtostopu ağlınızdan keçirməyin. Yoxsa aeroportdan qırağa çıxa bilməzsiz. Əsas da oğlanlara çox çətindi. Mümkünsüzdü də demək olar. Bəxtiniz çox retki halda gətirə bilər.
Gələndə ola bilər ki, maraqlanasız ki, hava necə olacaq. İlin hansı vaxtı olur olsun nəzərə alın ki yağış yağa bilər. Ona uyğun planınızı qurun. Ama baqajınıza çətir qoymağa da ehtiyac yoxdu. Çətirdən çox çətir var burda. Bu arada eşitmişdim ki, yer altında depolar olur. Sular o depolara yığılır. Belə fikirləşəndə məntiqli bir şeydi. Çünki burdakı yağışa, leysana kanalizasiya sistemi dözməz. Günlərlə fasiləsiz yağışdan sonra ayrı gölməçə görmək olmur.

56608847_1357475721059006_6942825203898515456_n
Əgər harama, halala fikir verənsinizsə burda bacarmaq çox çətindi. Adamların çörəyi də haramdı, çayları da haramdı. Yox əgər elə də fərq eləmirsə, nə oldu yeyirsinizsə, məndən fərqli olaraq suşi sevirsinizsə, yapon mətbəxini sevirsizsə sizə çox rahat olacaq.
Əgər exchangedə pulu dəyişəndə əlinizə 2000 yenlik pul düşsə onu saxlayın, xərcləməyin. Çünki yaponlar özü də retki tapır pulu. Keçən dəfə bir videoda gördüm dünyanın ən bahalı qəpiyi yapon 500 yenidi. Onu da saxlaya bilərsiz. Bir də ki, Yaponiyadan qayıdanda 3×4 şəklinizi çəkib hazır aparın Azərbaycana. Çünki burda aparatda özünüz çəkirsiniz. Qəribə vəziyyətdə düşmək ehtimalınız yoxdu. Şəkildə bütün düzəlişləri özünüz eləyirsiniz.
İşdi birdən velosiped sürməli olsanız hər yerdə saxlamayın. Apararlar cərimə meydançasına. 50 dollar da ona ödəməli olarsız. Mənim başıma gəlib belə bir şey. Dostumun velosipedini göndərtmişəm cəriməyə. Özü də oxuyacaq yəqin bunu) qomen də Nicat)
Bura gəlməmişdən qabaq xəstəxanalıq nə işiniz varsa hamısını eləyib gəlin. Çünki burda vəziyyət tamam fərqlidi və çox bahadı. Ola bilər ki, probleminizi həll olunmasın, ama əməlli başlı pul ödəməli olasınız. Atış gəlmirlər. Sadəcə vəziyyət başqa cürdü

Sonda ən vacib məlumatı da deyim. Yaponiya Çin deyil, Çin də Yaponiya deyil. Başqa başqa aləmlərdi))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Azad Arzumanli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s