Əsl italyanların Milanı

Milanda gəziləsi yer deyəndə birmənalı olaraq ağıla gələn yer “Duomo!”. Yox, bu haqqda heç danışmayacam da. (Amma bu oranın möhtəşəm olmağı reallığını dəyişmir.)

Milana getməyi düşünəndə çox adam mənə o məşhur, heç bir arqumenti olmayan sualı verdi: “ nə var e orda?!”. Eyni zamanda bu qrupda da axtarışa verib nəticələrə baxdım, heç ürəkaçıcı deyildi. Fifiçka bacılarımız hamısı “üff sıxıcı yer idi(((“ deyə təəssüratlarını bölüşüb və ya oğlanlar “1 gün bəsdir, ondansa Venesiyaya gedin” tipli şərhlər bildirib. Nəyə görə? Kimə görə? Məsələ sadəcə sizin getdiyiniz yerdə nəyə baxmağınızda deyil, nə görməyinizdədir. Mənim gördüyüm Milan heç də “boz şəhər” deyildi. İnsanları da fərqlidir. Romadakı dəli italyanlardan sonra ilk dəfə Florensiyada indi isə burda mədəni, eleqant, hətta aksenti və danışıq tərzi təmiz olan “коренной” italyanlar gördüm.52605479_1914898965287839_226404601098665984_n

Səfəriniz avtobusla olacaqsa mənim kimi çatar-çatmaz Lampugneno stansiyasından bir başa San Siro metro stansiyasına və eyniadlı (ya da Cüzeppe Meatsa) stadiona baş çəkə bilərsiniz. Ondan əvvəl həmişə İtaliyanı Azərbaycanla müqayisə edənlər üçün deyim ki, 2,3,4-cü şəkillər avtobusların yolüstü dayanacağı, bizim Kürdəmirin “Bığ” restoranı kimi bir yerdir amma hər cür içki, yemək hətta kitablar da satılır içəridə. Nəqliyyat sisteminə yaxşı demək olar. Burda tramvaylar köhnədir deyə şikayətlər görmüşdüm, mən əksinə vintaj stildə olmalarını bəyəndim, təmizlik ya işləkliyi ilə bağlı problem yoxdur yəni. 48 saatlıq biletin qiyməti 8.25€ idi və qalacağınız müddətə uyğun belə kartlardan alsanız daha sərfəlidir. Təkcə yoxlanış olar qorxusuna görə yox, hər yerə metro ilə getmək ən uyğun vasitədir deyə. Ümimilikdə metro sistemi yaxşı qurulub və rəngləri sevən biri olaraq yaşıl, bənövşəyi, qırmızıya boyanmış stansiyalara heyran oldum.

Növbəti getdiyim yer qəbiristanlıq oldu. “Sonda hamımızın gedəcəyi yerdsfgh” deyə düşünüb düzəldim yola. İlk baxışdan Cimitero Monumentale adlı bu yerin xarici görünüşü, daha sonra içəridəki abidələr insanın məzarlıq anlayışını dəyişir. Daha çox yayılmış formada yazı ilə olan başdaşları varlılarda büstlər və heykəllərlə (sadə duruş formasında) əvəz olunur (fəxri xiyabandakı kimi). Buradakı insanların həyatı boyu ən çox tanındığı formada (daha çox peşəsi ilə bağlı) və ya o öləndən sonra ətrafındakı insanların düşdüyü vəziyyəti təsvir edən heykəllər isə əsl sənət əsəri hesab oluna bilər. Elə həmin ərazidə səssizlikdən zövq almaq üçün kiçik park da var.53354539_1914895311954871_6765247667921485824_n

Şəhərin marağı birdən-birə tam fərqli şeylər yaşada bilməsindədir. Porta Garibaldi adlı ərazidə eyniadlı metro stansiyası da var və burada italyanların uzun etirazlarına baxmayaraq açılan Starbucksı görə bilərsiniz. Heç 200 metr getməmiş bir də baxırsan ki, alov qüllələrimizə bənzəyən binalar. Ordan da düz gedib kimnən soruşsaz şaquli meşəni (Bosco Verticale) göstərəcəklər.

Lunapark həvəskarı biri olaraq deyə bilərəm ki, Sempione parkı məni əməlli sevindirdi. Atraksiyonun qiyməti 5€, yaşatdığı hisslər dəyərsiz. Həmçinin rəngli insanların çalıb oxumağı ayrı aləm idi. Rəngli insan demişkən, Krişna tərəfdarlarının məni aparıb ibadətlərinə qoşmağını da qeyd edim 😀 “Hare hare” deyib oynaya-oynaya qoluma girdilər bir də onda xəbər tutdum ki, oturmuşuq 30 nəfər uzun bir masada veqan yeməyi ilə su içirik. Bu məsələni bilməyənlər araşdırsın, qəşəng söhbətdir.53117974_1914895228621546_8653545484310282240_n

“Shopping” adamı deyiləm deyə bu barədə çox nəsə deməyəcəm amma Buenos Aires adlı küçə ən çox alış-veriş edilən yerlərdən biridir.

Bütün yerlərdə ingiliscə bilən çox adama rast gələ bilərsiniz.

Əlavə olaraq küçələrdə və ya kafelərdə hazırladıqları kreplərin və gelatonun dadına baxmağı, qalmağa yer olaraq “Queen Hostel”i seçməyinizi (gecəsi 25-26€, təmiz və əyləncəli və səhər yeməyi daxil), “Google maps”-dən çox istifadə etmədən gəzib yeni şeylər tapmağınızı məsləhət görürəm.

Birinci şəkil isə L.O.V.E abidəsidir. Orta barmaq bütün bank işçilərinə və birja sisteminə qarşı qalxıb.

Kiminsə nəsə deməsinə baxıb ruhdan düşməyin, gedəcəyiniz yerdə ora əvvəl gedənlərin görmədiyi, sizin kəşf edəcəyiniz çox yer var, əmin olun.

With love! 💕

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Samra Rzayeva

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s